Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-576/2025 06.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “borcun tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 xx.xx.2024-cü il tarixli, RB/AB8821 saylı kredit müqaviləsi üzrə 9000 manat məbləğində əsas borc və 740,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 9740,28 manat borcun və 118,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 məxsus olan girov qoyulmuş aşağıdakı qızıl- zinət əşyalarına yönəldilməsi, kişi üzüyü+üzük - 2 ədəd, çəkisi 10,62 qr, əyarı 750, üzük - 1 ədəd, çəkisi 2,0 qr, əyarı 585 və bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı kredit müqaviləsi üzrə cəmi 9740,28 manat və 118,40 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borclulardan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixili, RB/AB8821 saylı kredit müqaviləsinə əsasən illik 23 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı Mikro-kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 ödəniş qrafıkinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0.1 faizi həcmində banka ödəməyi öhdəsinə götürmüşdür, (kredit müqaviləsinin 3.1.11. bəndi). xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus olan qızıl- zinət əşyaları xx.xx.2024 il tarixli RB/AB8821 saylı Saxlanc girovu müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Ağcabədi” filialına saxlanca verilmişdir və aşağıdakılardan ibarətdir: Kişi üzüyü+üzük - 2 ədəd, çəkisi 10,62 qr, əyarı 750, üzük - 1 ədəd, çəkisi 2,0 qr, əyarı 585. Tərəflər arasında bağlanmış xx.xx.2024 il tarixli RB/AB8821 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda, "xxxx" ASC-nin “Ağcabədi” filialı ilə Cavabdeh3 və X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu, Bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün Zamin və Borclu eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bununla əlaqədar zaminə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh1nın xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə əsas 9000 manat, faiz borcuna görə 740,28 manat olmaqla, cəmi 9740,28 manat məbləğində təşkil edir. Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdələrinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh1, Cavabdeh3 və X1 xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə əsas 9000 manat və faiz borcuna görə 740,28 manat olmaqla, cəmi 9740,28 manat pul tutulmalıdır, tələblər girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borclulardan tutulmalıdır. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, onların iştirakı olmadan mülki işə baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 izahat verərək, bildirmişdir ki, iddia tələbini qəbul edir. Nəvəsi xəstə olduğu üçün kredit götürmüşlər, lakin maddi imkanları olmadığına görə borcu ödəyə bilməmişlər. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2024-cü il tarixili, RB/AB8821 saylı Razılaşmadan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya illik 23 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. X6 ödəniş cədvəlindən görünür ki, tərəflər ilk 9 ayı hər ay 172,50 manat olmaqla, qalan ayları isə hər ay 696,09 manat olmaqla, xx.xx.2026-ci il tarixə qədər geri qaytarılması razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli kassa məxaric orderdən görünür ki, Cavabdeh1 9000 manat məbləğində pul vəsaitini Bankın kassasından qəbul etmişdir. xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixili, RB/AB8821 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 03 fevral 2025-ci il tarixə 9000 manat məbləğində əsas borc, 740,28 manat məbləğində faiz borcu və 0 manat dəbbə borcu olmaqla, cəmi 9740,28 manat məbləğində borcu vardır. “Kreditor” İddiaçı ASC ilə “zaminlər” X4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixili, RB/AB8821 №-li Zaminlik Müqavilələrindən görünür ki, X4 və Cavabdeh3 kreditor Bank qarşısında xx.xx.2024-cü il tarixili, RB/AB8821 №-li Kredit Müqaviləsi Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. 24 aprel 2024-cü il tarixli RB/AB8821 nömrəli Girov müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixili, RB/AB8821 saylı Razılaşmanın təminatı olaraq Cavabdeh1 özünə məxsus olan -2 ədəd kişi üzüyü (750 əyar, 10,62 qram, dəyəri 1447,61 manat) və 1 ədəd üzük ( 585 əyar, 2 qram, dəyəri 213,36 manat) qızıl-zinət əşyalarını girov saxlayan İddiaçı ASC-də girov qoyulmuşdur. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, dirov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən 3 ədəd qızılın çəkisi 12,6 qram, likvid qiyməti 1121,04 manat, bazar qiyməti 1660,97 manat müəyyən edilmişdir. 24 aprel 2024-cü il tarixli təhvil-təslim akına əsasən, 2 ədəd kişi üzüyü (750 əyar, 10,62 qram, dəyəri 1447,61 manat) və 1 ədəd üzük ( 585 əyar, 2 qram, dəyəri 213,36 manat) qızıl-zinət əşyaları girov saxlayan İddiaçı ASC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh1,X3 və Cavabdeh3 ünvanlanmış bildirişlərdən görünür ki, xx.xx.2025-ci il tarixə olan 9000 manat əsas borc, 740,28 manat faiz borcu olmaqla, cəmi 9740,28 manat borcun gecikdirilməsi, dəfələrlə məlumat verilməsinə baxmayaraq, qeyd olunan məbləğin ödənilməməsi və 3 iş günü müddətində Banka qeyd edilən məbləğin ödənilməsi, əks təqdirdə, müqavilənin şərtlərinə əsasən, həmin borcun tərəflərindən ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -742.5 və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi Cavabdeh1 xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı Kredit Müqaviləsi ilə, X5 və Cavabdeh3 isə xx.xx.2024-cü il tarixli RB/AB8821 №-li Zaminlik Müqavilələrii ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlərdən 9000 manat məbləğində əsas borcunun və 740,28 manat faiz məbləğinin tutulması tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 276.1.-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 297-ci maddəsinə əsasən, daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 299.1.-ci maddəsinə əsasən, tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 299.2-ci maddəsinə əsasən, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlı çəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edildi ki, girov saxlayan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh1 arasında girov müqaviləsi bağlanmış və 24 aprel 2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus 2 ədəd kişi üzüyü (750 əyar, 10,62 qram, dəyəri 1447,61 manat) və 1 ədəd üzükdən ( 585 əyar, 2 qram, dəyəri 213,36 manat) ibarət olan qızıl zinət əşyaları girov ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış girov müqaviləsində ədəd kişi üzüyü (750 əyar, 10,62 qram, dəyəri 1447,61 manat) və 1 ədəd üzükdən ( 585 əyar, 2 qram, dəyəri 213,36 manat) ibarət olan qızıl zinət əşyalarının bazar qiyməti 1660,97 manat məbləğində müəyyən edilmişdir, bu baxımdan məhkəmə hesab edir ki, girov predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti 1.660,70 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, girov müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb girov qoyan Cavabdeh1 tərəfindən girova qoyulmuş olan “2 ədəd kişi üzüyü (750 əyar, 10,62 qram, dəyəri 1447,61 manat) və 1 ədəd üzükdən ( 585 əyar, 2 qram, dəyəri 213,36 manat) ibarət olan qızıl zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc məbləği ödənilməli və girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 118 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müştərək qaydada 9000 (doqquz min) manat məbləğində əsas borc, 740,28 (yeddi yüz qırx manat 28 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 9740,28(doqquz min yeddi yüz qırx manat 28 qəpik) manat borc və 118,40 (yüz on səkkiz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində girov ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan 2 ədəd kişi üzüyü (750 əyar, 10,62 qram, dəyəri 1447,61 manat) və 1 ədəd üzükdən ( 585 əyar, 2 qram, dəyəri 213,36 manat) ibarət olan qızıl zinət əşyalarına yönəldilsin. Həmin qızıl zinət əşyaları açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına ümumi borc və dövlət rüsumu ödənilsin. Satışdan əldə olunan vəsait xx.xx.2024-cü il tarixli RB/AB8821 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulsun. Girov predmeti olan 2 ədəd kişi üzüyü (750 əyar, 10,62 qram, dəyəri 1447,61 manat) və 1 ədəd üzükdən ( 585 əyar, 2 qram, dəyəri 213,36 manat) ibarət olan qızıl zinət əşyaların ilkin satış qiyməti 1.660,97 (min altı yüz altmış manat 97 qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-576/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-576/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver