Məhkəmə qərarları › İş №e-2(019)-996/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-996/2022

28.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-996/2022 28.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarı artırılaraq 13 iyun 2008-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 26 fevral 2009cu ildə rəsmi nikah bağlanmış, Balakən Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli 2(019)-195/2009 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmin nikahdan dünyaya gəlmiş 13 iyun 2008-ci il təvəllüdlü X7 onun yanında saxlanmış, uşağın saxlanması üçün cavabdehdən hər ay 20 manat aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Hazırda uşağın 14 yaşı olduğundan və onun saxlanması üçün xərcləri artdığından cavabdeh tərəfindən hər ay ödənilən alimentin miqdarı uşağın maddi vəziyyətinin təmin edilməsinə kifayət etmir. Bu isə uşağı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququndan məhrum edir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyindən hazırda alimentin miqdarının artırılmasına zərurət yaranmışdır.Alimentin miqdarının artırılması ilə bağlı tərəflər arasında mübahisə yaranmış, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iddiaçı mediatora müraciət etmiş, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamış, tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmiş, mediator tərəfindən bu barədə X4 sonra prosesin davam etdirilə bilməməsi barədə 31 oktyabr 2022-ci il tarixli arayış təqdim edilmişdir. Bu səbəbdən iddiaçı hazırki iddianı irəli sürmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 096884 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında olan nikah ləğv edilmiş,nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında nikahın pozulması 2009-cu ilin noyabr ayının 20 günündə 62 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 fevral 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 243248 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 iyun 2008-ci ildə anadan olmuş , atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli 2(019)- 192/2009 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edlilməsi, X1 Cavabdeh ilə aralarında bağlanmış 26 fevral 2009-cu il tarixdə Balakən Rayon Qeydiyyat şöbəsində 30 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra uşaq- 13 iyun 2008-ci il təvəllüdlü X6 anası X1 yanında qalması, Cavabdeh 03 avqust 2009-cu il tarixdən başlayaraq 13 iyun 2008-ci ildə anadan olmuş Jalənin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 20 (iyirmi) manat alimentin tutulub X2 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, MŞŞ/B1-01413 nömrəli X4 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 26 fevral 2009-cu il tarixdə rəsmi nikah bağlamaqla Cavabdeh ilə evlənmişdir.Birgə nikahlarından 13 iyun 2008-ci il tarixdə X7 adında bir uşaqları olmuşdur. Uşaq İddiaçı himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli 2(019)-195/2009 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi,X1 Cavabdeh ilə aralarında bağlanmış 26 fevral 2009-cu il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 30 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra uşaq- 13 iyun 2008-ci il təvəllüdlü X6 anası X1 yanında qalması, Cavabdeh 03 avqust 2009-cu il tarixdən başlayaraq 13 iyun 2008-ci ildə anadan olmuş Jalənin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 20 (iyirmi) manat alimentin tutulub X2 verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, eyni zamanda iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli 2(019)- 195/2009 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 iyun 2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün,Cavabdeh 39,20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə, 50 manat Mediasiya xərcinin 41,50 manatı isə tutulub İddiaçı ödənilməlidir. Belə ki, “X9” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli 2(019)-195/2009 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 iyun 2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 39,20 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə, 50 manat mediasiya xərcinin 41,50 manatı isə tutulub İddiaçı ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar