Məhkəmə qərarları › İş №e-2(020)-1095/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1095/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1095/2024 22.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTGK6124128A140 saylı kredit müqaviləsinə əsasən 3259,41 manat əsas borc və 418,43 manat məbləğində faiz borcu olmaqla, cəmi 3677,84 manat borcun, xx.xx.2022-ci il tarixli BRCB6129445A140 saylı kartına dair müqaviləyə əsasən 388,09 manat əsas borc, 73,08 manat faiz borcu olmaqla, cəmi 461,17 manat borcun və 61,39 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTGK6124128A140 saylı kredit müqaviləsinə əsasən ona illik 23 faiz dərəcəsi ilə, 48 ay müddətinə 4280 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6129445A140 saylı kredit müqaviləsinə əsasən ona illik 25 faizlə, 500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTGK6124128A140 saylı kredit müqaviləsinə əsasən 3259,41 manat əsas borc və 418,43 manat faiz borcu olmaqla, cəmi 3677,84 manat borcu, xx.xx.2022-ci il tarixli BRCB6129445A140 saylı kredit kartına dair müqaviləyə əsasən 388,09 manat əsas borc və 73,08 manat məbləğində faiz borcu olmaqla, cəmi 461,17 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli GTGK6124128A140 №-li kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən borclu Cavabdeh 48 ay müddətinə, illik 23 faiz dərəcəsi olmaqla, 4280 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixli GTGK6124128A140 saylı kredit müqaviləsi üzrə ödənişlərin hər ay 137,18 manat olmaqla xx.xx.2026-cı il tarixə kimi ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 4280 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən bankın kassasından qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli BRCB6129445A140 №-li Birbank Casback kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən borclu Cavabdeh gündəlik tələbat məqsədləri üçün illik 25 faiz dərəcəsi olmaqla, 500 manat məbləğində Birbank kartı verilmişdir. xx.xx.2022-ci il tarixli balanskənar məxaric orderindən görünür ki, 1 ədəd plastik kartı Cavabdeh tərəfindən Beyləqan rayon filalında qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli GTGK6124128A140 saylı kredit müqaviləsinə əsasən Cavabdeh Banka 3259,41 manat əsas borc və 418,43 manat faiz borcu olmaqla, cəmi 3677,84 manat, xx.xx.2022-ci il tarixli BRCB6129445A140 saylı kredit kartına dair müqaviləyə əsasən 388,09 manat əsas borc və 73,08 manat məbləğində faiz borcu olmaqla, cəmi 461,17 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Beləliklə də iş materiallarına məcmuu halda qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli və Cavabdeh xx.xx.2022-ci il tarixli GTGK6124128A140 saylı kredit müqaviləsinə əsasən 3259,41 manat məbləğində əsas borc və 418,43 manat məbləğində faiz borcu olmaqla, cəmi 3677,84 manat, xx.xx.2022-ci il tarixli BRCB6129445A140 saylı kredit kartına dair müqaviləyə əsasən 388,09 manat əsas borc və 73,08 manat məbləğində faiz borcu olmaqla, cəmi 461,17 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 61,39 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTGK6124128A140 saylı kredit müqaviləsinə əsasən 3259,41 (üç min iki yüz əlli doqquz manat 41 qəpik) manat məbləğində əsas borc və 418,43 (dörd yüz on səkkiz manat 43 qəpik) manat məbləğində faiz borcu, xx.xx.2022-ci il tarixli BRCB6129445A140 saylı kredit kartına dair müqaviləyə əsasən 388,09 (üç yüz səksən səkkiz manat 09 qəpik) manat məbləğində əsas borc və 73,08 (yetmiş üç manat 09 qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4139,01 (dörd min yüz otuz doqquz manat 01 qəpik) manat məbləğində borc və 61,39 (altmış bir manat 39 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar