Məhkəmə qərarları › İş №e-2(020)-346/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-346/2024

07.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-346/2024 07.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması, onun və uşağının cavabdehin mülkiyyətində olan mənzilə köçürülməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onun və azyaşlı oğlu X3 cavabdehin mülkiyyətində olan Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdehin oğlu X9 ilə 08 avqust 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Cavabdehin evinə gəlin köçən ərəfədə vəsiqəsini dəyişmişdir. Vəsiqəni dəyişməyə də onlarla getmişdir. Cavabdehin evinə qeydiyyata düşmək üçün ərizə verməmişdir. Atasına zəng edib bilidrimiş, atası da demişdir ki, artıq qaynatasının evinə qeydiyyata düşəcəkdir. Cavabdehin oğlu ilə aralarında narazıçılıq yaranmış, ayrılmışlar. Hazırda uşağı ilə birlikdə kirayədə yaşayırlar. Həmin kənddə işə düzəlmək istəyir. Uşağı ilə cavabdehin evində yaşamaq barədə mənzil hüququndan istifadə etmək istəyir. Uşağının atası da uşaqla görüşmək istəyir. O, cavabdehin evinə köçdükdən sora uşağı da atası ilə rahat görüşə bilər. Uşağı da həmin kənddə məktəbə gedər. O, qaynatasının evində ayrıldığı günə qədər yaşamış, hazırda əmlakları da həmin evdədir. Cavabdehin oğlu ilə nikahları Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2521/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Azyaşlı oğlu Tuncay Nağızadə də həmin mənzildə qeydiyyatdadır. Evli olduqları müddətdə də qeydiyyatda olduqları ünvan 1i ünvanında yerləşən evdə 8 il yaşamışlar. Ona görə də, onun və azyaşlı oğlu X3 cavabdehin mülkiyyətində olan Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı 2012-ci ildə onun evinə gəlin gəlmiş, evdə 3 gün yaşamışdır. Oğlu hərbiçi olduğuna görə 3 gündən sonra çıxıb Şəmkir rayonuna getmişlər. Arabir onlara gəlib baş çəkmişlər. İddiaçı onun evinə qeydiyyata düşməsinə dair ərizə ilə müraciət etməmişdir. İddiaçı atasının evində qeydiyyatdadır. Onun öz evi 3 otaq və 1 mətbəxtdən ibarətdir və ev onun mülkiyyətindədir. Hazırda evdə 3 subay oğlu vardır. İddiaçı ərini evdə qoyub Bakı şəhərinə getmişdir. Hazırda iddiaçının əmlakı onun evindədir. Əgər iddiaçı istəsəydi onun evindən çıxıb getməzdi. İddiaçının yenidən qayıdıb onun evində yaşaması qeyri mümükündür. Buna razı ola bilməz. İddiaçının onun evinə köçməsi onun həmin evdə mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı arasındakı nikaha Nəsimi rayon Məhkəməsinin qətnaməsinə əsasən 22 avqust 2022-ci il tarixdə xitam verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 birgə nikahlarından xx.xx.2012-ci ildə Tuncay adlı bir uşaqları doğulmuşdur İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki, İddiaçı Beyləqan rayonunun İ Şahsevən kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki, X1 rayonunun İ Şahsevən kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X4 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriyalı çıxarışdan görünür ki, Beyləqan rayonu, İ Şahsevən kəndində olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,3 otaqlı 60.86 kv.m yaşayış, 32.92 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına reyestr nömrəsi **********8-10301, qeydiyyat nömrəsi ********** olan, 12 mart 2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib işdə olan sübutlara hüquqi cəhətdən qiymət verərək hesab edir ki, iddiaçı aşağıdakı əsaslara görə təmin edilə bilməz. “Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “O.ROUK Birləşmiş Krallığa qarşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “X2rşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “X2rşı” işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı cavabdehin oğlu Elşən Nağıyevlə ailə qurmuş və cavabdehin Beyləqan rayon İ Şahsevən kəndində olan evinə gəlin köçmüşdür. İddiaçı ilə Elşən Nağıyevin birgə nikahlarından bir uşaqları olmuşdur. Tərəflərin xasiyyətləri uygun gəlmədiyindən ayrılmışlar. Məhkəmə qətnaməsinə əsasən İddiaçı ilə Elşən Nağıyevin nikahları məhkəmə qaydasında pozulmuşdur. Məhkəmədə iddiaçı cavabdehin evinə gəlin köçdüyü vaxt cavabdehin evindən istifadə hüquqlarının müəyyən edilməsi və daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasını sübuta yeritə bilməmişdir. “X.Məmmədovu şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Pleniumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, ya.ayı. sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətci arasında mövcud olan hüquq və vəzifələrin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququq əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Pleniumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh ailə üzvü və ya digər qohumlar siyahısına daxil deyildir. Ona görə də onun qeyd olunan evin mülkiyyətçisi olan Cavabdeh evə köçürülməsini tələb etmək hüququ yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi kifayət qədər sübuta yetmədiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması, özünün və uşağı X3 Cavabdeh mülkiyyətində olan Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən mənzilə köçürülmələri tələbinə dair iddiası əsasız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar