Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1836/2023 20.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qıızna qarşı borcun tutuması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc məbləği 2.699,58 (iki min altı yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 37,06 (otuz yeddi manat altı qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 1.157,64 (bir min yüz əlli yeddi manat altmış dörd qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 606,06 (altı yüz altı manat altı qəpik) manat olmaqla, cəmi 4.500,34 (dörd min beş yüz manat otuz dört qəpik) manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 66 (altmış altı) manat məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı - "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 arasında 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh3 36 (otuz altı) ay müddətinə, illik 26 (iyirmi altı) % dərəcəsi olmaqla, 5000 (beş min) manat məbləğdə kredit verilib. 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" BOKT MMC ilə cavabdehlər - X3 və Cavabdeh2 arasında 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdehlər - X3 və Cavabdeh2 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüblər. Cavabdeh3 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - "xxxx" BOKT MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilən 25 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh3 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borc məbləği 2.699,58 (iki min altı yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 37,06 (otuz yeddi manat altı qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 1.157,64 (bir min yüz əlli yeddi manat altmış dörd qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 606,06 (altı yüz altı manat altı qəpik) manat olmaqla, cəmi 4.500,34 (dörd min beş yüz manat otuz dört qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb (bildiriş məktubları və onların cavabdehlərə çatdırılmasına dair qəbzlər iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Odur ki, "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc məbləği 2.699,58 (iki min altı yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 37,06 (otuz yeddi manat altı qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 1.157,64 (bir min yüz əlli yeddi manat altmış dörd qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 606,06 (altı yüz altı manat altı qəpik) manat olmaqla, cəmi 4.500,34 (dörd min beş yüz manat otuz dört qəpik) manat məbləğdə kredit borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 66 (altmış altı) manat məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 qıızna, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini xəbərnaməyə ailə üzvləri imza etməklə almışlar. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlərlər gəlmədiklərinə görə məhkəmə cavabdehlərlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı BOKT MMC ilə 05 noyabr 2021-ci il tarixdə, 3348 nömrəli bağladığı kredit müqaviləyə əsasən, cavabdeh - Cavabdeh3 36 (otuz altı) ay müddətinə, illik 26 (iyirmi altı) % dərəcəsi olmaqla, 5000 (beş min) manat məbləğdə kredit verilib. 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" BOKT MMC ilə cavabdehlər - X3 və Cavabdeh2 arasında 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdehlər - X3 və Cavabdeh2 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdülər. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəb bə pulu və vaxtı keçmiş kredit üzrə illik 52 (əlli iki) % olmaqla faiz hesablana bilər. İşdə olan 25 iyul 2023-cü il tarixli maliyyə arayışına görünür ki cavabdehlər - Cavabdeh3, X2 və Cavabdeh2 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borc məbləği 2.699,58 (iki min altı yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 37,06 (otuz yeddi manat altı qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 1.157,64 (bir min yüz əlli yeddi manat altmış dörd qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 606,06 (altı yüz altı manat altı qəpik) manat olmaqla, cəmi 4.500,34 (dörd min beş yüz manat otuz dört qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit verilərkən - X3 və Cavabdeh2 ilə Bank arasında 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə zamin özünə məxsus bütün daşınar və daşınmaz əşyaları ilə BOKT-la Borc alan arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, 3348 nömrəli Kredit Müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik Müqaviləsinin 2.3-cü maddəsinə əsasən, Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımında icra etmədikdə Zamin və Borc alan BOKT qarşısında birgə məsuliyyət daşıyır. Zaminlik Müqaviləsinin 2.4-cü maddəsinə əsasən, Borc alanın BOKT qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borc; faizlər, cərimə faizi, dəbbə ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehlərdən tutulmalıdır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 423.1-ci maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehlərə müqavilə şərtlərinin pozulması ilə bağlı 01 avqust 2023-cü il tarixdə xəbərdarlıq (pretenziya) göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər müqavilədən irəli gələn öhdəlikləri icra etmədiylərinə görə tərəflər arasında bağlanmış müqavilə pozulmuş hesab edilir və ona görə də iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə məhkəmədə baxılmasına zərurət yaranmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDi: İddia qismən təmin edilsin. Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə əsas borc məbləği 2699,58 (iki min altı yüz doxsan doqquz manat əlli səkkiz qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 37,06 (otuz yeddi manat altı qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 1157,64 (bir min yüz əlli yeddi manat altmış dörd qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 606,06 (altı yüz altı manat altı qəpik) manat olmaqla, cəmi 4500,34 (dörd min beş yüz manat otuz dört qəpik) manat məbləğdə kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 66 (altmış altı) manat alınıb İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1836/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1836/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver