Məhkəmə qərarları › İş №e-2(020)-225/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-225/2024

23.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-225/2024 23.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehdən avtomobilin tələb edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan ''X2 CDİ'' markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil1 tələbini əsaslandıraraq izahatında göstərdi ki, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ''X2 CDİ'' markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin fevral ayında mərhum həyat yoldaşı X1 tərəfindən Beyləqan rayon sakini Cavabdeh gündəlik icarəyə verilmişdir. Həmin avtomobilin icarə haqqı gündəlik cavabdeh tərəfindən iddiaçının ərinə ödənilmişdir. Rəşid İmanov öldükdən sonra cavabdeh tərəfindən icarə haqqının ödənilməsi həmin vaxtdan etibarən dayandırılmışdır. Dəfələrlə avtomobili Cavabdeh tələb etməsinə baxmayaraq o, avtomobili iddiaçıya təhvil verməkdən yayınmışdır. İddiaçı bu barədə bir neçə dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. 2022-ci ilin avqust ayında cavabdeh iddiaçıya qarşı ''müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair'' iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, cavabdeh iddia ərizəsində guya avtomobilin alqı-satqı əsasında Rəşid İmanovdan 54.000 manat ödəməklə əldə etdiyini göstərmiş, avtomobilin onun mülkiyyətinə keçirilməsi üçün müqavilə öhdəliklərinə əməl etməsi ilə bağlı məhkəmə tərəfindən qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə baxılaraq xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnamə ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Belə ki, məhkəmə qətnaməsində Cavabdeh tərəfindən göstərilən halların həqiqətə uyğun olmaması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(103)7045 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)7045 saylı qətnaməsindən kassasiya şikayəti verilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda mülkyyət hüququ əsasında iddiaçıya məxsus olan ''X2 CDİ'' markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsindədir. Dəfələrlə iddiaçı cavabdehlə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq avtomobili tələb etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ''X2 CDİ'' markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtıvə yeri barədə məlumatı olmuş, məhkəməyə teleqrama göndərərək səhhəti iləbağlı məhkəmə iclasına gələ bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının nümayədəsinin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı ''müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair'' iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)7045 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Adı çəkilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının iddiasında göstərdiyi kimi qeyd olunan avtomobil onun mülkiyyətindədir. Ona görə də, avtomobili cavabdehdən geri tələb edir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ''X2 CDİ'' markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin fevral ayında mərhum əri X1 tərəfindən Cavabdeh gündəlik icarəyə verilmişdir. Cavabdeh də icarə haqqı gündəlik olaraq Cavabdeh ödənilmişdir. Rəşid İmanov öldükdən sonra isə cavabdeh icarə haqqını iddiaçıya ödəməmişdir. Bundan sonra iddiaçı avtomobili Cavabdeh tələb etmiş, cavabdeh isə avtomobili iddiaçıya təhvil verməmişdir. Cavabdeh Səbail rayon Məhkəməsində İddiaçı qarşı ''müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair'' iddia qaldırmış, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilməmiş, Bundan sonra Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)7045 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1386/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Dəfələrlə iddiaçı cavabdehdən avtomobili tələb etsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının vəkalətli nüməyəndəsinin izahatını, iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ''X2 CDİ'' markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil alınıb İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ''X2 CDİ'' markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil alınıb İddiaçı təhvil verilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar