Məhkəmə qərarları › İş №e-2(020)-1998/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1998/2023

19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1998/2023 19.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 5800 manat təhsil haqqının tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlu Tuncay Nağızadənin 2023-2024-cü illərdə təhsil alması üçün Zirvə Liseyi MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 1687/2023 (T2023-2024) saylı müqavilə üzrə nəzərdə tutulmuş 5800 manat təhsil haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2012-ci ildə Tuncay adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. X5 Liseyi MMC-də təhsil alır və illik təhsil haqqı 5800 manat təşkil edir. Onun oğlu Tuncay Nağızadənin 2023-2024-cü illərdə təhsil alması üçün Zirvə Liseyi MMC ilə xx.xx.2023-cü il tarixdə 1687/2023 (T2023-2024) saylı müqavilə bağlamış və təhsil haqqını ödəmişdir. Bundan başqa Tuncay Nağızadənin məktəbli formalarının alınması, məktəb ləvazimatlarının alınması dərs vəsaitlərinin alınması, təhsil ili boyunca uşağın məktəbə aparılıb gətirilməsi üçün servis xidmətlərinə ödənilən vəsaitin əlavə 6900 manat təşkil edir. Cavabdeh Tuncay Nağızadənin təhsili ilə bağlı yaranmış digər xərcləri o qarşıladığı üçün təhsil haqqını da ödəmək atası Cavabdeh öhdəliyidir. Ona görə də Cavabdeh oğlu Tuncay Nağızadənin 2023- 2023-cü illərdə təhsil alması üçün Zirvə Litseyi MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 1687/2023 (T2023-2024)saylı müqavilə üzrə nəzərdə tutulmuş 5800 manat təhsil haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədi və məhkəmədə izahat verərək göstərdi ki, onun İddiaçı ilə birgə nikahlarından xx.xx.2012-ci ildə Tuncay adlı bir uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda uşaq iddiaçının yanında yaşayır. O, uşağının saxlanması üçün hər ay 243 manat sabit pul məbləğində alimenti ödəyir. İddiaçının tələb etdiyi pulu ödəməyə maddi imkanı yoxdur. Bunu ödəməyə borclu da deyildir. İddiaçı uşağın hər hansı bir təhsil müəssisəsində təhsil almasını istəyirsə, özü də pulunu ödəməlidir. O, bir valideyin kimi alimenti vaxtlı vaxtında ödəyir, başqa ödəniş etməyə imkanı yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci ildə anadan olmuşdur. İşə olan nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı aerasında olan nikah xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci ildə Tuncay adlı bir uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda uşaq iddiaçının yanın yaşayır. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı X2 iddiasında Cavabdeh oğlu Tuncay Nağızadənin 2023-2024-cü illərdə təhsil alması üçün Zirvə Liseyi MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 1687/2023 (T2023-2024) saylı müqavilə üzrə nəzərdə tutulmuş 5800 manat təhsil haqqının tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi əsaslı deyildir. Belə ki, hər kəsin təhsil alması və ya orta məktəbdən əlavə başqa ödənişli təhsil ocağında təhsilini davam etdirməsi onun hüququdur. Buna görə cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulması düzgün sayıla bilməz. Bundan əlavə iddiaçı cavabdehlə uşağını Zirvə Liseyi MMC-də oxutdurması ilə bağlı əvvəlcədən hər hansı bir razılıq əldə etməmişdir. Ona görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. X1 Cavabdeh qarşı oğlu Tuncay Nağızadənin 2023-2024-cü illərdə təhsil alması üçün Zirvə Liseyi MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 1687/2023 (T2023-2024) saylı müqavilə üzrə nəzərdə tutulmuş 5800 manat təhsil haqqının tutulması tələbinə dair iddiası əsasız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar