Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1930/2023 07.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 9121021-********** saylı Əsas Kredit razılaşdırılmasına əsasən 2828.34 (iki min səkkiz yüz iyirmi səkkiz manat otuz dörd qəpik ) manat əsas kredit borcu və 67.90 (altmış yeddi manat doxsan qəpik ) manat faiz borcu, 6.80 (altı manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 2903.04 (iki min doqquz yüz üç manat dörd qəpik ) manat borcun və 49.04 (qırx doqquz manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 9121021-********** saylı Əsas Kredit razılaşdırılmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 19% faiz dərəcəsi ilə, 36 ay meddətə 5000 manat məbləğində kredit verilmişdir.Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməkdən, ona dəfələrlə şifahi və rəsmi ( bildirişlə ) müraciət etməsinə baxmayaraq, o,kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 17xx.xx.2021-ci il tarixli 9121021- ********** saylı Əsas Kredit razılaşdırılmasına əsasən 2828.34 (iki min səkkiz yüz iyirmi səkkiz manat otuz dörd qəpik ) manat əsas kredit borcu və 67.90 (altmış yeddi manat doxsan qəpik ) manat faiz borcu, 6.80 (altı manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 2903.04 (iki min doqquz yüz üç manat dörd qəpik ) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir.Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli 9121021-********** saylı Əsas Kredit razılaşdırılmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 19% faiz dərəcəsi ilə, 36 ay meddətə 5000 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17.05. xx.xx.2021-ci il tarixli 9121021-********** saylı Əsas Kredit razılaşdırılmasına əsasən 2828.34 (iki min səkkiz yüz iyirmi səkkiz manat otuz dörd qəpik ) manat əsas kredit borcu və 67.90 (altmış yeddi manat doxsan qəpik ) manat faiz borcu, 6.80 (altı manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 2903.04 (iki min doqquz yüz üç manat dörd qəpik ) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Cavabdeh iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 49.04 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 9121021-********** saylı Əsas Kredit razılaşdırılmasına əsasən 2828.34 (iki min səkkiz yüz iyirmi səkkiz manat otuz dörd qəpik ) manat əsas kredit borcu və 67.90 (altmış yeddi manat doxsan qəpik ) manat faiz borcu, 6.80 (altı manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 2903.04 (iki min doqquz yüz üç manat dörd qəpik ) manat borcun və 49.04 (qırx doqquz manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1930/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1930/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver