Məhkəmə qərarları › İş №e-2(020)-1614/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1614/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1614/2025 13.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 330/R saylı kredit müqaviləsinə əsasən 1822,69 manat əsas borc, 38,24 manat hesablanmış faiz borcu və 364,54 manat dəbbə pulu olmaqla, cəmi 2225,47 manat kredit borcu və 44 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC arasında xx.xx.2019-cu il tarixli, 330/R saylı kredit müqaviləsi imzalamışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 330/R saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə 5517 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-1.3-cü bəndinə əsasən kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, tabelə güzətli kredit müqaviləsi üzrəödənişlər vaxtında və lazimi qaydada icra edilməzsa borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 330/R saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT 1822,69 manat əsas borc, 38,24 manat hesablanmış faiz borcu, 364,54 manat dəbbə pulu olmaqla, cəmi 2225,47 manat borcu vardır. Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezdentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə X1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüfki cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 330/R saylı kredit(restrukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 5517 manat qalıq məbləğini ödəməsi məqsədilə ilə illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1-ci il güzəşt müddəti müəyyən edilməklə) müddətinə kredit verilmişdir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqavilə işlə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi hallarda bu Müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləğ üzrə 5 il müddətinə 0,1 %-indən çox olmamaqla dəbbə pulunu(cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi borclu öhdəsinə götürür. Həmin kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər kreditin ilk 12 ay 4,60 manat, daha sonra isə 117,30 manat olmaqla xx.xx.2024-cü il tarixə ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 1822,69 manat əsas borc, 38,24 manat hesablanmış faiz borcu və 364,54 manat dəbbə pulu olmaqla, cəmi 2225,47 manat təşkil edir. xx.xx.2025-ci il tarixli Borcun tələbi haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərini yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, hesab edirəm ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində əsaslı olduğundan, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1822,69 manat əsas kredit borcu və 38,24 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, iddiaçı bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən müvafiq olaraq, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 364,54 manat məbləğində cərimə tələb etmişdir. Hesab edirəm ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1822,69 manat məbləğində əsas borca görə 364,54 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 364,54 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edirəm. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hesab edirəm ki, iddia qismən təmin edildiyindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun 39,60 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 330/R saylı kredit müqaviləsinə əsasən 1822,69 (min səkkiz yüz iyirmi iki manat 69 qəpik) manat məbləğində əsas borc, 38,24 (otuz səkkiz manat 24 qəpik) manat məbləğində faiz borcu və 100 (yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1960,93 (min doqquz yüz altmış manat 93 qəpik) manat məbləğində borc və 39,60 (otuz doqquz manat 60 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı Bank Olmayan Kredit Təşkilatı” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar