Məhkəmə qərarları › İş №e-2(020)-1402/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1402/2025

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1402/2025 24.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı-İddiaçı vəkalətli nümayəndəsi Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh- Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı avtomaşına dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 vəsatətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər xx xxxxxx 1991-ci il tarixdə anadan olmuş, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh2 və xx xxxxx 1963-cü il tarixdə anadan olmuş, Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olan Cavabdeh1 müştərək qaydada onun avtomobilinə dəymiş 24909 (iyirmi dörd min doqquz yüz doqquz) manat məbləğində zərərin, 220 (iki yüziyirmi) qiymətləndirmə rəyi üçün ödədiyi haqq 1000 (bir min) manat hüquqi yardım üçün vəkilə ödədiyi haqqın və dövlət rüsumu kimi ödədiyi 153 (bir yüz əlli üç) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən İddiaçı nümayəndəsi Beyləqan rayon vəkil bürosunun vəkili Nümayəndə göstərdi ki, “TOYOTARAV” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə Bakı şəhərində hərəkətdə olarkən, Cavabdeh1 mülkiyyətində olan “HUNDAİ SONATA” MARKALİ, Dövlət qeydiyyat nişanı ** NB *** olan və etibarnamə əsasında Beyləqan rayonu Kəbirli kəndində qeydiyyatda olamaqla həmin ünvanda yaşayan Cavabdeh2 tərəfindən idarə olunan zaman “Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmiş, cavabdehin idarə etdiyi “HUNDAİ SONATA” avtomobili iddiaçının idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Nizami rayon polis şöbəsində aparılan araşdırma zamanı baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 inzibati xəta törətməsi müəyyən edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol protokol tərtib edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla 40 manat cərimə edilmişdir. Cavabdeh2 həmin qərardan şikayət verməmiş, qərar qanuni qüvvəsini almışdır.“TOYOTA CENTER BAKU MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən iddiaçının avtomobilinin təmiri üçün ehtiyat hissələri və təmirin başa çatdırılması üçün görüləcək işlərin dəyəri 29.909 manat olmuşdur. Eyni zamanda qiymələndirmə rəyinin alınması üçün 220 manat vəsait ödəmişdir. Avtomobilə dəyən zərərin 5000 manatı ”Meqa Sğorta” tərəfindən sığorta ödənşi kimi ödənilmişdir. İddiaçı dəfələrlə Cavabdeh2 ona dəymiş ziyanı ödəmələrini tələb etmiş, lakin iddiaçıya dəyən ziyan ödənilməmişdir. Yaqut avtomobili etibarnamə ilə oğlu Elminə verdiyindən cavabdeh kimi göstərilmişdir və dəymiş ziyana görə o, da məsuliyyət daşıyır. İddiaçının avtomobili təzə olmuş, ehtiyat hissələri də təzə olmalıdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, “HUNDAİ SONATA” MARKALİ, Dövlət qeydiyyat nişanı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir, avtomobili etibarnamə əsasında oğlu Elçinə vermişdir. Elçin Bakı şəhərində yaşayır. Oğlu Elçin avtomobili idərə edərkən tıxacda iddiaçının avtomobili ilə toqquşmuşdur. Avtomobilə iddiaçının tələb etdiyi miqdarda ziyan dəyməmişdir. İddiaçının tələb etdiyi ziyanı ödəməyə maddi imkanı yoxdur. İddianı qəbul etmir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı avtomaşını nasaz vəziyyətdə idarə etmişdir. Həmçinin hadisədən sonra avtomaşını ustaya aparanda cəmi 12000 manat avtomaşının təmirinə pul istəmişdir.Həmin pulun da 5000 manatını sığorta ödəmişdir.İddiaçının tələb etdiyi məbləğ həddindən artıq çoxdur və avtomaşına həmin məbləğdə ziyan dəyməmişdir.Həmçinin İddiaçı vəsatət verərək, iddia ərizəsinə əlavə edilmiş ziyan aktında göstərilən rəqəmlərin şişirdildiyini və həqiqəti əks etdirmədiyini, avtomobilə göstərilən qədər ziyan dəymədiyini göstərmiş və bununla bağlı qiymətləndirmə ekspertizası təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “HUNDAİ SONATA” MARKALİ, ** NB *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü ildə idarə etməsi üçün xx.xx.2034-cü ilə qədər Cavabdeh2 vermiş, Cavabdeh2 sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokladan görünür ki, Cavabdeh2 “HUNDAİ SONATA” MARKALİ, Dövlət qeydiyyat nişanı ** NB *** olan avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh2 “HUNDAİ SONATA” MARKALİ, Dövlət qeydiyyat nişanı ** NB *** olan avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmiş və 40 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində əzilmiş “TOYOTA RAV” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyat hissələri və təmirin başa çatdırılması üçün görüləcək işlərin dəyəri 29.909 manat olmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “TOYOTA RAV” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Cavabdeh2 vəsatəti əasında Beyləqan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş üzrə alınmış "xxxx" MMC-nin 27 yanvar 2026-cı il tarixli rəyindən görünür ki, “TOYOTA- RAV-4 Hibrid” minik markalı **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 23200.00 (iyirmi üç min iki yüz) manat müəyyən olunmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1113.1-ci maddəsinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konistititsiya Məhkəməsinin Plenuminun 18 aprel 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexaniki və i.a) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası MM-nin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və hüquqi şəxslər daşıyırlar. Məhkəmədə Cavabdeh2 avtomobili etibarnamə əsasında avtomobilin mülkiyyətçisi olan anası hazırkı iş üzrə Cavabdeh1 tərəfindən verilmiş etibarnamə ilə idarə etdiyi və hazırkı tələbin avtoqəza nəticəsində dəymiş ziyana görə iddiaçı tərəfindən verildiyi, həmin hadisənin də Cavabdeh2 avtomobili idarə edərkən Yol Hərəkəti qaydalarını pozması nəticəsində baş verdiyi və iddiaçıya ziyan dəyməsi müəyyən edilmişdir ki, qanunun tələblərinə görə hər iki cavabdeh dəymiş ziyanla bağlı məsuliyyət daşıyır. Məhkəmədə müəyyən edildi ki, avtoqəzada Cavabdeh2 günahkar olmuş və o, qanuna uyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə aktına əsasən iddiaçıya məxsus avtomaşına dəyən ziyan 29909.00 manat olmuşdur. İş üzrə alınmış ekspertiza rəyindən isə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 23200.00 manat müəyyən olunmuşdur. İddiaçıya dəymiş ziyanın 5000 manat isə iddiaçıya məxsus avtomaşına ödənilən sığorta hesabına qarşılanmışdır. Ona görə də, cavabdehlərdən dəymiş ziyana görə 18200 manat alınıb iddiaçıya verilməlidir. İddiaçı tərəfindən avtomobilin əzilməsi nəticəsində dəymiş ziyanla bağlı mütəxəssis aktı almaq üçün "xxxx" MMC-yə 220 manat ödənilmişdir. Qiymətləndirmə rəyinə əsasən həmin MMC tərəfindən verilən aktda göstərilən ziyanın məbləği qismən təsdiq edildiyindən məhkəmə ziyan aktına görə ödənilən məbləğin 180 manat təmin edilməsini əsaslı hesab edir. Bundan əlavə iddiaçı tərəfindən qiymətləndirmə rəyi alınmasından ötürü "xxxx" MMC-nin hesabına ödənilən 300 manat da cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. İddiaçı vəkilə hüququ yardım üçün 1000 manat ödəməsini və həmin pulun da cavabdehlərdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hüququ yardım iddia ərizəsinin yazılmasından və vəkilin nümayəndə kimi məhkəmə prosseslərində iştirak etməsindən ibarət olmuşdur. Həmin göstəriən hüquqi yardıma görə cavabdehlərdən 1000 manat tələb edilməsi ağlabatan məbləğ deyildir. Ona görə də həmin məbləğin 500 manat həcmində təmin edilməlidir. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu iddianın təmin olunan məbləğinə münasibətdə cavabdehlərdən alınıb iddiaçıya verilməlidir ki, həmin məbləğ də 144.60 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv qiymət verərək iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş ziyana görə 18.200 (on səkkiz min iki yüz) manat, hüquqi yardıma görə 500 (beş yüz) manat, qiymətləndirmə aktına görə 180 (yüz səksən) manat, qiymətləndirmə rəyinə görə 300 (üç yüz) manat və dövlət rüsumuna görə ödənilən 144.60 (yüz qırx dörd manat altmış qəpik) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar