Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-224/2024 02.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı 585,0 manat borc pulun tutulması və 1200,0 manat dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 585,0 manat borcun və ona dəymiş 1200,0 manat zərərin, ümumilikdə 1785,0 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı hazırkı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək şəkər xəstəsi olduğu üçün səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, o, Cavabdeh arasında olan şıfahi razılaşmaya əsasən ona məxsus olan və yaşayış evimin həyətində yerləşən təmir-tikinti materialların (taxta və şifer), eləcədə metallolom materialların (1 ədəd dəmir qapı və 1 ədəd plastik qapı) 2840,0 manat dəyərində olmaqla 25 noyabr 2022-ci il tarixədək ödənilməsi şərtilə Cavabdeh satmışdır. Həmin materiallar bu razılaşmadan sonra cavabdeh tərəfindən aparılmışdır. Cavabdeh tərəfindən alınmış materialların pulun 10 gün müddətində, yani 05 dekabr 2022-ci il tarixədək ona qaytarılmalıydı. Lakin uzun müddət keçməsinə baxmayaraq o, 2840,0 manat materialların dəyərindən ona 2255,0 manat ödəmiş, yerdə galan 585,0 manat isə bu günədək ödəməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Cavabdehin hərəkəti nəticəsində ağır maddi vəziyyətə düşmüşdür. Belə olan halda cavabdehin ona qarşı qanuna zidd əməlləri nəticəsində mənə dəymiş zərər 1200,0 manat təşkil edir. Odur ki, Cavabdeh 585,0 manat borcun və ona dəymiş 1200,0 manat zərərin ümumilikdə 1785,0 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nzəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnamələrindən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini xəbərnaməyə şəxsən imza etməklə almışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş nisyə alış-veriş dəftərindən görünür ki, cavabdehi iddiaçıya qalıq borcu 585 manatdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də müəyyən olunur ki, Cavabdeh İddiaçı təmir-tikinti materialları yəni, taxta şifer, metallolom materiallarını alıraq avtomaşına yükləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə aralarında olan şıfahi razılaşmaya əsasən özünə məxsus olan və yaşayış evimin həyətində yerləşən təmir-tikinti materialların (taxta və şifer), eləcədə metallolom materialların (1 ədəd dəmir qapı və 1 ədəd plastik qapı) 2840,0 manat dəyərində olmaqla 25 noyabr 2022-ci il tarixədək ödənilməsi şərtilə Cavabdeh satmışdır. Cavabdeh materialların pulun 10 gün müddətində, qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh 2840,0 manat materialların dəyərindən iddiaçıya 2255,0 manat ödəmiş, qalan 585,0 manat pulu isə hazıradək ödəməmişdir. İş materiallarından görünür ki, İddiaçı pulun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu göndərmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddianın mənəvi ziyan tələbinə dair hissəsi əsassızdır. İddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 585,0 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 585,0 (beş yüz səksən beş) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 8 (səkkiz) manat pul özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-224/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-224/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver