Azərbaycan Respublikası adından Qətnamə Beyləqan rayon İş № e-2(020)-2009/2025 22.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSI Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixli, LM********* nömrəli istehlak kredit müqaviləsi üzrə ## ####### 2025-ci il tarixə banka əsas borc üzrə 2711 (iki min yeddi yüz on bir) manat 28 (iyirmi cəkkiz) qəpik, faiz borcu üzrə 145 (yüz qırx beş) manat 92 (doxsan iki) qəpik, gecikdirilmiş borca görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 7 (yeddi) manat 83 (səksən üç) qəpik olmaqla, cəmi 2865 (iki min səkkiz yüz altımış beş) manat 03 (üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 (qırx doqquz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə bağlanmış ## ###### 2024-cü il tarixli, LM********* nömrəli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh illik 15.99 % olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə əsasən kredit məbləği Cavabdeh şəxsi istehlak məqsədilə istifadə, qaytarılmaq və müəyyən müddətə faizlər ödənilmək şərti ilə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 36 (otuz altı) ay müddətinə və həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu Müqaviləyə * saylı Əlavədə göstərilmiş cədvəl üzrə ödənilməsi əsası ilə verilmişdir. Cavabdeh Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə ## ####### 2025-ci il tarixə banka əsas borc üzrə əsas borcu 2711.28 manat, faiz borcu üzrə 145.92 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 7.83 manat, cəmi 2865.03 manat məbləğində borcu yaranmışdır. İddiaçı İddiaçı ASC məhkəməyə ərizə göndərərək nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan sənədlər: İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Gəncə filialı ilə bağlanmış ## ###### 2024-cü il tarixli, LM********* nömrəli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh illik 15.99 % olmaqla, 4000 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh Cavabdeh ilk ödənişi ## ###### 2024-cü il tarixdən başlamaqla, ## ###### 2026-cı ildə daxil olmaqla hər ay 140.64 manat, ## ###### 2027-ci il üçün isə 140.8 manat ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdeh Cavabdeh yaranmış borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş ## ####### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh qeyd olunan tarixə banka əsas borc üzrə 2711.28 manat, faiz borcu üzrə 145.92 manat, gecikdirilmiş borca görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 7.83 manat olmaqla, cəmi 2865.03 manat borcu qalıq qalmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən borcalan müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı, hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən iş üzrə ödənilmiş 49 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh əsas borc üzrə 2711 (iki min yeddi yüz on bir) manat 28 (iyirmi cəkkiz) qəpik, faiz borcu üzrə 145 (yüz qırx beş) manat 92 (doxsan iki) qəpik, gecikdirilmiş borca görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 7 (yeddi) manat 83 (səksən üç) qəpik olmaqla, cəmi 2865 (iki min səkkiz yüz altımış beş) manat 03 (üç) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 (qırx doqquz) manat məbləğində pul tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №e-2(020)-2009/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-2009/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver