Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1434/2025 21.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 5.423,05 (beş min dörd yüz iyirmi üç ABŞ dolları 05 sent) ABŞ dolları - 1.750,32 (bir min yeddi yüz əlli ABŞ dolları 32 sent) ABŞ dollar ı əsas, 796,76 (yeddi yüz doxsan altı ABŞ dolları 76 sent) ABŞ dollar ıfaiz, 2632,85 (iki min altı yüz otuz iki ABŞ dolları 85 sent) ABŞ dollar ı cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243,12 (iki yüz qırx üç ABŞ dolları 12 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 112,20 (bir yüz on iki manat 20 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014- cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 5.750 (beş min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinə 27 may 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 4.683,20 (dörd min altı yüz səksən üç ABŞ dolları 20 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Daha sonra həmin Kredit müqaviləsinə 20 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.661,89 (altı min altı yüz altmış bir ABŞ dolları 89 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-H-41-7712/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 5.423,05 (beş min dörd yüz iyirmi üç ABŞ dolları 05 sent) ABŞ dolları təşkil edir. Bundan 1.750,32 (bir min yeddi yüz əlli ABŞ dolları 32 sent) ABŞ dolları əsas, 796,76 (yeddi yüz doxsan altı ABŞ dolları 76 sent) ABŞ dolları faiz, 2632,85 (iki min altı yüz otuz iki ABŞ dolları 85 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243,12 (iki yüz qırx üç ABŞ dolları 12 sent) ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, cəmi borcu 5.423,05 (beş min dörd yüz iyirmi üç ABŞ dolları 05 sent) ABŞ dolları - 1.750,32 (bir min yeddi yüz əlli ABŞ dolları 32 sent) ABŞ dollar ı əsas, 796,76 (yeddi yüz doxsan altı ABŞ dolları 76 sent) ABŞ dollar ıfaiz, 2632,85 (iki min altı yüz otuz iki ABŞ dolları 85 sent) ABŞ dollar ı cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243,12 (iki yüz qırx üç ABŞ dolları 12 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 112,20 (bir yüz on iki manat 20 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Dəmir Bank" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 5.750 ABŞ dolları kredit verilmişdir. O, götürdüyü krediti banka ödəmişdir. Onun banka borcu qalmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh1 “Dəmir Bank" ASC-dən 5.750 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit götürülərkən zamin durmuşdur. Cavabdeh götürdüyü krediti banka ödəmişdir. Banka olan borclarını artıqlaması ilə ödəmişlər. Həmçinin iddia müddəti də ötürülmüşdür. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014- cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 5.750 (beş min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinə 27 may 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Kredit müqaviləsinə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 4.683,20 (dörd min altı yüz səksən üç ABŞ dolları 20 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Kredit müqaviləsinə 20 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 6.661,89 (altı min altı yüz altmış bir ABŞ dolları 89 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. İşdə olan zaminlik müqaviləsindən görünür ki, əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 5.423,05 (beş min dörd yüz iyirmi üç ABŞ dolları 05 sent) ABŞ dolları təşkil edir. Bundan 1.750,32 (bir min yeddi yüz əlli ABŞ dolları 32 sent) ABŞ dolları əsas, 796,76 (yeddi yüz doxsan altı ABŞ dolları 76 sent) ABŞ dolları faiz, 2632,85 (iki min altı yüz otuz iki ABŞ dolları 85 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 243,12 (iki yüz qırx üç ABŞ dolları 12 sent) ABŞ dolları faiz borcu təşkil edir. Həmin kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməyə təqdim olunmuş problemli keditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə Cavabdeh1 restrukturizasiya olunması təklif olunan kredit borcunun məbləği 2975.54 manat təşkil edir. Ona görə də iddia Cavabdeh1 qarşı həmin məbləğdə təmin edilməlidir. Cavabdeh iddia müddətini mübahisələndirsə də, məhkəmədə müəyyən edilmişdir ki, əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 20 iyul 2022-ci il tarixə kimi müəyyən edilmişdir. Lakin həmin vaxtdan 3 il keçməmiş iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin keçməsinə dair cavabdehin izahatını məhkəmə əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı həmin məbləğdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırda iddia tələbi üzrə kredit müqaviləsinin müddəti 20 iyul 2022-ci ildə bitmişdir. Zaminə qarşı iddia tələbi 20 iyul 2023-cü il tarixə kimi verilə bilərdi. Ona görə də, iddia cavabdehlərdən zamin Cavabdeh2 qarşı rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit borcuna görə 2975.54 manat və 49.75 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalı, iddia qalan hissədə rədd edilməli, dövlət rüsumu üzrə ödənilmiş 62.45 manat isə iddiaçıya aid edilməlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit borcuna görə 2975.54 (iki min doqquz yüz yetmiş beş manat əlli dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 49.75 (qırx doqquz manat yetmiş beş qəpik) manat tutulub Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 62.45(altmış iki manat qırx beş qəpik) manat iddiaçıya aid edilsin. İddia qalan hissədə və Cavabdeh2 qarşı rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1434/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1434/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver