Məhkəmə qərarları › İş №e-2(020)-2088/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-2088/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-2088/2025 07.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 287 manat zərər məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Kamaz 53212” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir-Bəhrəmtəpə yolu 61-ci km-də Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin əmlaka dəymiş zərər üzrə 287 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Kamaz 53212” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G-D-4879-2025 nömrəli məktubla Cavabdeh qarşı 287 (iki yüz səksən yeddi) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin halhazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixində PQA********** №-li icbari sığorta müqaviləsi bağlanaraq, «Kamaz 53212” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə əmlaka və sağlamlığa vurulan zərərin hər birinə görə 5000 manat həddində sığortalanmışdır. Baş DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Kamaz 53212” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir-Bəhrəmtəpə yolu 61-ci km-də yol hərəkəti qaydalarını pozaraq hadisə yerindən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir-Bəhrəmtəpə yolu 61-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi «Kamaz 53212” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “Vaz 21063” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 0490/22 nömrəli Qiymətləndirmə Aktından görünür ki, “Vaz 21063” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə 287 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2019-ci il tarixli CM1645/19 saylı sığorta aktından və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, PQA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “Kamaz 53212” markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh idarə etdiyi həmin nəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “Vaz 21063” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə 287 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 287 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC tərəfindən X1 hesabına 287 manat məbləğində sığorta ödənişi verilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2025-ci il tarixli, **********67 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə Beyləqan Rayon Məhkəməsinin hesabına 30 manat ödəniş etmişdir. Beləliklə də, iddiaçı "xxxx" ASC icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Kamaz 53212” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar iddiaçı tərəfindən “Vaz 21063” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 287 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yolnəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh sürücülük hüququ olmadığından sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə də, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli və xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan «Kamaz 53212” markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə ödənilmiş 287 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 287 (iki yüz səksən yeddi) manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 317 (üç yüz on yeddi) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar