Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-343/2024 20.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı-BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0048952-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 7376,18 (yeddi min üç yüz yetmiş altı manat 18 qəpik) manat əsas məbləğ üzrə borcu, 2382,51 (iki min üç yüz səksən iki manat 51 qəpik) manat faiz borcu, 58,50 (əlli səkkiz manat 50 qəpik) manat cərimə borcu və 556,29 (beş yüz əlli altı manat 29 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 10373,48 (on min üç yüz yetmiş üç manat 48 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin vəkalətli nümayəndəsi Nümayəndə2 məhkəmədə iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh nümayəndəsi olduğu bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0048952-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “torpaq almaq” məqsədilə borcluya 15 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9450 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2.073,82 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1.203,18 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 53,00 manat olmaqla cəmi 3.330,00 manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata 7.376,18 manat əsas məbləğ üzrə borcu, 2.382,51 manat faiz borcu və 58,50 manat məbləğində cərimə borcu vardır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, L-BK- 0048952-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 556,29 manat təşkil edir. Odur ki, Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0048952-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 7376,18 (yeddi min üç yüz yetmiş altı manat 18 qəpik) manat əsas məbləğ üzrə borcu, 2382,51 (iki min üç yüz səksən iki manat 51 qəpik) manat faiz borcu, 58,50 (əlli səkkiz manat 50 qəpik) manat cərimə borcu və 556,29 (beş yüz əlli altı manat 29 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 10373,48 (on min üç yüz yetmiş üç manat 48 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, BOKT "xxxx" MMC ilə aralarında xx.xx.2019-cu il tarixli, L-BK-0048952-F saylı Kredit Müqaviləsi bağlanmışdır. O, götürdüyü krediti bibisinə vermişdir. Kredit götürərkən bankdan ona kart, sənədlər və qızlların şəkilləri verilmişdir. Kredit götürərkən girov olaraq qızıllarını qoymuşdur. Krediti ödəmədiyindən ona qızıllarının satışa çıxarıldığı bildirlmişdir. Sonradan ona zəng edərək qızılların saxta olduğu deyilmişdir. Onunla bağlı cinayət işi olmuşdur. Müstəntiqə qızllarla bağlı izahat vermişdir. Qızlların saxta olmasını polis şöbəsində ona bildirməmişlər. Bu barədə ona ancaq bank bildirmişdir. Ona qızlların onun yanında açılıb yoxlanılacağı deyilsə də, yoxlama olmamışdır. Ona qızılların satılıb borcunun ödəniləcəyi də deyilmişdir. Qızllar da bibisinə məxsus olmuş, bibisinin xahişi ilə qızlları banka qoyub pul götürmüşdür. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarınıdinləyib və iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, L-BK-0048952-F saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 15 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9450 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 6.7 maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. İşə əlavə edilmiş kredit müqaviləsinə1 nömrəli Əlavəyə ödəniş qrafikindən görünür ki, Cavabdeh tərəfindən hər ay 798 manat ödənilməklə götürdüyü 9450 manat krediti 15 ay müddətə ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh txx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi tarixə 7.376,18 manat əsas məbləğ üzrə, 2.382,51 manat faiz borcu üzrə, 58,50 manat cərimə borcu üzrə, əldən çıxmış faydaya görə 556.29 manat, cəmi 10373.46 manat borcu yaranmışdır. İşə əlavə edilmiş məktubdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Cavabdehin iddiaçı təşkilatdan kredit götürməsi cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Cavabdeh iddiaşı təşkilatdan kredit götürərkən bibisinin qızıllarını girov qoyduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, müqavilədə isə girovla bağlı hər hansı bir müddəaların olması müəyyən edilməmişdir. Cavabdeh qızılları verdiyi şəxsdən həmin qızllarını tələb etmək hüququna malikdir. Lakin hazırkı müqavilə üzrə qızıl girov qoyulması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7376,18 (yeddi min üç yüz yetmiş altı manat on səkkiz qəpik) manat əsas məbləğ üzrə borc, 2382,51 (iki min üç yüz səksən iki manat əlli bir qəpik) manat faiz borcu, 58,50 (əlli səkkiz manat əlli qəpik) manat cərimə borcu və 556,29 (beş yüz əlli altı manat iyirmi doqquz qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 10373,48 (on min üç yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu alınıb BOKT "xxxx" MMCyə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0048952-F saylı Kredit müqaviləsinə əsasən 7376,18 (yeddi min üç yüz yetmiş altı manat on səkkiz qəpik) manat əsas məbləğ üzrə borc, 2382,51 (iki min üç yüz səksən iki manat əlli bir qəpik) manat faiz borcu, 58,50 (əlli səkkiz manat əlli qəpik) manat cərimə borcu və 556,29 (beş yüz əlli altı manat iyirmi doqquz qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 10373,48 (on min üç yüz yetmiş üç manat qırx səkkiz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu alınıb BOKT "xxxx" MMC-yə verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-343/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-343/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver