Məhkəmə qərarları › İş №e-2(019)-948/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-948/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-948/2023 06.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(019)-40/2014 saylı qətnaməsi ilə qızı- xx.xx.2012ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh qızı- xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün hər ay sabit pul məbləğində 250( iki yüz əlli ) manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2011-ci ildə qeyri rəsmi nikahla Balakən rayonu Xalatala kənd sakini Cavabdeh ilə evlənmişdir. Nikahlarını rəsmiləşdirilməmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2012-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. 2013-cü ilin aprel ayından Əlidən ayrı yaşayır. Qızı Rasimə onun himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(019)-40/2014 saylı qətnaməsi ilə Cavabdeh qızı -xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qərara alınmışdır. Hal-hazırda qızının 12 yaşı var. Onun ehtiyacları müntəzəm olaraq artır. Qızının məktəbdə təhsil alması üçün məktəb ləvazimatların alınmasına, əlavə dərslərə getməsinə, müalicə və müayinəsinə müntəzəm olaraq yüksək məbləğdə pul xərclənir. Əli tərəfindən ödənilən alimentin miqdarı çox azdır. Ona uşağın baxılmasında yaşlı valideynləri köməklik edirlər. Uşağın atası Əli onun saxlanılmasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 80 manat alimentdən başqa mənə heç bir köməklik göstərmir. Alimenti də gecikdirmələrlə ödəyir. Əli fərdi işlərlə məşğul olur, müəyyən qazancı var. Onun qızının baxılıb saxlanması üçün daha yüksək məbləğdə aliment ödəmək imkanı vardır. Əlinin rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Əlinin digər nikahdan iki uşağı vardır.O, uşaqlardan biri 10-cu sinfə, ikincisi isə baxçaya gedir. İddia ərizəsində 250 manat aliment tələb etdiyini göstərsə də 200 manat aliment müəyyən edilməsinə də razıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindlən 12 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı 239793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 iyun 2012-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən raon Qeydiyyat Şöbəsi tərəfindən 05 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 222754 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 19 iyun 2012-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli 2(019)-40/2014 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 17 dekabr 2013-cü il tarixdən başlayaraq 19 iyun 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞŞ/MT- 018/2023-01967 nömrəli Mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı qızı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat xərci təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Cavabdehlə faktiki nikahlarından xx.xx.2012-ci il tarixdə X5 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli 2(019)-40/2014 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 17 dekabr 2013-cü il tarixdən başlayaraq 19 iyun 2012ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Uşaq hazırda da İddiaçı himayəsində yaşayır. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə işin hallarını,tərəflərin maddi və ailə vəziyyətini,İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, cavabdehin digər nikahından da iki uşağının olmasını, eyni zamanda aliment təyin edildikdən sonra keçən 8 il 9 aydan artıq müddət ərzində xx.xx.2012-ci ildə doğulmuş X4 böyüməsini, onun maddi tələbatının artmasını, 2014-cü ildə yaşayış minimumu uşaqlar üçün 103 manat olduğu halda bu məbləğin hazırda 220 manat olmasını, nəticədə İddiaçı maddi vəziyyətinin ağırlaşmasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 50 manat mediasiya xərcinin 30 manatı alınıb İddiaçı verilməlidir. Cavabdeh həmçinin, 38 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(019)-40/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı) xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(019)-40/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). xx.xx.2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat mediasiya xərcinin 30 manatı tutulub İddiaçı verilsin. Cavabdeh 38 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar