Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-969/2024 23.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, cavabdeh və digər cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1, cavabdeh və digər cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1, cavabdeh və digər cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 019R********** saylı kredit razılaşması üzrə 1909.29 manat məbləğində kredit borcu, 488.33 manat məbləğində faiz borcu və 190.54 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2588 (iki min beş yüz səksən səkkiz) manat 16 (on altı) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45.88 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, X3 oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 019L**********25 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə X3 oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. X3 oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış,kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. X3 oğlu götürdüyü kredit borcundan 590.71 manat ödəmiş, onun 1909.29 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən X3 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 499 gün üçün hesablanmış faiz borcu 488.33 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 499 gün üçün hesablanmış cərimə 190.54 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan cavabdeh-ipoteka verən X3 oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 130 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum X3 oğlunun mülkiyyətində olan 0.41 ha (ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hal-hazırda mərhumun həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh1 və X2 istifadə edir. Belə ki, faktiki vərəsə- Cavabdeh2, övladları Cavabdeh1 və X2 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh2, övladları Cavabdeh1 və X1 qanuni nümayəndəsi qismində Cavabdeh2 mərhum X3 oğlunun faktiki vərəsələri hesab edilir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə məlumat göndərərək xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 , cavabdeh və digər cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli 019L**********25 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, X3 oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 019L**********25 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixdə bağlanmış 019R********** saylı kredit razılaşmasından görünür ki, cavabdeh X3 oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.166 % olmaqla 18 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (iki min beş yüz manat) manat məbləğində kredit götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı ünvan ünvanlanmış 01 may 2023-cü il tarixdə verilmiş 3-21-3-30/2-14332/2023-**********02 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası ərazisində mərhum X3 oğlunun adına daşınmaz əmlakın olubolmaması haqqında məlumat verilməsi ilə bağlı müraciətə daşınmaz əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X3 oğlunun adına Balakən rayonu Qullar kəndində yerləşən 0.41 ha (ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN -637 nömrəli xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir.X3 oğlunun adına Balakən rayonu Qullar kəndlində yerləşən 0.25 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-690F nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü tarixli maliyyə arayışında göstərilmişdir ki, X3 oğlunun 019R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə 1909.29 manat, faiz üzrə 488.33 manat, cərimə üzrə 190.54 manat olmaqla cəmi 2588.16 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, X3 oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 019L**********25 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə X3 oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. X3 oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. X3 oğlu götürdüyü kredit borcundan 590.71 manat ödəmiş, onun 1909.29 manat məbləğində kredit borcu qalmışdır. X3 oğlu ölmüşdür. Mərhum X3 oğlunun mülkiyyətində olan 0.41 ha (ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən halhazırda mərhumun həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh1 və X2 istifadə edir. Vərəsə- Cavabdeh2, övladları Cavabdeh1 və X2 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onun tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh2, övladları Cavabdeh1 və X1 qanuni nümayəndəsi qismində Cavabdeh2 mərhum X3 oğlunun faktiki vərəsələri hesab edilir. Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas və faiz borcuna aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 17 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, cavabdeh və digər cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh2 müştərək qaydada (mirasdan aldıqları pay həcmində),019R********** saylı kredit razılaşması üzrə 1909.29 manat məbləğində kredit borcu, 488.33 manat məbləğində faiz borcu və 17 manat məbləğində cərimə olmaqla,cəmi 2414,62 manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 42,67 manat alınıb İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1, cavabdeh və digər cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh2 müştərək qaydada (mirasdan aldıqları pay həcmində), 019R********** saylı kredit razılaşması üzrə 1909.29 manat məbləğində kredit borcu, 488.33 manat məbləğində faiz borcu və 17 manat məbləğində cərimə olmaqla, cəmi 2414,62 manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 42,67 manat alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-969/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-969/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver