Məhkəmə qərarları › İş №e-2(020)-1416/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1416/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1416/2025 08.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Səfərov Səbuhi oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada BOKT "xxxx" MMC arasında bağlanmış 07 dekabr 2023-cü il tarixli, L-BN-0066076-F saylı kredit, Birgə borcluluq və BN-00017154 saylı Zaminlik müqavilələrinə əsasasən 1649.15 (min altı yüz qırx doqquz manat, on beş qəpik) manat, faiz borcu üzrə 115.44 (yüz on beş manat, qırx dörd qəpik) manat, 20.86 (iyirmi manat, səksən altı qəpik) manat cərimə borcu, 234.73 (iki yüz otuz dörd manat yetmiş üç qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 2020.18 (iki min iyirmi manat, on səkkiz qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq BOKT "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İş materyallarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nin Kürdəmir filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında 07 dekabr 2023-cü il tarixili, L-BN-0066076-F nömrəli X2 bağlanmışdır. Daha sonra X1 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh2 ilə 07 dekabr 2023-cü il tarixili, L-BN- 0066076-F saylı Kredit müqaviləsi bağlanmışdır Həmin müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, borcluya 18 ay müddətinə, illik 28 % olmaqla 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh3 ilə BN- 00017154 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2350,85 (iki min üç yüz əlli manat 85 qəpik) manat, müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 958,95 (doqquz yüz əlli səkkiz manat 95 qəpik) manat və müqavilənin 3.1.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 6,20 (altı manat 20 qəpik) manat olmaqla cəmi 3316 (üç min üç yüz on altı) manat məbləğində pul ödənilmişdir. Hal hazırda borclunun təşkilata əsas məbləğ üzrə 1649,15 (bir min altı yüz qırx doqquz manat 15 qəpik) manat, faiz borcu üzrə 115,44 (bir yüz on beş manat 44 qəpik) manat, cərimə borcu (gecikdirilmə faizi) üzrə 20,86 (iyirmi manat 86 qəpik) manat məbləğində borcu var.Bundan əlavə, tərəflər arasında bağlanmış 07 dekabr 2023-cü il tarixili, L-BN-0066076-F saylı Kredit Müqaviləsinin 3.1.4-cü maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 234,73 (iki yüz otuz dörd manat 73 qəpik) manat təşkil edir. Hal hazırda cavabdehlərin təşkilata əsas məbləğ üzrə 1649.15 manat, faiz borcu üzrə 115.44 manat, 20.86 manat cərimə borcu, 234.73 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş şəxsərin əvəzi olmaqla, cəmi 2020.18 manat məbləğində kredit borcu var.Ona görə də iddianın təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini `almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun İcrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi qaydada icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təşkilatla borclu arasında bağlanmış zamin Cavabdeh3 ilə 07 dekabr 2023-cü il tarixli, L-BN-0066076-F saylı kredit, Birgə borcluluq və BN-00017154 saylı Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 maddəsinə müvafiq olaraq “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Həmçinin, 472.2 maddəsinə müvafiq olaraq “əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 41 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada BOKT "xxxx" MMC arasında bağlanmış 07 dekabr 2023-cü il tarixli, L-BN-0066076-F saylı kredit, Birgə borcluluq və BN-00017154 saylı Zaminlik müqavilələrinə əsasasən 1649.15 manat, faiz borcu üzrə 115.44 manat, 20.86 manat cərimə borcu, 234.73 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş şəxsərin əvəzi olmaqla, cəmi 2020.18 manat məbləğində kredit borcunun və ödənilmiş 41 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar