Məhkəmə qərarları › İş №e-2(020)-2282/2023

Beyləqan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(020)-2282/2023

27.11.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Beyləqan rayon İş № e-2(020)-2282/2023 27.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu ünvan 1 ünvanda yerləşən tələbkar Kreditor MMC-nin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDIM: Tələbkar Kreditor MMC ilə Borclu 31 yanvar 2022-ci il tarixli BYK6258350 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 576 manat əsas borc, 09 fevral 2022-ci il tarixli BYK6258386 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 656 manat əsas borc, 04 mart 2022- ci il tarixli BYK6258496 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 355 manat əsas borc, 18 mart 2022-ci il tarixli BYK6258563 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən 200 manat əsas borc, 17 aprel 2022-ci il tarixli BYK6258694 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 360 manat əsas borc, 21 iyul 2022-ci il tarixli BYK6259269 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1320 manat əsas borc və altı müqavilə uzrə hesablanmış 2433 manat faiz borcundan 500 manat və 100 manat məbləğində Ödənilmiş dövlət rüsumunun, cəmi 4067 manat ödənilmiş dövlət rüsumu tutularaq ünvan 1 ünvanda yerləşən tələbkar Kreditor MMC-nin xeyrinə verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, Kreditor MMC ilə Borclu arasında müddəti 20 ay olmaqla 31 yanvar 2022-ci il tarixli BYK6258350 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 979 manat olan avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 576 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 31 sentyabr 2023-cü il tarixdən sonra qaytarılmayan 576 manat məbləğ üçün ərizənin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz borcu ödəməlidir. Belə ki, borclunun kreditora əsas borcdan əlavə olaraq 345 manat faiz borcu yaranmışdır. Bundan başqa, iş üzrə Borclu Kreditor MMC ilə müddəti 24 ay olmaqla 09 fevral 2022-ci il tarixli BYK6258386 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 997 manat olan avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 656 manat əsas borcu qalıb. Bundan başqa, iş üzrə Borclu Kreditor MMC ilə müddəti 12 ay olmaqla 04 mart 2022-ci il tarixli BYK6258496saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 852 manat olan avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 355 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 04 mart 2023-cü il tarixdən sonra qaytarılmayan 355 manat məbləğ üçün ərizənin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz borcu ödəməlidir. Belə ki, borclunun kreditora əsas borcdan əlavə olaraq 852 manat faiz borcu yaranmışdır. Bundan başqa, iş üzrə Borclu Kreditor MMC ilə müddəti 12 ay olmaqla 18 mart 2022-ci il tarixli BYK6258563 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 480 manat olan avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 200 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 18 mart 2023-cü il tarixdən sonra qaytarılmayan 200 manat məbləğ üçün ərizənin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz borcu ödəməlidir. Belə ki, borclunun kreditora əsas borcdan əlavə olaraq 480 manat faiz borcu yaranmışdır.Bundan başqa, iş üzrə Borclu Kreditor MMC ilə müddəti 12 ay olmaqla 17 aprel 2022-ci il tarixli BYK6258694 saylı nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 736 manat olan avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 360 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 17 aprel 2023-cü il tarixdən sonra qaytarılmayan 360 manat məbləğ üçün ərizənin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz borcu ödəməlidir. Belə ki, borclunun kreditora əsas borcdan əlavə olaraq 756 manat faiz borcu yaranmışdır.Bundan başqa, iş üzrə Borclu Kreditor MMC ilə müddəti 24 ay olmaqla 21 iyul 2022-ci il tarixli BYK6259269 saylı nisyə alqısatqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən borclu kreditordan dəyəri 1479 manat olan avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1320 manat əsas borcu qalıb. Yuxanda göstərilənləri nəzərə alaraq, Borclu 31 yanvar 2022-ci il tarixli BYK625835Ö şaylı nisyə alqı-satqı müqaviləsinə əsasən 576 manat əsas borc, 09 fevral 2022-ci il tarixli BYK6258386 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 656 manat əsas borc, 04 mart 2022-ci il tarixli BYK6258496 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 355 manat əsas borc, 18 mart 2022-ci il tarixli BYK6258563 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 200 manat əsas borc, 17 aprel 2022-ci il tarixli BYK6258694 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 360 manat əsas borc, 21 iyul 2022-ci il tarixli BYK6259269 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1320 manat əsas borc və altı müqavilə üzrə hesablanmış 2433 manat faiz borcundan 500 manat və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4067 manat pulun alınaraq iddiaçı Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinin tələbinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekomnukasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi ilə bağlı tələblər istisna olmaqla) əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. Ərizədən və ona əlavə edilmiş sənədlərdən kreditorun tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə əmri verilməsi üçün tələbkar tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb təmin edildiyi üçün dövlət rusumu da borcludan tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDIM: Borclu Beyləqan rayon 2-ci Şahsevən kəndində qeydiyyatda olan, xx xxxxxxx 1975-ci ildə doğulmuş Borclu 31 yanvar 2022-ci il tarixli BYK6258350 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 576 manat əsas borc, 09 fevral 2022-ci il tarixli BYK6258386 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 656 manat əsas borc, 04 mart 2022- ci il tarixli BYK6258496 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 355 manat əsas borc, 18 mart 2022-ci il tarixli BYK6258563 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən 200 manat əsas borc, 17 aprel 2022-ci il tarixli BYK6258694 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 360 manat əsas borc, 21 iyul 2022-ci il tarixli BYK6259269 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1320 manat əsas borc və altı müqavilə uzrə hesablanmış 500 manat faiz borcu, cəmi 3967 (üç min doqquz yüz altmış yeddi) manat və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ünvan 1 ünvanda yerləşən tələbkar Kreditor MMC-nin xeyrinə verilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri verrmiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar