Məhkəmə qərarları › İş №e-2(019)-971/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-971/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-971/2024 15.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-890/2020 saylı qətnaməsi ilə qızı-xx.xx.2008ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək Cavabdeh qızı Fidan Rəsulovanın saxlanılması üçün hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Talalar kəndində yaşayır.xx.xx.2005-ci il tarixdə qeyri rəsmi nikah bağlamadan Balakən rayonu Qazma kənd sakini Cavabdeh ilə evlənmişdir. Nikahlarını xx.xx.2005-ci il tarixdə 30 sayla Balakən rayon Qazma kənd İcra nümayəndəliyində rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövrdə xx.xx.2006-cı ildə X3 və xx.xx.2008-ci ildə X4 adında iki uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 03 mart 2014-cü il tarixli 2(019)-201/2014 saylı qətnaməsinə əsasən nikahları pozulmuş və uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 60 manat alimentin cavabdehdən tutulub ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)- 890/2020 saylı qətnaməsi ilə alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, uşaqlarının baxılıb saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat alimentin tutulub ona verilməsi qərara alınmışdır. Məhkəməyə bildirir ki, uşaqlarından X3 artıq yetkinlik yaşına çatmışdır. Qızı Fidan isə 17-ci yaşdadır. O məktəblidir. Qızı Fidanın ehtiyacları müntəzəm olaraq artır. Onun məktəb ləvazimatları alınmasına, əlavə dərslərə getməsinə, müalicə və müayinəsinə müntəzəm olaraq yüksək məbləğdə pul xərclənir.Orxan tərəfindən ödənilən alimentin miqdarı çox azdır. Ona qızının baxılmasında valideyni köməklik edir. Uşağın atası Orxan onun saxlanılmasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 125 manat alimentdən başqa ona heç bir köməklik göstərmir. Alimenti də gecikdirmələrlə ödəyir. Cavabdeh əkinçilik –fermer təsərrüfatı ilə məşğul olur və yüksək məbləğdə qazancı var. Onun qızının baxılıb saxlanması üçün daha yüksək məbləğdə aliment ödəmək imkanı vardır. Orxanın rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 23 oktyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 181431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 sentyabr 2008-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(019)-890/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi,Balakən Rayon Məhkəməsinin 03 mart 2014-cü il tarixli 2(019)-201/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 25 iyul 2006-cı ildə anadan olmuş X2 və 19 sentyabr 2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,MŞŞ/MT-0018/2024-01497 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat İMS xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə rəsmi nikah bağlamadan evlənmiş,nikahlarını xx.xx.2005-ci ildə Balakən rayon Qazma kənd icra nümayəndəliyində 30 nömrə ilə rəsmiləşdirmişlər.Cavabdehlə birgə nikahlarından xx.xx.2006-cı ildə X3 və xx.xx.2008-ci ildə X4 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(019)-890/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 03 mart 2014-cü il tarixli 2(019)-201/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi,qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 25 iyul 2006-cı ildə anadan olmuş X2 və 19 sentyabr 2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Uşaqlar hazırda da İddiaçı himayəsində yaşayırlar. X3 yetkinlik yaşına çatmışdır. İddiaçı qızı-Fidanın saxlanması üçün ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, aliment təyin edildikdən sonra keçən 4 ildən artıq müddət ərzində xx.xx.2008ci il tarixdə anadan olmuş X1 böyüməsini, onun maddi tələbatının artmasını, 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat olduğu halda bu məbləğin hazırda 235 manat olmasını, eyni zamanda İddiaçı Cavabdeh qazancına, onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli,Balakən Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(019)-890/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 60 manatın 43.20 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 16.80 manat iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 41.60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(019)-890/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 19 sentyabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 60 manatın 43.20 manatı alınıb İddiaçı verilsin, mediasiya xərcinin qalan 16.80 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 41,60 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar