Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-593/2024 02.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizsi ilə məhkəməyə mürciət edərək Cavabdeh 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4331,59 manat, faiz borcuna görə 246,96 manat, dəbbə borcuna görə 496,08 manat, cəmi 5074,63 manat məbləğində pulun və 71 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 5500 (beş min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq eavabdeniər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 26-dan gec olmayaraq hər ay 187,98 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4331,59 (dörd min üç yüz otuz bir manat 59 qəpik) manat, faiz borcuna görə 246,96 (iki yüz qırx altı manat 96 qəpik) manat, dəbbə borcuna görə 496,08 (dörd yüz doxsan altı manat 08 qəpik) manat, cəmi 5074,63 (beş min yetmiş dörd manat 63 qəpik) manat təşkil edir. Odur ki, Cavabdeh 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4331,59 manat, faiz borcuna görə 246,96 manat, dəbbə borcuna görə 496,08 manat, cəmi 5074,63 manat məbləğində pulun və 71 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə ətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdehə gönədrilmiş məhkəmə bildirişi yaşadığı ünvanda qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlmədiyinə və iddiaçının mümayəndəsi işə onun iştirakı olmadan baxılmasına dair məhkəməyə ərizə göndərdiyinə görə məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarını əlavə edilən kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 5500 (beş min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir . Kredit müqaviləsinin 3.2.2.-ci bəndinə görə müştəri qrafik üzrə ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən 11-ci gecikmə gününədək - Bank Müştəridən kredit götürülməsinə dair müvafiq Razılaşma və ya SMS-lə təsdiq olunmuş Razılaşma üzrə gecikdirikniş məbləğin 0,1 (sıfır tam onda bir) faizi həcmində 11-ci gecikmə günündən başlayaraq annuitet ödənişi üzrə gecikdirikniş məbləğin 1,0 faizi həcmində dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 3.3-cü bəndinə görə kreditin müddəti bitdikdən soma kreditin qaytarılması gecikdirildiyi halda, kreditin ödənilməyən əsas məbləği üçün faiz bu Razılaşmanın 1.3-cü bəndində göstərilən faiz dərəcəsinin ikiqatı həcmində, yəni illik 28(iyirmi səkkiz) % dərəcəsi ilə borc tam ödənilən günədək hesablanır və Müştəri tərəfindən Banka ödənilir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4331,59 (dörd min üç yüz otuz bir manat 59 qəpik) manat, faiz borcuna görə 246,96 (iki yüz qırx altı manat 96 qəpik) manat, dəbbə borcuna görə 496,08 (dörd yüz doxsan altı manat 08 qəpik) manat, cəmi 5074,63 (beş min yetmiş dörd manat 63 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” Azərbaycan Respublikası MM-nin 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Cavabdehin iddiaçı təşkilatdan kredit götürməsi, müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 496,08 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 50 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4331,59 manat, faiz borcuna görə 246,96 manat, dəbbə borcuna görə 50 manat, cəmi 4628.55 manat məbləğində pulun və 66 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Dövlət rüsumu kimi ödənilmiş 5(beş) manat İddiaçı ASC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 dekabr 2022-ci il tarixli, YSNPU-07942 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4331,59 manat, faiz borcuna görə 246,96 manat, dəbbə borcuna görə 50 manat, cəmi 4628.55 (dörd min altı yüz iyirmi səkkiz manat əlli beş qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 66 (altmış altı) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 5 (beş) manat İddiaçı ASC-nin özünə aid edisin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-593/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-593/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver