Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1930/2025 05.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" BOKT MMC (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) 25 oktyabr 2024-cü il tarixli, **********004 saylı “mikrokredit müqaviləsi”nə əsasən, əsas borc üzrə 480 (dörd yüz səksən) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin iddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC mülki dövrüyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsiilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OPT kodunu daxil etməklə) verilir. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2024-cü il tarixli, **********004 saylı “mikrokredit müqaviləsi” nə (bundan sonra müqavilə adlanacaq) əsasən cavabdehə 30 gün müddətində illik 60.85 % faiz dərəcəsi olmaqla ona 600 manat kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş 600 manat mikro kredit məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavbdeh öhdəliyini vaxtında icra etməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcunu iddiaçıya ödəməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilməsi məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 28 avqust 2025-ci il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borcu 480 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 25 oktyabr 2024-cü il tarixli, **********004 saylı “mikrokredit müqaviləsi” nə (bundan sonra müqavilə adlanacaq) əsasən cavabdehə 30 gün müddətində illik 60.85 % faiz dərəcəsi olmaqla ona 600 manat kredit verilmişdir. Həmin Kredit müqaviləsinin 1.14-ci bəndinə əsasən, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kerditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər geciktrilən gün üçün 0.85 %-i həcmində faiz tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh əsas borcu 480 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Cavabdeh iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən iddianın təmin edilməsini qanunamüvafiq hesab edirəm. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh 25 oktyabr 2024-cü il tarixli, **********004 saylı “mikrokredit müqaviləsi”nə əsasən, əsas borc üzrə 480 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" BOKT MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №e-2(020)-1930/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1930/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver