Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-408/2024 06.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Cavabdeh iştrakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh arasında bağlanmış 04 avqust 2023cü il tarixli 565/SM-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 1368.37 (bir min üç yüz altmış səkkiz manat, otuz yeddi qəpik) manat əsas borc və 8.22 (səkkiz manat iyirmi iki qəpik) faiz borcu olmaqla 1376.59 (min üç yüz yetmiş altı manat,əlli doqquz qəpik) məbləğində və 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 857.30 (səkkiz yüz əlli yeddi manat, otuz qəpik) manat əsas borc və 5.16 (beş manat on altı qəpik) faiz borcu olmaqla 862.46 (səkkiz yüz altmış iki manat qırx altı qəpik) manat kredit borcunun, cəmi 2239.05 (iki min iki yüz otuz doqquz manat beş qəpik) manat məbləğində borcun həmçinin, ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu manat məbləğin Cavabdeh tutularaq “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 21000 (iyirmi bir min) manat məbləğində, 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 2239.05 (iki min iki yüz otuz doqquz manat beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini tam şəkildə icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı və 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqavilələri üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 36 %-lə hesablanır. Odur ki, Cavabdeh 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 1368.37 manat əsas borc və 8.22 faiz borcu olmaqla 1376.59 məbləğində və 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 857.30 manat əsas borc və 5.16 faiz borcu olmaqla 862.46 manat kredit borcunun, cəmi 2239.05 (iki min iki yüz otuz doqquz manat beş qəpik) manat məbləğində borcun və ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu tutularaq “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə Heyətinin sədri Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, "xxxx" MMC ilə aralarında bağlanmış 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 21000 (iyirmi bir min) manat məbləğində, 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Maddi imkanı olmadığından kredit borcunu vaxtında ödəyə bilməmişdir. Onun iki müqavilə üzrə 2239.05 manat borcu qalmışdır. Təşkilata olan borcunu gələcəkdə hissə-hissə ödəyəcəkdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib və iş üzrə cavabdehin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 21000 (iyirmi bir min) manat məbləğində, 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı təşkilata 1368.37 manat əsas borc və 8.22 faiz borcu, cəmi 1376.59 manat borcu qalmışdır. İşdə olan maliyyə arayışından görünür ki, 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçı təşkilata 857.30 manat əsas borc və 5.16 faiz borcu, cəmi 862.46 manat borcu qalmışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı və 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqavilələri üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 36 %-lə hesablanır. Həmin müqavilələrin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Həmin müqavilələrin 7.1 -ci bəndinə əsasən borc öhdəliyinin icra edilməməsinin “Borc verən” tərəfindən vaxtından əvvəl tələb edilməsi aşağıdakı hallarda mümkündür: a) əlverişsiz şəraitin yaranması nəticəsində “Borc alanın” lazımi qaydada borc ödəmək qabiliyyəti olmadıqda b) kreditin qaytarılması ilə bağlı “Borc verənə” maddi zərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə, v) bu Müqavilələrin müddəaları Borc alan tərəfindən yerinə yetirilmədikdə, Həmin müqavilələrin 8.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu Müqavilələrin 6.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Həmin müqavilələrin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borc valan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 72 % -lə hesablanan cərimə faizləri ödənilməlidir. Həmin müqavilələrin 11.2-ci bəndinə əsasən bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulan hallarda kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qayatarılmasını tələb etmək hüququna malikdir. Həmin müqavilələrin 13.7-ci bəndinə əsasən “Borc Alan” razılaşdırılmış ödəniş şərtlərini pozduqda,krediti və ondan istifadəyə görə faizlərin ödənilməsi gecikdirildikdə “ Borc verən” “ Borc alan”a qarşı borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü ödənilməli olan, lakin ödənilməmiş məbləğin 0.5% (sıfır tam onda beş) miqdarında dəbbə pulu tətbiq edə bilər. Həmin müqavilələrin 15.2-ci bəndinə əsasən bu müqavilə “Borclu”nun “Kreditor” qarşısında öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Həmin müqavilələrin 17-ci bəndinə əsasən tərəflər mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. İşdə olan bildirişdən görünür ki, yaranmış borcun ödənilməsi ilə əlaqədar cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Cavabdeh iddiaçı təşkilatdan kredit götürməsi onun müqavilələrin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC xeyrinə 1) 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 1368.37 manat əsas borc və 8.22 faiz borcu olmaqla 1376.59 məbləğində və 2) 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 857.30 manat əsas borc və 5.16 faiz borcu olmaqla 862.46 manat kredit borcunun, cəmi 2239.05 (iki min iki yüz otuz doqquz manat beş qəpik) manat məbləğində kredit borcunun tutulması barədə qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəlləsinin119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220,227,233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDi: İddia təmin edilsin. Cavabdeh 04 avqust 2023-cü il tarixli 565/SM-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 1368.37 manat əsas borc və 8.22 faiz borcu olmaqla 1376.59 məbləğində və 22 avqust 2023-cü il tarixli 631/SM-23 saylı kredit müqaviləsinə əsasən yaranmış 857.30 manat əsas borc və 5.16 faiz borcu olmaqla 862.46 manat kredit borcunun, cəmi 2239.05 (iki min iki yüz otuz doqquz manat beş qəpik) manat məbləğində borc və ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Köllegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-408/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-408/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver