Məhkəmə qərarları › İş №e-2(020)-29/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-29/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-29/2025 18.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun səldrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- "xxxx" ASC-nin vəkalətli nümayəndəsi Nümayəndə2, Cavabdehlər- Cavabdeh2 iştirakı ilə, İddiaçı TuranBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L000134/0001 saylı kredit müqaviləsinə üzrə xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 30 244.34 AZN (otuz min iki yüz qırx dörd manat otuz dörd qəpik) əsas, 0.01 AZN (bir qəpik) faiz, 2 618.99 AZN (iki min altı yüz on səkkiz manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 32 863.34 AZN (otuz iki min səkkiz yüz altmış üçmanat otuz dörd qəpik) məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumunun cavabdehdən (borcalan, ipotekaqoyan- X3 qanun üzrə vərəsəsi Cavabdeh1) və xx.xx.2022-ci il tarixli, BK № MK-028237/22 saylı kredit müqaviləsi üzr xx.xx.2023-cü il tarixə 16 738.03 AZN (on altı min yeddi yüz otuz səkkiz manat üç qəpik) əsas, 53.80 AZN (əlli üç manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 16 791.83 AZN (on altı min yeddi yüz doxsan bir manat səksən üç qəpik) borcun, 238.97 AZN (iki yüz otuz səkkiz manat doxsan yeddi qəpik) məbləğində dövlət rüsumunun cavabdehlər (vərəsə, zamin- Cavabdeh1, zamin- Cavabdeh2) tutularaq TuranBank ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, X5 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) məxsus) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi; xx.xx.2022-ci il tarixli, L000134/0001 kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən (borcalan, ipotekaqoyan- X3 qanun üzrə vərəsəsi Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L000134/0001 saylı kredit müqaviləsinə üzrə xx.xx.2023-cü il tarixə TuranBank ASC-yə 30 244.31 manat əsas, 2328.19 manat faiz, 2 618.99 manat cərimə borcu olmaqla, cəmi 35191.52 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun cavabdehdən (borcalan, ipotekaqoyan- X3 qanun üzrə vərəsəsi Cavabdeh1) və xx.xx.2022-ci il tarixli, BK № MK-028237/22 saylı kredit müqaviləsi üzrə 4808.03 manat əsas, 53.80 manat cərimə borcu olmaqla, cəmi 4861.83 manat borcun, 238.97 manat məbləğində dövlət rüsumunun cavabdehlər (vərəsə, zamin- Cavabdeh1, zamin- Cavabdeh2) tutularaq TuranBank ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, X5 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) məxsus) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli, L000134/0001 kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən (borcalan, ipotekaqoyan X3 qanun üzrə vərəsəsi Cavabdeh1) tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmədə iddia tələbinin həcminin artırılmasına və azaldılmasına dair əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi müəyyən edildiyindən iddianın dəqiqləşdirilməsi barədə ərizənin qəbul edilməsi əsaslı hesab edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı "xxxx" ASC-nin vəkalətli nümayəndəsi Nümayəndə2 iddia tələblərini əsaslandıraraq göstərdi ki, "xxxx" ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK № MK- 028237/22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 36 ay müdddətinə 20 000 AZN (iyirmi min manat) məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli L000133 saylı kredit limiti müqaviləsi bağlanmaqla 120 ay müddətinə 30 faizdən çox olmamaq şərti ilə 500 000 AZN (beş yüz min manat) kredit limiti müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli L000133 saylı kredit limiti müqaviləsi çərçivəsində TuranBank ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında xx.xx.2022-ci il tarixli L000134/0001 saylı kredit razılaşması bağlanmış və bu kredit razılaşmasının tələblərinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə borcalana 35 000 AZN (otuz beş min manat) məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, BK № MK-028237/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi X7, TuranBank Cavabdeh2, Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, MK-028237/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi X2(ipotekaqoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L000134 saylı ipoteka müqaviləsinə əsasən X5məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzil Bankda ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 60 000 AZN (altmış min manat) məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli, BK № MK-028237/22 saylı vəxx.xx.2022-ci il tarixli, L000134/0001 saylı kredit müqavilələrinə əsasən cavabdeh X7 əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. X3xx.xx.2022-ci il tarixli, L000134/0001 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə TuranBank ASC-yə 30 244.34 AZN (otuz min iki yüz qırx dörd manat otuz dörd qəpik) əsas, 0.01 AZN (bir qəpik) faiz, 2 618.99 AZN (iki min altı yüz on səkkiz manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 32 863.34 AZN (otuz iki min səkkiz yüz altmış üçmanat otuz dörd qəpik) məbləğində və xx.xx.2022-ci il tarixli, BK № MK 028237/22 saylı kredit müqaviləsi üzrəxx.xx.2023-cü il tarixə 16 738.03 AZN (on altı min yeddi yüz otuz səkkiz manat üç qəpik) əsas, 53.80 AZN (əlli üç manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 16 791.83 AZN (on altı min yeddi yüz doxsan bir manat səksən üç qəpik) ödənilməmiş borcu qalmışdır. Sorğu vasitəsi ilə əldə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən X3 qanun üzrə vərəsəsi arvadı Cavabdeh1, övladları X8, X9r. Müqavilələr üzrə yaranmış borcun ödənilməsi zəruri olduğundan,həmçinin cavabdeh vəfat etdiyi üçün onun vərəsəsi, zamini Cavabdeh1 və zamin Cavabdeh2 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK № MK 028237/22 saylıkredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16% olmaqla, xx.xx.2022-ci il tarixli, L000134/0001saylı kredit müqaviləsinin eyni maddəsinə əsasən isə 16 % cərimə faizi ödəyir. Hər iki kredit müqaviləsinin 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları vardır. Ekspertizanın rəyi ilə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2328.19 manat faiz borcunun olması müəyyən edildiyindən iddia həmin məbləğdə artırılmış, lakin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehlər tərəfindən borcun müəyyən hissəsi ödənildiyindən iddia tələbi həmin hissədə azaldılmışdır. Odur ki, TuranBank ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L000134/0001 saylı kredit müqaviləsinə üzrə xx.xx.2023-cü il tarixə TuranBank ASC-yə 30 244.31 manat əsas, 2328.19 manat faiz, 2618.99 manat cərimə borcu olmaqla, cəmi 35191.52 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun cavabdehdən (borcalan, ipotekaqoyan- X3 qanun üzrə vərəsəsi Cavabdeh1) və xx.xx.2022-ci il tarixli, BK № MK-028237/22 saylı kredit müqaviləsi üzrə 4808.03 manat əsas, 53.80 manat cərimə borcu olmaqla, cəmi 4861.83 manat borcun, 238.97 manat məbləğində dövlət rüsumunun cavabdehlər (vərəsə, zamin- Cavabdeh1, zamin- Cavabdeh2) tutularaq TuranBank ASC-yə ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, X5 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) məxsus) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli, L000134/0001 kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehdən (borcalan, ipotekaqoyan X3 qanun üzrə vərəsəsi Cavabdeh1) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbu etdi və göstərdi ki, X1 TuranBank ASC-nin “Ağcabədi” flialından kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin Samir banka olan borcunu ödədməmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qardaşının qanun üzrə vərəsəsi arvadı Cavabdeh1 təyin edilmişdir. Kredit borclarından hər ay 1000 manat ödəniş olunur. Onlara faizin silinməsini bildirsələr də faizlər silinməmişdir. Onlar əsas borcu ödəyə bilərlər. Ona görə də cərimə və faizin silinməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BK № MK- 028237/22 saylı kredit müqaviləsindən görünür ki, TuranBank ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında bağlanmış kredit müqaviləsinə əsasən S.Həsənova illik faiz dərəcəsi 16% olmaqla 36 ay müdddətinə 20 000 AZN (iyirmi min manat) məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli L000133 saylı kredit limiti müqaviləsindən görünür ki, tərəflər arasında kredit limiti müqaviləsi bağlanmaqla 120 ay müddətinə 30 faizdən çox olmamaq şərti ilə 500 000 AZN (beş yüz min manat) kredit limiti müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli L000133 saylı kredit limiti müqaviləsi çərçivəsində TuranBank ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında xx.xx.2022-ci il tarixli L000134/0001 saylı kredit razılaşması bağlanmış və bu kredit razılaşmasının tələblərinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə S.Həsənova 35 000 AZN (otuz beş min manat) məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BK № MK-028237/22 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi X7, TuranBank Cavabdeh2, Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, MK-028237/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Banka dəyən bütün zərərin ( kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi, də daxil olmaqla Zamin bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə, məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixli, L000134/0001 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə TuranBank ASC-yə 30 244.34 AZN (otuz min iki yüz qırx dörd manat otuz dörd qəpik) əsas, 0.01 AZN (bir qəpik) faiz, 2 618.99 AZN (iki min altı yüz on səkkiz manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, cəmi 32 863.34 AZN (otuz iki min səkkiz yüz altmış üçmanat otuz dörd qəpik) məbləğində və xx.xx.2022-ci il tarixli, BK № MK 028237/22 saylı kredit müqaviləsi üzrəxx.xx.2023-cü il tarixə 16 738.03 AZN (on altı min yeddi yüz otuz səkkiz manat üç qəpik) əsas, 53.80 AZN (əlli üç manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi 16 791.83 AZN (on altı min yeddi yüz doxsan bir manat səksən üç qəpik) ödənilməmiş borcu qalmışdır. Hazırda isə borcun dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə iddiaçı tərəfindən ərizə göndərilmiş və və həmin ərizə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, X3 qanun üzrə vərəsəsi arvadı Cavabdeh1, övladları X8, X9r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə müvafiq olaraq girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, girov saxlayanın zəruri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, X3 mülkiyyətinə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, L000134 saylı ipoteka müqaviləsindən görünür ki, TuranBank ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi X2 (ipotekaqoyan) arasında bağlanmış ipoteka müqaviləsinə əsasən X5 məxsus olan (DƏDRX tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzil Bankda ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 60 000 AZN (altmış min manat) məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 10.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəldə bilər. İpoteka saxlayan ipoteka predmetinə məhkəmə qaydasında və ya notarisun icra qeydi əsasında tutma yönəldilməsi üsulunu seçməkdə sərbəstdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə annuitet ödənişlər 90 (doxsan) gün və daha çox müddətdə gecikdirdikdə ipoteka saxlayan ipoteka predmetinə tutma yönəltmək hüququna malikdir. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda həll edilməli məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətinin əks edilməsidir. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinin tələblərinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası MPM-in 172.3-cü maddəsinə və “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən bir ay müddətində baxır. Əvvəlki məhkəmə iclasında izahar verən Cavabdeh2 ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzilin qiymətləndirilməsi və iş üzrə əsas, faiz və cərimə borcunun düzgün hesablanmadığını göstərmiş və vəsatətt verərək iş üzrə məhkəmə əmtəəşunaslıq və məhkəmə mühasibatlıq ekspertiza təyin olunmasını xahiş etmişdir. Beyləqan rayon məhkəməsinin 06 mart 2024-vü il tarixli qərardadına əsasən məhkəmə əmtəəşunaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2024-cü il tarixli 9/2828 saylı ekspertiza rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli L000134/0001 saylı kredit müqaviləsinə əsasən verilmiş keredit üzrə cavabdeh X3 İddiaçı ASC-nin “Ağcabədi” filialına olan borcu xx.xx.2023-cü il tarixə əsas borcu 30244,34 manat, faiz borcu 2328,19 manat təkil edir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27” dekabr 2024-cü il tarixli 10/2751 saylı ekspertiza rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.metr olan 1 nömrəli mənzilin bazar dəyəri təqribən 42500 manat, likvid dəyəri isə təqribən 40375.0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. «Zvierzinski Poşaya qarşı» iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «Ədalətli tarazlığa» cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun azaldılaraq xx.xx.2022-ci il tarixli, L000134/0001 saylı kredit müqaviləsinə üzrə 260 manat saxlanılmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş TuranBank ASC-nin X7, Cavabdeh2 və Cavabdeh1 ünvanladığı pretenziya məktubunda 26 06.2022-ci ıl tarixli. KR № L000134/0001 kredit müqaviləsinə uzrə 07 09 2023cü il tarixə TuranBank ASC-yə 30244.34 AZN (otuz min iki yüz qırx dord manat otuz dörd qəpik) əsas, 0.01 AZN (bir qəpik) faiz, 2618.99 AZN (iki min altı yuz on səkkiz manat doxsan doqquz qopik) cərimə borcu olmaqla, cəmi 32863.34 AZN (otuz iki min səkkiz yüz altmış üç manat otuz dörd qopik) məbləğində və xx.xx.2023-cü il tarixə 23 08.2022-ci il tarixli, № MK 028237/22 saylı kredit müqaviləsi üzrə16738.03 AZN (on aıtı min yeddi yüz otuz səkkiz manat üç qəpik) əsas, 53.80 AZN (əlli üç manat səksən qəpik) cərimə borcu omaqla, cəmi 16791.83 AZN (on altı min yeddi doxsan bir manat səksən üç qəpik) borcunu 3 (uç) gün müddətində ödəməyi tələb olunuşdur. Əks təqdirdə, TuranBank ASC tərəfindən müqavilə vaxtından əvvəl ləğv ediləcək və qalıq borcun məcburi qaydada ondan tutulması üçün məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş TuranBank ASC-nin X7, və Cavabdeh2 ünvanladığı bildirişdə xx.xx.2023-cü il tarixinə X4 11000134/0001 saylı kredit müqaviləsi üzrə Banka 30 24434 AZN əsas, 01 AZN faiz, 2 618.99 AZN cərimə borcu olmaqla, cəmi 32 86334 AZN məbləğində cərimə faizi borcu qalmışdır. Həmin borcların ödənilməsi ilə əlaqədar dəfələrlə məktub göndərilməsinə və borcun ödənilməsi tələb olunmasına baxmayaraq borc məbləğini ödəməkdən yayınmaları göstərilmiş, borc məbləğinin 3 gün ərzində TuranBank ASC-yə ödənilməsi tələb olunmuşdur. Əks halda Turan Bank ASC tərəfindən müqavilənin vaxtəndan əvvəl ləğv ediləcəyi və qalıq borcun X5 məxsus olanipoteka ilə yüklü edilmiş edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzilə yönəldilərək həmin əmlak hesabına borcun Banka ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin Ağcabədi filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L000134/0001 saylı kredit müqaviləsinə üzrə Cavabdeh1 (borcalan, ipotekaqoyan- X3 qanun üzrə vərəsəsi) 30244.31 manat (otuz min iki yüz qırx dörd manat otuz bir qəpik) əsas, 2328.19 manat (iki min altı yüz on səkkiz manat doxsan doqquz qəpik) faiz, 260 manat cərimə olmaqla cəmi 32832,50 (otuz iki min səkkiz yüz otuz iki manat əlli qəpik) kredit borcu və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat; TuranBank ASC-nin “Ağcabədi” filialı ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK № MK-028237/22 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.808,03 (dörd min səkkiz yüz səkkiz manat üç qəpik) əsas, 53.80 (əlli üç manat səksən qəpik) cərimə olmaqla, cəmi 4863,80 (dörd min səkkiz yüz altmış üç manat səksən qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 218 (iki yüz on səkkiz) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb ipoteka ilə yüklü edilmiş, X5 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.9 kv.m, olan 1 nömrəli mənzilə yönəldilsin, həmin əmlakın dəyəri 42500 manat müəyyən olunmaqla açıq hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilsin. xx.xx.2022-ci il tarixli, L000134/0001 kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsın. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilən 20,97 (iyirmi manat doxsan yeddi qəpik) iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar