Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-340/2025 19.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli YVF-380 saylı kredit müqaviləsinə əsasən 5.662,28 (beş min altı yüz altmış iki manat 28 qəpik) manat əsas, 1,23 (bir manat 23 qəpik) manat faiz, 0,42 (42 qəpik) manat cərimə borcu, iddia ərizəsinin verilməsi üçün ödədiyimiz 76,62 (yetmiş altı manat 62 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədiyimiz 51 (əlli bir) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********55- 10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 101.2 kv.m, yardımçı sahəsi 38.28 kv.m olan 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, "AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli YVF-380 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli, YF-1253 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə illik 1 (bir) faiz hesablanmaqla 10.780 (on min yeddi yüz səkkən) manat məbləğində kredit verilmişdir.Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 101.2 kv.m, yardımçı sahəsi 38.28 kv.m olan 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Mənzilin girov qoyulması barədə Bank ilə ipoteka qoyan Cavabdeh arasında 12 noyabr 2019-cu il tarixli "Sonrakı ipoteka müqaviləsi” bağlanılmış, bu müqavilə notarial qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2024-cü il tarixli, 12-5/2-Q-21-5099/2024 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh LPO İddiaçı ASC-yə kredit üzrə cəmi borcu 5.663,93 (beş min altı yüz altmış üç manat 93 qəpik) manat təşkil edir ki, bunun da 5.662,28 (beş min altı yüz altmış iki manat 28 qəpik) manatı əsas, 1,23 (bir manat 23 qəpik) manatı faiz, 0,42 (42 qəpik) manatı isə cərimə borcudur. Ona görə də, İddiaçı "AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli YVF-380 saylı kredit müqaviləsinə əsasən 5.662,28 (beş min altı yüz altmış iki manat 28 qəpik) manat əsas, 1,23 (bir manat 23 qəpik) manat faiz, 0,42 (42 qəpik) manat cərimə borcu, iddia ərizəsinin verilməsi üçün ödədiyimiz 76,62 (yetmiş altı manat 62 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədiyimiz 51 (əlli bir) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 101.2 kv.m, yardımçı sahəsi 38.28 kv.m olan 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh məhkəmə iclasından məlumatlı olduğunu bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və cavabdeh işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, "AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli YVF-380 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli, YF-1253 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə illik 1 (bir) faiz hesablanmaqla 10.780 (on min yeddi yüz səkkən) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istilada etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvalıq hallarında laiz.lər adlanacaq) “Kredit verən”ə ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinin 1.2-ci bəndinə görə “Kredit alan” kreditdən Bankın “Yevlax” filialı ilə imzalanmış xx.xx.2014-cü il tarixli, YF-1253 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə güzəştli şərtlərlə verilən kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə “Kredit alan’ a “Kredit verən” tərəfindən illik faiz dərəcəsi 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə (1 (bir) il güzəşt müddəti tətbiq edilməklə) verilən kredit başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə müvafiq olaraq girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, girov saxlayanın zəruri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh LPO İddiaçı ASC-yə kredit üzrə cəmi borcu 5.663,93 (beş min altı yüz altmış üç manat 93 qəpik) manat təşkil edir ki, bunun da 5.662,28 (beş min altı yüz altmış iki manat 28 qəpik) manatı əsas, 1,23 (bir manat 23 qəpik) manatı faiz, 0,42 (42 qəpik) manatı isə cərimə borcudur. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, KAAD 315 nömrəli ipoteka müqaviləsindən görünür ki, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 101.2 kv.m, yardımçı sahəsi 38.28 kv.m olan 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin girov qoyulması barədə Bank ilə ipoteka qoyan Cavabdeh arasında 12 noyabr 2019-cu il tarixli "Sonrakı ipoteka müqaviləsi” bağlanılmış, bu müqavilə notarial qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. "Sonrakı ipoteka müqaviləsi”nin 1.1-ci bəndinə görə bu müqavilə "İpoteka qoyan"ın "İpoteka saxlayan" qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "İpoteka qoyan"ın bu Müqavilənin 3-cü bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi "İpoteka qoyan" tərəfindən bu Müqavilənin 2-ci bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1-ci bəndi ilə müəyyənləşdirilən hallarda "İpoteka saxlayan"nın "ipoteka qoyan"a qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. “Sonrakı ipoteka müqaviləsi”nin 1.2-ci bəndinə görə ipoteka predmeti "İpoteka qoyan"ın mülkiyyətindədir və yalnız "İpoteka qoyan" ilə "xxxx" ASC- nin "Yevlax" filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YF-1253 №-li kredit müqaviləsinin təminatı qismində, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən ipotekaya qoyulmuşdur “Sonrakı ipoteka müqaviləsi”nin 2.1-ci bəndinə görə Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən tələb "İpoteka saxlayanla "İpoteka qoyan" arasında 12.11,2019-cu il tarixdə Yevlax şəhərində bağlanmış YVF-380 N:li "Kredit müqaviləsi"ndən, ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də "İpoteka saxlayan'la "İpoteka qoyan" arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn "İpoteka saxlayan"ın "İpoteka qoyan"a qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklər üzrə tələblərin ölçüsü və icra müddəti "İpoteka qoyan'la "İpoteka saxlayan" arasında gələcəkdə bağlanacaq kredit müqavilələrində göstəriləcəkdir. “Sonrakı ipoteka müqaviləsi”nin 2.2-ci bəndinə görə bu Müqavilənin 2.1-ci bəndində göstərilən "Kredit müqaviləsi"nə əsasən, "İpoteka saxlayan" tərəfindən "İpoteka qoyan"a 5 (beş) il müddətinə verilmiş 10780 (on min yeddi yüz səksən) manat məbləğində kreditin ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün "İpoteka saxlayan"a nağd və ya köçürülmə yolu ilə bərabər hissələrlə ödənilməsini, kreditdən istifadəyə görə illik 1 (bir) %-lə hesablanmış faizlərin isə kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün "İpoteka qoyan" tərəfindən "ipoteka saxlayan"a tam olaraq ödənilməlidir. “Sonrakı ipoteka müqaviləsi”nin 3.1-ci bəndinə görə ipoteka predmeti Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* № -li, **********55-10301 reyestr № -li, ********* qeydiyyat № -li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh ("İpoteka qoyan"a) xüsusi mülkiyyət hüququ əsasında məxsus Beyləqan şəhəri, Qarabağ küçəsi, ev 12 dir. (0.06 ha torpaq sahəsi ilə birlikdə) “Sonrakı ipoteka müqaviləsi”nin 3.2-ci bəndinə görə tərəflərin qarşılıqlı razılaşmasına əsasən İpoteka predmetinin bazar qiyməti 32000 (otuz iki min) manat, likvid dəyəri isə 29000 manat ASC-nin Yevlax filialında götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına razı olmuşlar. İpotekaya qoyulmuş fərdi yaşayış evinə gələcəkdə tutma yönəldildikdə və ya həmin fərdi yaşayış evi satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra iyirmi doqquz min) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda həll edilməli məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətinin əks edilməsidir. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinin tələblərinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası MPM-in 172.3-cü maddəsinə və “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən bir ay müddətində baxır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh məxsus Beyləqan şəhəri, Qarabağ küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 101.2 kv.metr yardımçı sahəsi 38.28 kv.metr olan 1 mərtəbəli, 5 otaqdan ibarət olan fərdi yaşayış evinin likvid qiymətinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. İş üzrə alınmış “Meyar Ekspertiza MMC-nin 25 iyul 2025-ci il tarixli ekspertiza rəyininn nəticə hissəsindən görünür ki, Beyləqan şəhəri, Qarabağ küçəsində yerləşən ümumi sahəsi 139.48 kv.metr sahədən ibarət olan fərdi yaşayış evinin likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən likvid dəyəri 72000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh yuxarıda qeyd olunan borc iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipokeka predmeti açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməlidir. Lakin məhkəmə hesab edir ki, iddianın satışdan əldə olunan vəsait borcun bağlanmasına kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması tələbinə dair hissədə təmin edilə bilməz. Çünki tərəflər arasında ipoteka müqaviləsi mövcuddur, ipoteka predmetinin dəyəri tələb olunan məbəğdən qat-qat yüksəkdir və borcun ödənilməsinə kifayət edir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli YVF-380 saylı kredit müqaviləsinə əsasən 5.662,28 manat əsas, 1,23 manat faiz, 0,42 manat cərimə borcu olmaqla cəmi 5663,93(beş min altı yüz altmış üç manat doxsan üç qəpik) kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 76,62 (yetmiş altı manat altmış iki qəpik) manat, İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 51(əlli bir) manat dövlət rüsumunun əvəzi alınıb LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 101.2 kv.m, yardımçı sahəsi 38.28 kv.m olan 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 101.2 kv.m, yardımçı sahəsi 38.28 kv.m olan 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 72000 manat müəyyən edilsin. ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 101.2 kv.m, yardımçı sahəsi 38.28 kv.m olan 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-340/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-340/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver