Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1994/2023 13.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfəli İzzət oğlu Seyfullayevin sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsinə əsasən 4731,67 manat əsas borc, 708,76 manat faiz borcu, cəmi 5440,43 manat məbləğində borcun və ödənilmiş 74,40 manat dövlət rüsumunun tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 6900 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsinə əsasən 4731,67 manat əsas borc, 708,76 manat faiz borcu, cəmi 5440,43 manat borcu vardır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsinə əsasən 4731,67 manat əsas borc, 708,76 manat faiz borcu, cəmi 5440,43 manat məbləğində borcun və ödənilmiş 74,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi, bankın problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə məhkəməyə ərizə göndərərək, bütün məhkəmə iclaslarında işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və verdiyi izahatında göstərdi ki, İddiaçıASC ilə onun arasında xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 48 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 6900 manat məbləğində kredit götürmüşdür. Əvvəllər hərbidə işləmiş və əmək haqqı yüksək olmaqla krediti vaxtında ödəmişdir. Sonra isə işdən çıxmışdır və hazırda heç yerdə işləmir. Maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə cavabdehin izahatını və iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Həmçinin məhkəmə iddiaçının nümayəndəsinin işə onun iştirakı olmadan baxılmasına dair ərizəsini nəzərə alıb iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 24,71 faiz dərəcəsi ilə 6900 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1.2-ci maddəsinə görə kreditor bu müqavilə ilə nəzərdə tutulmuş hallarda kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 2023-cü il sentyabr ayının 18-dək İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsi üzrə 4731,67 manat əsas borc, 708,76 manat faiz borcu, cəmi 5440,43 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Ona görə də məhkəmə iddiaçının Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsinə 4731,67 manat əsas borc, 708,76 manat faiz borcu, cəmi 5440,43 manat məbləğində borcun və ödənilmiş 74,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ASC-nin hesabına ödənilməsi tələbinə dair iddiasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsinə əsasən 4731,67 manat əsas borc, 708,76 manat faiz borcu, cəmi 5440,43 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 74,40 manat alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3996739A140 saylı kredit müqaviləsinə əsasən 4731,67 manat əsas borc, 708,76 manat faiz borcu, cəmi 5440,43 (beş min dörd yüz qırx manat qırx üç qəpik) manat borc və dövlət rüsumuna görə ödənilmiş 74,40 (yetmiş dörd manat qırx qəpik) manat alınıb İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1994/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1994/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver