Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-474/2024 08.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhimdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhimdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli 337138-CNS-44269 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2438 (iki min dörd yüz otuz səkkiz) manat məbləğində əsas borc, 108.05 (yüz səkkiz manat beş qəpik) manat məbləğində faiz borcu, 33.80 (otuz üç manat səksən qəpik) manat məbləğində cərimə, cəmi 2579.85 (iki min beş yüz yetmiş doqquz manat səksən beş qəpik) manat məbləğində borcun və 45.80 (qırx beş manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb “Bank VTB ( Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank VTB ( Azərbaycan) Açıq Səhimdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh ilə xx.xx.2023-cü il tarixli 337138-CNS-44269 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” nə əsasən Cavabdeh istifadə edilmiş məbləğə illik 11 % faiz hesablanması şərti ilə 59 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2023-cü il tarixli 337138-CNS-44269 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2438 (iki min dörd yüz otuz səkkiz) manat məbləğində əsas borc, 108.05 (yüz səkkiz manat beş qəpik) manat məbləğində faiz borcu, 33.80 (otuz üç manat səksən qəpik) manat məbləğində cərimə, cəmi 2579.85 (iki min beş yüz yetmiş doqquz manat səksən beş qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “ kredit alan” ın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 337138-CNS-44269 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” nə əsasən Cavabdeh istifadə edilmiş məbləğə illik 11 % faiz hesablanması şərti ilə 59 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı “Bank VTB ( Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli 337138-CNS-44269 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2438 (iki min dörd yüz otuz səkkiz) manat məbləğində əsas borc, 108.05 (yüz səkkiz manat beş qəpik) manat məbləğində faiz borcu, 33.80 (otuz üç manat səksən qəpik) manat məbləğində cərimə, cəmi 2579.85 (iki min beş yüz yetmiş doqquz manat səksən beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45.80 maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 337138-CNS-44269 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi” nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2438 (iki min dörd yüz otuz səkkiz) manat məbləğində əsas borc, 108.05 (yüz səkkiz manat beş qəpik) manat məbləğində faiz borcu, 33.80 (otuz üç manat səksən qəpik) manat məbləğində cərimə, cəmi 2579.85 (iki min beş yüz yetmiş doqquz manat səksən beş qəpik) manat məbləğində borcun və 45.80 (qırx beş manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhimdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-474/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-474/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver