Məhkəmə qərarları › İş №e-2(020)-1325/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1325/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1325/2023 24.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı “Bank Respublika" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “Bank Respublika" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia qaldırmışdır. İddiaçı “Bank Respublika" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək Cavabdeh ilə bank arasında razılıq əldə edildiyini, cavabdehin banka olan borcunu tam olaraq ödədiyini və cavabdehin bank qarşısında heç bir öhdəliyinin olmamasını, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmiş və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə iddiaçı iddianın baxılmamış saxlanılması xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmiş və mahiyyəti üzrə işə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı “Bank Respublika" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi qərardadın tərkib hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar