Məhkəmə qərarları › İş №e-2(019)-927/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-927/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-927/2024 15.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Balakən Rayon Məhkəməsinin 2(019)-581/2018 saylı 21 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş aliment məbləğini artıraraq hər ay cavabdehdən 235 (iki yüz otuz beş) manat alimentin, mediasiya xərci olaraq ödənilmiş 50 manat xidmət haqqının alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 581/2018 saylı 21 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikah dövründə- xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün cavabdehdən hər ay 130 manat aliment alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilmişdir.Azyaşlı uşaq onun himayəsindədir. Məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləği uşağın tələbatını ödəməyə kifayət etmir. Cavabdeh uşağın əlavə saxlanması xərclərində iştirak etmir. 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh uşağın əlavə saxlanma və təhsil xərclərində iştirak etmir. Bunun üçün aliment məbləği həcminin artırılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş,lakin məhkəməyə ərizə göndərərək himayəsində azyaşlı övladlarının olmasını, Bakı şəhərində yaşadığına görə xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini göstərərək məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 02 noyabr 2021-ci il tarixdə verilmiş 05/Q-95/69 nömrəli nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 22 sentyabr 2016-cı il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah akt qeydi tərtib olunmuşdur.Nikah bağlanandan sonra arvada Balagözova soyadı verilmişdir. Qeyd:Nikah Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2020-ci ildə 90 nömrəli akt qeydi ilə Balakən rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən 19 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ 869630 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 05 dekabr 2016-cı ildə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə X4 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli 2(019)-581/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixdə Bakı 5 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 5061 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşağı-xx.xx.2016cı ildə doğulmuş X5 anası X2 yanında qalması, xx.xx.2018-ci il tarixdən başlayaraq azyaşlı-xx.xx.2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-01446 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə,işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki,aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2016-cı ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 5061 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər.Birgə nikahlarından xx.xx.2016-cı ildə X7 adında bir uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli 2(019)-581/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2016-cı il tarixdə Bakı 5 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 5061 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşağı-xx.xx.2016-cı ildə doğulmuş X5 anası X2 yanında qalması,xx.xx.2018-ci il tarixdən başlayaraq azyaşlı-xx.xx.2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Uşaq hazırda da İddiaçı himayəsində yaşayır.İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, aliment təyin edildikdən sonra keçən 6 ildən artıq müddət ərzində xx.xx.2016cı il tarixdə anadan olmuş X5 böyüməsini,onun maddi tələbatının artmasını, 2018-ci ildə yaşayış minimumu uşaqlar üçün 154 manat olduğu halda bu məbləğin hazırda 235 manat olmasını,eyni zamanda İddiaçı Cavabdeh qazancına, onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli,Balakən Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli 2(019)-581/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 50 manatın 38,50 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 11,50 manatı iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 41,60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli 2(019)-581/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manatın 38,50 manatı alınıb İddiaçı verilsin, mediasiya xərcinin qalan 11,50 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 41,60 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar