Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1853/2023 15.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməklə verilməli, iddia ərizəsinin cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməlidir. İşdə olan müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında 4.500 manat borca dair kredit müqaviləsi bağlanmış və tərəflər borc qaytarılmadığı təqdirdə notariusun icra qeydi əsasında borcun tutulması ilə bağlı qanunun tələblərinə uyğun həll edilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İ saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 121 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli, 8i-759 nömrəli icra qeydi icrası üçün Beyləqan rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 31154/2021 saylı məktubundan görünür ki, həmin icra qeydi ilə bağlı Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Elgiz Rzayev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir Lakin buna baxmayaraq İddiaçı borcun tutulması ilə bağlı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, borc məbləği notariat tərəfindən verilən icra qeydi əsasında tutulmalı olduğundan hazırki tələbə məhkəmə qaydasında baxılmalı deyildir. Belə olan halda iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya borcun icrası ilə bağlı icra qeydinin verildiyi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə müraciət etməli olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə adından Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 65 (altmış beş) manat pul özünə qaytarılsın. İddiaçıya borc məbləğinin icrası ilə bağlı Beyləqan rayon İcra və Probasiya Şöbəsinə müraciət etməli olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №e-2(020)-1853/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1853/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver