Məhkəmə qərarları › İş №e-2(019)-975/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-975/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-975/2023 11.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçı "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Birgə Müəssisəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı “Dinçer və Carçıoğlu” BM-nə qarşı vurduğu 17900 (on yeddi min doqquz yüz ) manat maddi ziyanın alınması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Birgə Müəssisəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsi arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh 02 oktyabr 2020-ci il tarixdə sürücü -ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Vəzifəsi isə satış şəbəkələrindən sifariş qəbul edib qida məhsullarını qaimə əsasında anbardan buraxılması üçün elektron formada anbardarı məlumatlandırmaq olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-ci maddəsinə uyğun olaraq onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış ,həmin maddənin bəndlərində qeyd olunan tələblər və şərtlər ona ətraflı izah edilərək şəxsən özü tərəfindən imzalanmışdır. Cavabdeh Balakən bölgəsində satış təmsilçisi işlədiyi müddətdə tabe olduğu satış üzrə bölgə müdirinin inam və etibarını qazandığını hiss etdikdən sonra işlədiyi müəssisəyə xəyanət edərək onunla bağlanmış əmək müqaviləsinin və imza atdığı tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini və üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq nəticədə müəssisəyə 17900 (on yeddi min doqquz yüz ) manat dəyərində maddi ziyan vurmuşdur. Belə ki,10 iyul 2023-cü il tarixində Cavabdeh məzuniyyətdə olduğu müddətdə vəzifəsindən sui-istifadə edərək sifariş qəbul etdiyi satış şəbəkələrində - Dərnəgül 2, Elcan market , Gənclik 5 № , M market , Okean 24 saat , Okean m/t Nərimanov , Orxan Nərimanov , Pizza market , Qasım market , Sərxan market və Ucuz marketə gedərək (satıcılar onu tanıdığı üçün) satıcıları inandırıb aldadaraq onlardan ümumi dəyəri 17900 (on yeddi min doqquz yüz ) manat məbləğində olan qida məhsullarını, Finlandiya istehsalı olan Valio kərə yağını iadə edərək alıb və digər marketlərə apararaq nisbətən dəyərindən aşağı qiymətə satmış və nəticədə əldə etdiyi pulu öz şəxsi məqsədi üçün istifadə edərək müəssisəyə xeyli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən müəssisəyə vurulmuş maddi ziyan müəssisənin daxili audit şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində aşkar edildikdən sonra tərəflərindən rəsmi məktubla onun ünvanına müraciət olunmasına və dəfələrlə istifadə etdiyi mobil telefon nömrələrinə zəng vurulmasına baxmayaraq Cavabdeh onların qanuni tələblərlərinə məhəl qoymayaraq məzuniyyətdən sonra işə çıxmamış və düşünülmüş halda işlədiyi müəssisəyə xəyanət edib və nəticədə onlara məlum olmayan səbəblərdən müəssisəyə vurduğu ziyanı ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Birgə Müəssisəsinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə3 iddianı etiraf etməyərək göstərdi ki, iddiaçı “Dinçer və Carçioğlu" Birgə müəssəsi hazırkı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 02 oktyabr 2020-ci il tarixdən müəssisədə sürücü ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Onun vəzifəsi isə satış şəbəkələrindən sifariş qəbul edib qida məhsullarını qaimə əsasında anbardan buraxılması üçün elektron formada anbardarı məlumatlandırmaq olmuşdur.Cavabdeh Balakən bölgəsində satış təmsilçisi işlədiyi müddətdə tabe olduğu satış üzrə bölgə müdirinin inam və etibarını qazandığını hiss etdikdən sonra işlədiyi müəssisəyə xəyanət edərək onunla bağlanmış əmək müqaviləsinin və imza atdığı tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini və üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq nəticədə müəssisəyə 17900 (on yeddi min doqquz yüz) manat dəyərində maddi ziyan vurmuşdur. Belə ki, 10 iyul 2023-cü il tarixində cavabdeh məzuniyyətdə olduğu müddətdə vəzifəsindən sui- istifadə edərək sifariş qəbul etdiyi satış şəbəkələrində: Dərnəgül 2, Elcan market, Gənclik № 5, M market , Okean 24 saat, Okean m/t Nərimanov, Orxan Nərimanov, Pizza market, Qasım market, Sərxan market və Ucuz marketə gedərək (satıcılar onu tanıdığı üçün) satıcıları inandırıb aldadaraq onlardan ümumi dəyəri 17900 (on yeddi min doqquz yüz) manat məbləğində olan qida məhsullarını Finlandiya istehsalı olan Valio kərə yağını iadə edərək alıb və digər marketlərə apararaq nisbətən dəyərindən aşağı qiymətə satmış və nəticədə əldə etdiyi pulu öz şəxsi məqsədi üçün istifadə edərək müəssisəyə xeyli miqdarda maddi ziyan vurmuşdur.Cavabdeh tərəfindən müəssisəyə vurulmuş maddi ziyan müəssisənin daxili audit şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində aşkar edilmişdir. İddia tələbinin əsası kimi, məhkəməyə topdan satış faturaları,əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqaviləni təqdim etmişdir. Azərbaycan Respublikası MPM-in 9.1,9.3,14.2,77.1,77.3,78.2 və 82-ci maddələrinə əsasən iddiaçı istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. İddiaçı iddia tələbində qeyd etdiyi 17900 manat dəyərində malların mövcudluğunu (alışı təsdiq edən elektron qaiməfakturaları), həmin malların sadalanan mağazalara satılmasını (satışı təsdiq edən elektron qaimə-fakturaları), həmin malların həqiqətən də satış obyektlərindən cavabdeh tərəfindən təhvil alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bu kimi sübutlar iş materiallarında mövcud deyildir. İşin həqiqi halları ondan ibarətdir ki, cavabdeh 02 oktyabr 2020-ci il tarixdən "xxxx" Azərbaycan Türkiyə Birgə Müəssisəsində satış nümayəndəsi kimi işləmiş, onun vəzifə Öhdəlikləri tərəflər arasında imzanmış 02 oktyabr 2020-ci il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədə öz əksini tapmışdır. Tam maddi məsuliyyət haqqında Müqavilənin a, c, d, f bəndlərinə əsasən, cavabdeh ona həvalə edilmiş ərazidə müəssisəyə məxsus ərzaq mallarının topdan və pərakəndə satışını təşkil etməli, müəssisə rəhbərliyi tərəfindən ona təhkim olunmuş ünvanlarda yerləşən ticarət nöqtələrindən vaxtlı-vaxtında sifarişləri qəbul etməli, qəbul etdiyi sifarişlər barədə satış şöbəsinin müdiriyyətini gündəlik məlumatlandırmalı, malların siyahısını anbardara təqdim etməli, ona təhkim olunmuş ərazidə hər hansı ticarət nöqtəsinin işləməməsi və ya bağlanması barədə vaxtında xəbərdar olmalı, orada olan cari borcun nəğd pul və ya mal şəklində geri qaytarılmasını təmin etməli olmuş, işlədiyi müddətdə yalnız sifarişləri qəbul etmiş, aidiyyəti satış şöbəsinin müdirinə və anbardara zəruri məlumatları vermişdir. Cavabdeh işlədiyi müddətdə hər hansı malı satış obyektinə təhvil verməmiş, hər hansı malı anbara qaytarmaq üçün satış obyektlərindən təhvil almamışdır. Eləcə də, malın dəyərinin nəğd şəkildə mağazalardan almamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində malların nəğd şəkildə satılması qadağan olmaqla, alışı və satışı təsdiq edən elektron qaimə-fakturalar hazırda mövcud deyildir. Topdan satış fakturası satışı təsdiq edən daxili sənəd kimi qiymətləndirilsə belə onun həqiqiliyi mütləq şəkildə elektron qaimə-fakturalarla öz təsdiqini tapmalıdır.Qeyd etdikləri nəzərə alınmaqla iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, 437/20 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" BM-si arasında əmək müqaviləsi bağlanmış,Cavabdeh müəssisədə satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir.Onun əmək funksiyasına malların satışını həyata keçirtmək, sifarişlər qəbul etmək ,debitor borclara nəzarət etmək,satış təmsilçisinin digər funksiyalarını həyata keçirtmək aid edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində göstərilmişdir ki,Cavabdeh iddiaçı "xxxx" BM-də satış üzrə nümayəndə, əmək müqaviləsi üzrə baş satış təmsilçisi işinə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, iddiaçı "xxxx" BM-si ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" BM-si tərəfindən Cavabdeh ünvanlanmış 12 sentyabr 2023-cü il tarixli 326 nömrəli pretenziyada göstərilmişdir ki, “"xxxx" Birgə müəssisəsində satış təmçilçisi vəzifəsində işlədiyiniz müddətdə vəzifədən sui-istifadə edərək sifariş qəbul etdiyiniz satış şəbəkələrindən "xxxx" BM-nə məxsus ümumi dəyəri 17.900 (on yeddi min doqquz yüz)manat olan qida məhsullarını iadə edərək digər satış şəbəkələrində sataraq əldə etdiyiniz 17.900 manat pulu şəxsi məqsədiniz üçün istifadə etmisiniz. Ona görə Sizdən tələb olunur ki, qısa bir müddətdə müəssisəyə vurduğunuz 17.900 manat ziyanı gəlib ödəyəsiniz.Əks halda Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə uyğun olaraq barənizdə tədbir görülməsi üçün tərəfimizdən məhkəməyə müraciət olunacaqdır”. Məhkəmə iddiaçının nümayəndəsinin,cavabdehin nümayəndəsi (vəkilinin) izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı "xxxx" BM-si arasında 437/20 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış,Cavabdeh müəssisədə satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. Onun əmək funksiyasına malların satışını həyata keçirtmək, sifarişlər qəbul etmək , debitor borclara nəzarət etmək, satış təmsilçisinin digər funksiyalarını həyata keçirtmək aid edilmişdir. İddiaçı "xxxx" BM-si Cavabdeh 10 iyul 2023-cü il tarixində məzuniyyətdə olduğu müddətdə vəzifəsindən sui-istifadə edərək sifariş qəbul etdiyi satış şəbəkələrinə - Dərnəgül 2, Elcan market , Gənclik 5 № , M market, Okean 24 saat , Okean m/t Nərimanov ,Orxan Nərimanov , Pizza market , Qasım market, Sərxan market və Ucuz marketə gedərək, satıcıları inandırıb aldadaraq onlardan ümumi dəyəri 17900 (on yeddi min doqquz yüz) manat məbləğində olan qida məhsullarını, Finlandiya istehsalı olan Valio kərə yağını iadə edərək alıb digər marketlərə dəyərindən aşağı qiymətə satmasını, nəticədə müəssisəyə 17900 (on yeddi min doqquz yüz ) manat məbləğində maddi ziyan vurmasını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 200-cü maddəsinin 1-5-ci hissələrinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 201-ci maddəsinin 1-3-cü hissələrinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət - sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 202-ci maddəsinə 1-3-cü hissələrinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-2-ci hissələrinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 1-3-cü hissələrinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 206-cı maddəsinin 1-2-ci hissələrinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür. İddiaçı "xxxx" Birgə Müəssisəsi, həmin müəssisədə satış təmsilçisi işləmiş Cavabdeh məzuniyyətdə olduğu müddətdə vəzifəsindən sui-istifadə edərək sifariş qəbul etdiyi satış şəbəkələrinə - Dərnəgül 2, Elcan market , Gənclik 5 № , M market , Okean 24 saat , Okean m/t Nərimanov , Orxan Nərimanov , Pizza market , Qasım market , Sərxan market və Ucuz marketə gedərək satıcıları inandırıb aldadaraq onlardan ümumi dəyəri 17900 (on yeddi min doqquz yüz ) manat məbləğində olan qida məhsullarını, Finlandiya istehsalı olan Valio kərə yağını iadə edərək alıb digər marketlərə nisbətən dəyərindən aşağı qiymətə satmasını, nəticədə əldə etdiyi pulu öz şəxsi məqsədi üçün istifadə edərək müəssisəyə 17900 (on yeddi min doqquz yüz ) manat məbləğində maddi ziyan vurmasını göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən sübutların təqdim edilməsi üçün məhkəmə iclası işin məhkəməyə hazırlanması zamanı, hətta məhkəmə baxışı mərhələsində təxirə salınmasına baxmayaraq iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 144.00 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 144.00 manat dövlət rüsumu iddiaçı "xxxx" Birgə Müəssisəsinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar