Məhkəmə qərarları › İş №e-2(019)-998/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-998/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-998/2024 02.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-239/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş аlimentin miqdаrı dəyişdirilməklə (artırılmaqla) himayəsində оlаn, 10 noyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yаşınа çаtаnа kimi bаxılıb sаxlаnmаsı üçün Cavabdeh hər аy 235 (iki yüz otuz beş) mаnаt sаbit pul məbləğində аlimentin аlınıb onun xeyrinə ödənilməsi bаrədə qətnаmə çıxаrılmаsını məhkəmədən xаhiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o Cavabdeh ilə 02 iyun 2009-cu ildə evlənmişdir, nikahlarını xx.xx.2011-ci ildə Balakən VVADQ şöbəsində rəsmiləşdirmişdirlər. Cavabdehlə birgə nikahılarından 10 noyabr 2010-cu il tarixdə X4 adlı bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(019)-418/2013 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından olan uşaq Cavabdeh himayəsində saxlanılmışdır.O məhkəməyə müraciət edərək birgə nikahlarından 10 noyabr 2010-cu il tarixdə anadan olmuş X3 yaşayış yerinin onun yanında müəyyən olunması və alimentin təyin edilməsini tələb etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-239/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X4 onun yanında saxlanılmış, həmin uşağın baxılması üçün hər ay 100 manat alimentin ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş 100 manat alimentlə uşağın baxılması çox çətindir, uşaq böyüyüb və təhsil xərcləri də artıb. Cavabdeh hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat aliment ödəmək iqtidarındadır. Alimentin artırılması tələbi ilə mediatora müraciət etmişdir, mediasiya prosesində cavabdeh heç bir razılıq bildirməmişdir. Bu barədə mediasiya arayışı verilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O,əlavə olaraq göstərdi ki,o məktəbdə müəllimə işləyib əmək haqqı alsa da,əmək haqqısı onların ehtiyaclarını qarşılaya bilmir. Ona görə də alimentin miqdarının artırılması zəruridir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi o qeydiyyatda olduğu ünvanda yaşamadığından geri qaytarılmışdır. Balakən RİH Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 oktyabr 2024cü il tarixli 190 nömrəli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh şəhərin A.Məmmədov küçəsi 11 nömrəli ünvanında qeydiyyatda olmasına baxmayaraq halhazırda Rusiya Federasiyasında yaşayır. Odur ki, məktubun ona çatdırılması mümkün deyil. Məhkəmə bildirişi Cavabdeh təqdim edilməsi üçün təkrarən xx.xx.2024-cü il tarixdə Balakən RİH Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, icra Nümayəndəliyi məhkəmə bildirişini xx.xx.2024-cü ildə almışdır,bu barədə sənəd məhkəməyə daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(019)-418/2013 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları pozulmuş, birgə nikahlarından olan uşaq Cavabdeh himayəsində saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-239/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 İddiaçı yanında saxlanılmış, həmin uşağın baxılması üçün hər ay 100 manat alimentin ona verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Tver vil. Tver ş. Administrasiyasının VVAQ Şöbəsinin 5 saylı filialı tərəfindən 25 may 2011-ci il tarixində verilən l - OH № 785733 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 noyabr 2010-cu il tarixində anadan olmuşdur, atası Cavabdeh, anası X1r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/MT001/2024-00912 nömrəli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X2 iştirak etmişdir, 60 manat mediasiya xərcini İddiaçı təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçını dinləyib,işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki,İddiaçı Cavabdeh ilə 02 iyun 2009-cu ildə evlənmiş , nikahlarını xx.xx.2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər.Birgə nikahlarından 10 noyabr 2010-cı il tarixdə X4 adlı bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(019)-418/2013 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından olan uşaq Cavabdeh himayəsində saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından 10 noyabr 2010cu il tarixdə anadan olmuş X3 yaşayış yerinin onun yanında müəyyən olunması və alimentin təyin edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-239/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X4 İddiaçı yanında saxlanılmış, həmin uşağın baxılması üçün hər ay 100 manat alimentin ona verilməsi qət edilmişdir.İddiaçı uşağın böyüdüyünü, xərclərinin artdığını göstərərək alimentin artırılması barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin 10 noyabr 2010-cu il təvəllüdlü X3 tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 2(019)-239/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 10 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,60 manat mediasiya xərcinin 43,20 manatı Cavabdeh alınıb İddiaçı ödənilməlidir.Həmçinin 40,40 manat dövlət rüsumu Cavabdeh tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 2(019)-239/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 10 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 60 manat mediasiya xərcinin 43,20 manatı Cavabdeh alınıb İddiaçı ödənilsin,mediasiya xərcinin qalan hissəsi İddiaçı aid edilsin. Cavabdeh 40,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar