Məhkəmə qərarları › İş №e-2(020)-1445/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1445/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1445/2024 25.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1086,50 (bir min səksən altı manat 50 qəpik) manat sığorta ödənişi məbləğinin və 30,87 (otuz manat 87 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1117,37 (bir min bir yüz on yeddi manat 37 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “QAZ 53” markalı, ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “QAZ 53” markalı, ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai Elantra” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1486,50 (bir min dörd yüz səksən altı manat 50 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ DYPŞ-dən ünvanlarına inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Binəqədi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1486,50 (bir min dörd yüz səksən altı manat 50 qəpik) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cavabdeh qeyd olunan zərər üzrə 400,00 (dörd yüz) manat məbləği Cəmiyyəti ödəmişdir. Lakin qalıq məbləğ, yəni 1086,50 (bir min səksən altı manat 50 qəpik) manat bugünədək Cəmiyyətiə ödənilməmişdir. Cəmiyyəttərəfindən Cavabdeh ünvanına AS-23/5727 saylı, xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bugünədəkə ödənilməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: PAA********** nömrəli icbari sığorta haqqında şəhadətnamə məlumatlarından görünür ki, “QAZ 53” yük markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icbari sığortalanmışdır. AD seriyalı 510926 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 53” yük markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı X2 mülkiyyətindədir. AD seriyalı 313384 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərardan və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “QAZ 53” yük markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və hadisə yerindən yayınmışdır. Belə ki, o, Binəqədi rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və “Hyundai Elantra” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli Hesablama aktından görünür ki, “Hyundai Elantra” markalı, **-NS-*** dövlət qeydiyyat nəqliyyat vasitəsinə 1486,50 manat zərər dəydiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, PAA********** №-li Sığorta şəhadətnaməsi ilə icbari sığortalanmış “QAZ 53” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin törədildiyi və “Hyundai Elantra” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1486,50 manat məbləğində zərərin vurulduğu və həmin məbləğin X1 ödənilməli olduğu göstərilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 1486,50 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30,87 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə də, "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “QAZ 53” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019cu il tarixdə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar iddiaçı tərəfindən 1486,50 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Cavabdeh qeyd olunan zərər üzrə 400 manat məbləği Cəmiyyəti ödəmişdir. Lakin, baş vermiş yolnəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayındığı qeyd olunduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “QAZ 53” yük markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Elantra” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş cəmi 1086,50 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30,87 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1086,50 (bir min səksən altı manat 50 qəpik) manat məbləğində sığorta ödənişi və 30,87 (otuz manat 87 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 1117,37 (bir min bir yüz on yeddi manat 37 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar