Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Beyləqan rayon İş № e-2(020)-2311/2023 29.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, ünvan 1 ünvanda yerləşən tələbkar Kreditor MMC-nin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDIM: Tələbkar Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, Kreditor MMC ilə borclu arasında xx.xx.2022-ci il tarixli BYK6258846 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Kreditor MMC-nin tərəfindən borcluya ümumi məbləği 769 manat olan avadanlığı satılmışdır. Müqavilənin şərtlərinə əsasən ödəmə müştəri tərəfindən 12 ay müddətinə ilə ödəməklə yerinə yetirilməli idi. Buna baxmayaraq həmin müddət ərzində borclu müqavilələrin şərtlərini pozaraq ödənişini tamamlamamış və onun həmin müqavilə üzrə 505 manat əsas borc, 100 manat faiz borcu, 100 manat ödənilmiş dövlət rusumu, cəmi 705 manat borcu yaranmışdır. İş üzrə Borclu xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 769 manat olan avadanlıq əldə edib.Borclu müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 505 manat borcu qalmışdır. Borclu müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 505 manat borcu qalmışdır. Ona görə də tələbkar Kreditor MMC məhkəmədən Borclu onun xeyrinə 505 manat əsas borc, 100 manat faiz borcu, 100 manat ödənilmiş dövlət rusumu, cəmi 705 manat tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinin tələbinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekomnukasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi ilə bağlı tələblər istisna olmaqla) əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. Ərizədən və ona əlavə edilmiş sənədlərdən kreditorun tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə əmri verilməsi üçün tələbkar tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb təmin edildiyi üçün dövlət rusumu da borcludan tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDIM: Borclu Beyləqan rayon Təzəkənd kəndində qeydiyyatda olan, 06.11 .1998-ci ildə anadan olan, Borclu 505 (beş yüz beş) manat əsas borc, 100 (bir yüz) manat faiz borcu, cəmi 605 (altı yüz beş) manat borc və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq ünvan 1 ünvanda yerləşən tələbkar Kreditor MMC-nin xeyrinə verilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-2311/2023
Beyləqan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(020)-2311/2023
29.11.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver