Məhkəmə qərarları › İş №e-2(020)-1333/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1333/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1333/2023 08.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı 'Azərbaycan Sənaye Bankı" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 'Azərbaycan Sənaye Bankı" ASC məhkəmədə Cavabdeh, xx.xx.2021-ci il tarixli, 1002/118820 sayh kredit kartı müqaviləsi üzrə xx.xx.2023 -cü il tarixə əsas kredit kart borcu üzrə 433.70 (dörd yüz otuz üç manat yetmiş qəpik) manat əsas borc, 30.15 (otuz manat on beş qəpik) manat faiz borcu, 105.03 (bir yüz beş manat üç qəpik) manat cərimə borcu, cəmi 568.88 (beş yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat borc məbləğinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq 'Azərbaycan Sənaye Bankı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 'Azərbaycan Sənaye Bankı" ASC-nin iddia ərizəsindən görünür ki, Kreditor "xxxx" ASC ilə borclu Cavabdeh arasmda bağlanmış xx.xx.2021-ci il tarixli, 1002/118820 saylı kredit kartı müqaviləsinə əsasən borcluya illik 24% hesablanmaqla 500,00 AZN (beş yüz) məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli, 1002/118820 saylı kredit kartı müqaviləsinin 7.3-cü maddəsində toplam ödənilən məbləğ minimum ödənilməli olan məbləğdən çox olarsa, lakin borc tam ödənilmədiyi halda əsas borcun ödənilməyən hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. 7.4-cü maddəsində Minimum ödəniş məbləğinin tam ödənildiyi, lakin əsas borcun qalan hissəsi ödənilmədiyi halda ödənilməyən əsas borc məbləğinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır.Minimum ödəniş məbləğinin əskik ödənildiyi və ya ödənilmədiyi halda əsas borcun minimum ödəniş məbləğindən artıq olan hissəsinə aylıq nominal faiz dərəcəsi ilə faiz borcu hesablanacaqdır. Minimum ödəniş məbləğinin ödənilməyən hissəsinə isə bu müqavilənin 7.10-cu maddəsində qeyd edilən aylıq cərimə faizi hesablanacaqdır.Cari kredit üzrə aylıq nominal faiz dərəcəsi 2 %, illik nominal faiz dərəcəsi 24 % və kreditin rəsmiləşdirilməsi, illik xidmət haqqları, sığorta, qiymətləndirmə xərcləri də daxil olmaq üzrə faktiki illik faiz dərəcəsi illik 24 %, aylıq cərimə faiz dərəcəsi 3 % təşkil edir. Lakin cavabdeh müqavilə üzrə Öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə əsas borcu 433,70 AZN (dörd yüz otuz üç manat yetmiş qəpik), faiz borcu 30,15 AZN (otuz manat on beş qəpik), cərimə borcu 105,03 AZN (bir yüz beş manat sıfır üç qəpik) təşkil edir. Tərəflər arasmda bağlanmış güzəştli kredit müqaviləsinin 4.1-ci bəndinə görə borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 60 (altmış) ay ərzində,Müqavilənin tərkibhissəsi sayılan 1 saylı Əlavəyə əsasən qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 9.4-cü maddəsinə əsasən, borcalan əsas borc və ya faizlərin ödənilməsini ardıcıl 2 dəfə gecikdirdikdə, Bank bütün borcu vaxtı keçmiş borc hesablarına ata,müqaviləyə xitam verə və bütün borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********000004 saylı güzəştli kredit müqaviləsinin 4.1. bəndinə əsasən, borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 60 (altmış) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür.Həmin müqavilənin 5.2. maddəsinə əsasən, kredit üzrə faizlər kreditin verildiyi günə faizləri şərti olaraq 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayına görə hər gün illik 1 %-lə günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi və qaytarıldığı günlər üçün də hesablanır.Həmin müqavilənin 5.3. maddəsinə əsasən, cari kredit üzrə illik nominal faiz dərəcəsi 1 (bir) % və kreditin rəsmiləşdirilməsi,nağd məxaric,sığorta,qiymətləndirmə xərcləri də daxil olmaq üzrə faktiki illik faiz dərəcəsi l(bir)%-dir.Həmin müqavilənin 6.2. maddəsinə əsasən, Borcun faktiki olaraq ödənildiyi tarixədək, gecikdirilən əsas məbləğə illik (0,02%) qədər gündəlik dəbbə pulu hesablanır və Borcalan tərəfindən öənilir. Lakin borclu Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor"xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarma gəlmişdir. Cavabdehnın xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli, 10002/118820 saylı kredit kartı müqaviləsi üzrə "xxxx" ASC olan borcunun məbləği əsas kredit borcu üzrə AZN 433.70 (dörd yüz otuz üç manat yetmiş qəpik) manat əsas borc, 30.15 (otuz manat on beş qəpik) manat faiz borcu, 105.03 (bir yüz beş manat üç qəpik) manat cərimə borcu, cəmi 568.88 (beş yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini göndərilmiş, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Adıçəkilən Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə Şakir edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdehin iddiaçı ilə arasında olan kredit kartı müqaviləsinin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanuna müvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, xx.xx.2021-ci il tarixli, 1002/118820 sayh kredit kartı müqaviləsi üzrə xx.xx.2023 cü il tarixə əsas kredit kart borcu üzrə 433.70 (dörd yüz otuz üç manat yetmiş qəpik) manat əsas borc, 30.15 (otuz manat on beş qəpik) manat faiz borcu, 105.03 (bir yüz beş manat üç qəpik) manat cərimə borcu, cəmi 568.88 (beş yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq 'Azərbaycan Sənaye Bankı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar