Məhkəmə qərarları › İş №e-2(020)-296/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-296/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-296/2024 17.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, İclas katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Əlizadə Emin Mübariz oğluna qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Əlizadə Emin Mübariz oğluna qarşı kredit müqaviləsi üzrə 5162.58 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində göstərilən forma və məzmununa riayət edilməmişdir. Kiçik iddialara dair icraat qaydasında işlərə iddia tələbi 5000 manatdan aşağı olduqda baxılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinin tələbinə görə mülki işlər üzrə iddianın qiyməti 5000 manatdan, kommersiya mübahisələrinə dair iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.Həmin Məcəllənin 284-2-ci maddəsinə görə kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. İddiaçının kiçik iddia formasında tərtib edilmiş iddia ərizəsini nəzərdən keçirərkən müəyyən edildi ki, tələb edilən məbləğ 5162.58 manat təşkil edir. Halbu ki, iddiaçının tələb etdiyi pul vəsaiti 5000 manatdan yuxarı olduğuna görə qanunun tələblərinə uyğun olaraq ümumi iddia qaydasında iddia verilməli idi. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 284-4.1.2 maddəsinə görə verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər utaraq, Q Ə R A R A A L D İ M: İddiaçı ASC-nin cavabdeh Əlizadə Emin Mübariz oğlundan kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə qərardadın təsviri hissəsində göstərilənlərə əsasən iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. İddiaçının dövlət rüsumu kimi ödədiyi 71.63 manat özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar