Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1173/2025 06.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçıASC(bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 24 yanvar 2025-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 15679,62 manat əsas, 835,70 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 139,55 manat olmaqla, cəmi 16654,87 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında bağlanmış 24 yanvar 2025-ci il tarixli kredit müqaviləsinə əsasən gündəlik tələbat məqsədilə 72 ay müddətinə, illik 17 faizlə 15679,62 manat məbləğində pulu kreditlə vermiş, həmin müqavilə üzrə borcunu ödəməsi üçün bir neçə dəfə şifahi və yazılı qaydada xəbərdarlıq etsə də, sonuncu öhdəliyini tam icra etməmişdir. Nəticədə cavabdehin ona həmin müqavilə üzrə 14 may 2025-ci il tarixə 15679,62 manat əsas və 835,70 manat faiz borcu olmaqla, cəmi 16515,32 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 139,55 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia ərizəsində iş üzrə məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərini ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahat verərək iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 24 yanvar 2025-ci il tarixli kredit müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, kassa məxaric orderi, cavabdehin 14 may 2025-ci il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehə yazılı qaydada göndərdiyi 05 may 2025-ci il tarixli bildiriş və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir,buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 448.1-ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilmiş, işin mübahisəsiz və mübahisəli halları ilə bağlı müəyyən etidiyi faktiki halları və onlara tətbiq edilməli olan qanunvericilik normalarına əsaslanaraq, iddiaçının irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara, eləcə də cavabdehin iddia ərizəsinə dair verdiyi izahata obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğuna görə iddiaçının dövlət rüsumu ilə əlaqədar ödədiyi cəmi 139,55 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 24 yanvar 2025-ci il tarixli krediti müqaviləsi üzrə yaranmış 15679,62 manat əsas, 835,70 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 139,55 manat olmaqla, cəmi 16654,87 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №e-2(020)-1173/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1173/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver