Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1110/2024 11.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050148-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 9563,18 (doqquz min beş yüz altmış üç manat 18 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3458,95 (üç min dörd yüz əlli səkkiz manat 95 qəpik) manat faiz borcu, 148,19 (bir yüz qırx səkkiz manat 19 qəpik) manat cərimə borcu və 937,45 (doqquz yüz otuz yeddi manat 45 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 14107,77 (on dörd min bir yüz yeddi manat 77 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə “ MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia ərizsəinin onunla əsaslandırmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0050148-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “mebel alışı” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 436,82 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 362,50 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 56,68 manat olmaqla cəmi 856,00 manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata ödənilməmiş 9.563,18 manat məbləğində əsas məbləğ üzrə borcu, 3.458,95 manat faiz borcu, 148,19 manat cərimə borcu vardır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050148-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur.Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 937,45 manat təşkil edir. Odur ki, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050148-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 9563,18 (doqquz min beş yüz altmış üç manat 18 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3458,95 (üç min dörd yüz əlli səkkiz manat 95 qəpik) manat faiz borcu, 148,19 (bir yüz qırx səkkiz manat 19 qəpik) manat cərimə borcu və 937,45 (doqquz yüz otuz yeddi manat 45 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 14107,77 (on dörd min bir yüz yeddi manat 77 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏDÜ nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, Lakin hazırda Beyləqan şəhərində yaşamır, hazırda harada yaşamasına dair məlumatları yoxdur. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də cavabdehin axırıncı yaşayış yeri barədə yaşadığı ərazi nümayəndəliyindən məlumat daxil olduğundan məhkəmə hazırkı vəziyyətdə işə baxılmasını əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0050148-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqavilsiənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “mebel alışı” məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 436,82 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 362,50 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 56,68 manat olmaqla cəmi 856,00 manat məbləğində pul ödənilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh müqavilə üzrə BOKT "xxxx" MMC-yə ödənilməmiş 9.563,18 manat məbləğində əsas məbləğ üzrə borcu, 3.458,95 manat faiz borcu, 148,19 manat cərimə borcu və müqaviləyə əsasən hesablanmış zərərə görə (əldən çıxmış fayda) 937,45 manat kredit borcu vardır. İşdə olan bildirşdən görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Cavabdehin iddiaçı təşkilatdan kredit götürməsi cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 7670,74 manat, faiz borcuüzrə 2730,78 manat, cərimə borcu üzrə 79,95 manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi kimi 578,50 manat olmaqla, cəmi 11059,97 manat məbləğində kredit borcunun və ödənilmiş 124 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050148-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 9563,18 (doqquz min beş yüz altmış üç manat 18 qəpik) manat, faiz borcu üzrə 3458,95 (üç min dörd yüz əlli səkkiz manat 95 qəpik) manat, cərimə borcu üzrə 148,19 (bir yüz qırx səkkiz manat 19 qəpik) manat və dəymiş zərərin (əldən çıxmış fayda) 937,45 (doqquz yüz otuz yeddi manat 45 qəpik) manat olmaqla cəmi 14107,77 (on dörd min bir yüz yeddi manat 77 qəpik) manat kredit borcu və ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumu alınıb BOKT "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1110/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1110/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver