Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1530/2025 02.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəmədə cəmi borcu 19.370,31 (on doqquz min üç yüz yetmiş ABŞ dolları 31 sent) ABŞ dolları- bundan 8.762,36 (səkkiz min yeddi yüz altmış iki ABŞ dolları 36 sent) ABŞ dolları əsas, 2.424,56 (iki min dörd yüz iyirmi dörd ABŞ dolları 56 sent) ABŞ dollar ıfaiz, 6.943,87 (altı min doqquz yüz qırx üç ABŞ dolları 87 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.239,52 (bir min iki yüz otuz doqquz ABŞ dolları 52 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 188,79 (bir yüz səksən səkkiz manat 79 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb işə onun iştirakı olmadan baxılması mümkündür. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli 514/14 Bank nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “60 baş XBM-ın alınması” məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 30 (otuz) faiz olmaqla 12.700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.Həmin müqaviləyə əsasən kredit Borcalana ““60 baş XBM-ın alınması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh’ vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (internet Vergi idarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Həmin Kredit müqaviləsinə 20 noyabr 2015ci il tarixdə 643 saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanla) verdiyi kreditin qalıq məbləği 10.765,68 (on min yeddi yüz altmış beş ABŞ dolları 68 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. Həmin Kredit müqaviləsinə 18 avqust 2017-ci il tarixdə 02 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.079,66 (on beş min yetmiş doqquz ABŞ dolları 66 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-N-41-9563/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 19.370,31 (on doqquz min üç yüz yetmiş ABŞ dolları 31 sent) ABŞ dolları təşkil edir. Bundan 8.762,36 (səkkiz min yeddi yüz altmış iki ABŞ dolları 36 sent) ABŞ dolları əsas, 2.424,56 (iki min dörd yüz iyirmi dörd ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 6.943,87 (altı min doqquz yüz qırx üç ABŞ dolları 87 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.239,52 (bir min iki yüz otuz doqquz ABŞ dolları 52 sent) ABŞ dolları faiz borcu təşkil edir. Odur ki, cəmi borcu 19.370,31 (on doqquz min üç yüz yetmiş ABŞ dolları 31 sent) ABŞ dolları- bundan 8.762,36 (səkkiz min yeddi yüz altmış iki ABŞ dolları 36 sent) ABŞ dolları əsas, 2.424,56 (iki min dörd yüz iyirmi dörd ABŞ dolları 56 sent) ABŞ dollar ıfaiz, 6.943,87 (altı min doqquz yüz qırx üç ABŞ dolları 87 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.239,52 (bir min iki yüz otuz doqquz ABŞ dolları 52 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 188,79 (bir yüz səksən səkkiz manat 79 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, 2014cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 36 ay müddətinə illik 30 faizə 12.700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin pulu manatla götürmüşdür. 2015-2017-ci illərdə əlavə sazişlər bağlanılmış və sazişlərə imza etmişdir. Maddi imkanı olmadığın kreditini ödəyə bilməmişdir. Həmçinin krediti 100 dolların 78 manat olduğu vaxt götürmüşdür. Restrukturizasiya imza etmişdir. Ona hesablanmış faiz və cərimə çox yüksəkdir. Ona görə də iddianın qəismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2014-cü il tarixli 514/14 Bank nömrəli kredit müqaviləsinə əsasən cavabdehə “60 baş XBM-ın alınması” məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 30 (otuz) faiz olmaqla 12.700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə görə bu Müqaviləyə əsasən Kreditor Borcalnııa 12700 məbləğində kredit verir. Kredit müqaviləsinin 2.2-ci bəndinə görə bu Müqaviləyə əsasən kredit Borcalana 60 baş XBMin alınması məqsədlə verilir. Kredit 36(otuz altı ) av müddətinə verilir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinə 20 noyabr 2015-ci il tarixdə 643 saylı Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanla) verdiyi kreditin qalıq məbləği 10.765,68 (on min yeddi yüz altmış beş ABŞ dolları 68 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. İş materiallarına əlavə edilmiş kredit müqaviləsinə 18 avqust 2017-ci il tarixdə 02 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.079,66 (on beş min yetmiş doqquz ABŞ dolları 66 sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Əlavə saziş müqaviləsinin 2.1-ci bəndinə görə bu Əlavə Saziş bərəllərin onu imzaladığı gündən qüvvəyə minir və Tərəflərin bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Həmin müqavilənin 2.2-ci bəndinə görə bu X1 ayrılmaz hissəsidir və Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilib, imzalanıb və bərəllərin hər birində bir nüsxəsi saxlanılır. Həmin müqavilənin 2.3-cü bəndinə görə borcalan (Birgə Borcalanlar) bu Əlavə Sazişi oxuduğunu, dəyişikliklərin ona izah olduğunu və başa düşdüyünü və bu şərtlərlə razı olduğunu bildirir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 19.370,31 (on doqquz min üç yüz yetmiş ABŞ dolları 31 sent) ABŞ dolları təşkil edir. Bundan 8.762,36 (səkkiz min yeddi yüz altmış iki ABŞ dolları 36 sent) ABŞ dolları əsas, 2.424,56 (iki min dörd yüz iyirmi dörd ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 6.943,87 (altı min doqquz yüz qırx üç ABŞ dolları 87 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.239,52 (bir min iki yüz otuz doqquz ABŞ dolları 52 sent) ABŞ dolları faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Cavabdehin iddiaçı təşkilatdan kredit götürməsi onun müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 6.943.87 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 700 ABŞ dolları saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Beləliklə məhkəmə iddiaçının əsas və faiz tələbinə dair hissəsini tam, cərimə tələbinə dair hissəsinin qismən təmin edilməsini əsaslı hesab edir. Cavabdeh məhkəməyə ərizə göndərərək hazırkı tələblə bağlı iddia müddətinin keçməsini göstərmişdir. Lakin məhkəmədə müəyyən edildi ki, cavabdehlə bağlanılan əlavə sazişdə kreditin müddətinin bitiş tarixi 18 avqust 2022-ci tarixi göstərilmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə 13 avqust2025-ci il tarixdə daxil olmaqla həmin vaxtdan 3 il keçməmişdir. Ona görə də, hazırkı tələblə bağlı iddia müddətinin tətbiq edilməsi və bununla əlaqədar iddianın rədd edilməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8.762,36 (səkkiz min yeddi yüz altmış iki ABŞ dolları 36 sent) ABŞ dolları əsas, 2.424,56 (iki min dörd yüz iyirmi dörd ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 700 (yeddi yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.239,52 (bir min iki yüz otuz doqquz ABŞ dolları 52 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 129.38 (yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalı, dövlət rüsumu üzrə ödənilmiş 59.41 (əlli doqquz manat qırx bir qəpik) manat isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8.762,36 (səkkiz min yeddi yüz altmış iki ABŞ dolları 36 sent) ABŞ dolları əsas, 2.424,56 (iki min dörd yüz iyirmi dörd ABŞ dolları əlli altı sent) ABŞ dolları faiz, 700 (yeddi yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.239,52 (bir min iki yüz otuz doqquz ABŞ dolları əlli iki sent) ABŞ dolları faiz borcu, cəmi 13126.44(on üz min yüz iyirmi altı dollar qırx dörd sent) ABŞ dolları icra edildiyi vaxt Azərbaycan manatı məzənnəsi ilə və iş üzrə ödənilmiş 129.38 (yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 59.41 (əlli doqquz manat qırx bir qəpik) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1530/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1530/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver