Məhkəmə qərarları › İş №e-2(020)-1721/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1721/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1721/2023 13.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfəliİzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC cavabdehlər Cavabdeh əsas borc üzrə 6116,51 manat, faiz borcu üzrə 1990,93 manat olmaqla, cəmi 8107,44 manat məbləğində kredit borcunun, ödənilmiş 101,47 manat dövlət rüsumunun haqqının alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin vəkalətli nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, nümayəndəsi olduğu "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 6200 manat məbləğində kredit verilmişdir. Bankın filialı tərəfindən təqdim edilmiş 21 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Banka əsas borc üzrə 6116,51 manat, faiz borcu üzrə 1990,93 manat olmaqla, cəmi 8107,44 manat borcu mövcuddur. Ona görə də, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 6116,51 manat, faiz borcu üzrə 1990,93 manat olmaqla, cəmi 8107,44 manat məbləğində kredit borcunun, ödənilmiş 101,47 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də, Cavabdeh hazırki məhkəmə iclasına gəlmədiklərindən məhkəmə cavabdehin iştirakı olmadan işə bağmağı mümkün hesab edir. Məhkəmə iş üzrə sübutları nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc verən borcalana istehlak məqsədləri üçün 10.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə əsas borc 6116,51 manat, faiz borcu üzrə 1990,93 manat olmaqla, cəmi 8107,44 manat kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 101,47 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə əsas borc 6116.51 manat, 1990,93 manat faiz borcu olmaqla, cəmi 8107,44 manat kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 101,47 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 03.11.221-ci il tarixli müqaviləsi üzrə əsas borc 6116,51 manat, faiz borcu üzrə 1990,93 manat olmaqla, cəmi 8107,44 (səkkiz min bir yüz yeddi manat qırx dörd qəpuk) manat kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 101,47 (yüz bir manat qırx yeddi qəpik) manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar