Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-254/2025 18.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50.000 (əlli min) manat, və gecikdirilmiş hər il üçün 5% +7.500 (yeddi min beş yüz) manatın əlavə pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 240 manatın, hüquqi xidmət haqqına görə 1000 manat, ümumilikdə 58.740 (əlli səkkiz min yeddi yüz qırx) manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Bakı şəhəri 05 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə iddia ərizəsinin onunla əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh Beyləqan rayonunda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iş quracağı və hər görülən işdən qazanc pul verəcəyi adı ilə 50.000 (əlli min) manat pul vəsaitini müxtəlif çeşiddə tikinti məhsullarının Beyləqan rayonuna göndərilməsi üçün və ticarət məqsədilə 2021-ci il tarixdə Şamaxinkada yerləşən Kapital bankın qarşısında almışdır. Cavabdeh 50.000 (əlli min) manat pul vəsaitini qısa müddətdə qaytarılması, əlavə qazanc verəcəyi vədini versə də, razılaşdırılmış müddətdə külli miqdarda pul vəsaitinin qaytarılmasından imtina etmişdir. Qeyd olunanlarla bağlı, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan cinayət işi üzrə cinayət təqibi aparılmışdır. Araşdırma zamanı iddiaçının cavabdehə 50.000 (əlli min) manat pul vəsaitinin verməsi müəyyən edilmişdir. Pulun qaytarılmamasının səbəbi kimi cavabdeh həmin vəsait hesabına alınmış məhsulların nisyə alqı-satqısı nəticəsində satışdan əldə edilən pulları toplaya bilmədiyini və sair bəhanə gətirmişdir. Cavabdehə üzərinə götürdüyü öhdəliklərin icra etməməsi ilə bağlı dəfələrlə iddiaçı tərəfindən müraciətlər edilmişdir. Eyni zamanda 13 dekabr 2024-cü il tarixdə cavabdehə pretenziya göndərilərək 50.000 (əlli min) manat pul vəsaitini qaytarılması xahiş edilmişdir. Lakin cavabdeh pretenziya məktubuna məhəl qoymayaraq, öhdəliyinə götürdüyü ödəməli olduğu 50.000 (əlli min) manat pul vəsaitini bugunədək ödəməkdən qəsdən qərəzli olaraq boyun qaçırmışdır. Odur ki, Cavabdeh 50.000 (əlli min) manat, və gecikdirilmiş hər il üçün 5% +7.500 (yeddi min beş yüz) manatın əlavə pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 240 manatın, hüquqi xidmət haqqına görə 1.000 manat, ümumilikdə 58.740 (əlli səkkiz min yeddi yüz qırx) manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişlər. Həmçinin iddiaçı məhkəməyə ərizə göndərərək o, pulu yalnız Cavabdeh verdiyini və pulunu ondan tələb eytdiyini göstərərək Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin ərizəsini nəzərə alıb işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, onun iddiaçıya borcu yoxdur. İddiaçı həqiqətən ona 32.000 manat pul vermişdir. Həmin pul onun özünə aid olmuşdur. Belə ki, Eldar və Polad adlı şəxslər ona borclu olmuşlar. Həmin şəxslərdə borcunu ala bilmədiyindən İddiaçı ona köməklik etməsini istəmişdir. Ədalətlə bu barədə aralarında yazılı razılaşma olmamışdır. Ədaləti əvvəlcədən tanıyıb onunla münasibəti olduğundan ona inanmışdır. İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə müraciət etmiş, orada ifadələri alınarkən o, İddiaçı ona borc olaraq 32.000 manat pul verməsini etiraf etmişdir. Lakin əslində İddiaçı Eldar və Poladdan onun özünə məxsus 32.000 manat pulu alıb ona qaytarmışdır. Sonradan həmin məsələyə görə Beyləqan rayonunda həmin şəxslərə məxsus Daşınmaz Əmlak İddiaçı qardaşının adına keçirilmiş, onlar həmin pulu ödədikdən sonra əmlak onlara qaytarılmışdır. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin 14 fevral 2025-ci il tarixli 3-13-6/2-1144/25 saylı məktubundan görünür ki, İddiaçı 32.000 manat pulunun Cavabdeh və X1 tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti üzrə əvvəllər BMCMİdə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxslər xx.xx.2020-ci il tarixdə İddiaçı borc olaraq ümumilikdə 32.000 manat pul alıb sonrakı müddətdə qaytara bilmədikləri üçün tərəflər arasında narazılıq yarandığından sonuncu onların barəsində şikayət etmişdir. İşdə olan cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı cavabdehə 6 ay müddətə qaytarmaq şərti ilə 50.000 manat pul verdiyini, lakin həmin pulu qaytarmadığını göstərmiş, 3 iş günü müddətinə onun pulunu qaytarmağı tələb etmiş, əks təqdirdə həmin tələblə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 32.000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 2021-ci ildə cavabdehə 50000 manat pul verməsini göstərsə də, onların arasında hazırkı iddia ilə bağlı münasibətlər 2020-ci ildə baş vermişdir. Həmçinin İddiaçı Cavabdeh ticarət məqsədi ilə borc olaraq qaytarmaq şərti ilə 50000 manat pul verdiyini göstərsə də, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə verdiyi şikayətdə həmin məbləğin 32.000 manat olduğunu bununla da, iddiaçının cavabdehə verdiyi məbləğin 32.000 manat olduğu iş materialları və cavabdehin izahatı ilə müəyyən edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan həqiqətən də 32000 manat pul aldığını və bunu Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə verdiyi şikayətdə etiraf etdiyini göstərmiş, lakin həmin pulun ona məxsus olduğunu bildirmişdir. Məhkəmə onun həmin izahatını inandırıcı hesab etmir. Çünki iddiaçının cavabdehin başqa şəxslərdə olan borcunu alıb ona verməsi barədə Cavabdeh izahatı həqiqətə uyğun deyildir. Həmin hal iddiaçının məhkəməyə göndərdiyi sənədlərlə də sübut olunmur. Ona görə də məhkəmə həmin halı əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə Cavabdeh İddiaçı 32.000 manat borc pul aldığı məhkəmə iclasında kifayət qədər sübuta yetmişdir. Lakin iddiaçı cavabdehə borcdan əlavə qazancından ona pul verməsi ilə bağlı tələbini əsaslı hesab etmir. Çünki tərəflər arasında belə bir razılaşmanın olması sübuta yetməmişdir. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin hər gecikdirilmiş il üçün 5 faiz olmaqla 7.500 manat və hüquqi xidmət haqqına görə 1.000 manat tələbini də əsaslı hesab etmir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Beləliklə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi cəhətdən obyektiv qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 32.000 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 32.000 (otuz iki min) manat məbləğində pul və 182 (yüz səksən iki) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 58 (əlli səkkiz) manat özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-254/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-254/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver