Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-2209/2025 26.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, İddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 427059-CNS-54839 saylı “Kredit borcunun restrukturizasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 1688.37 (min altı yüz səksən səkkiz manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 139.95 (yüz otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 1828.32 (min səkkiz yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat məbləğində borcun və 38.28 (otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb “Bank VTB ( Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı “Bank VTB ( Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli 427059-CNS-54839 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə “Bank VTB ( Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədi ilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətində 2460 manat kredit verilmişdir.Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 1688.37 manat məbləğində əsas borc, 139.95 manat məbləğində faiz borcu, ümumilikdə isə 1828.32 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2024-cü il tarixli 427059-CNS-54839 saylı “Kredit borcunun restrukturizasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 1688.37 (min altı yüz səksən səkkiz manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 139.95 (yüz otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 1828.32 (min səkkiz yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat məbləğində kredit borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “ kredit alan” ın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 427059-CNS-54839 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə “Bank VTB ( Azərbaycan)” Açıq Səhimdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədi ilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətində 2460 manat kredit verilmişdir. İşə əlavə edilmiş maliyyə sənədlərindən görünür ki, Cavabdehnun iddiaçı “Bank VTB ( Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli 427059-CNS-54839 saylı “Kredit borcunun restrukturizasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 1688.37 (min altı yüz səksən səkkiz manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 139.95 (yüz otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 1828.32 (min səkkiz yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38.28 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 427059-CNS-54839 saylı “Kredit müqaviləsinə əsasən xx.xx.2025ci il tarixə Banka borclu olduğu 1688.37 (min altı yüz səksən səkkiz manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 139.95 (yüz otuz doqquz manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 1828.32 (min səkkiz yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat məbləğində borcun və 38.28 (otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-2209/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-2209/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver