Məhkəmə qərarları › İş №e-2(020)-618/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-618/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-618/2023 17.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhimdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhimdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli 333030-CNS-27630 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 393,31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat məbləğində əsas borc, 30,56 (otuz manat əlli altı qəpik) manat məbləğində faiz borcu, 20,30 (iyirmi manat otuz qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 444,17 (dörd yüz qırx dörd manat on yeddi qəpik) manat pul məbləğinin, həmçinin xx.xx.2021-ci il tarixli 333030-CNS-30267 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2.650,46 (iki min altı yüz əlli manat qırx altı qəpik) manat məbləğində əsas borc, 238,06 (iki yüz otuz səkkiz manat altı qəpik) manat məbləğində faiz borcu, 143,25 (bir yüz qırx üç manat iyirmi beş qəpik) manat məbləğində cərimə, ümumilikdə 3031,77 (üç min otuz bir manat yetmiş yeddi qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 54,76 (əlli dörd manat yetmiş altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulub “Bank VTB ( Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhimdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh ilə 08 oktyabr 2021-ci il tarixli 333030-CNS-27630 saylı “Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən istehlak məqsədi ilə illik 18,90 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 441,37 (dörd yüz qırx bir manat otuz yeddi qəpik) manat məbləğində kredit verilmişdir, həmçinin 20 dekabr 2021-ci il tarixli 333030-CNS-30267 saylı “Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən istehlak məqsədi ilə illik 19,50 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2.860 (iki min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Lakin cavabdeh müqavilə ohdəliklərinə əməl etməmiş, və hazırkı borc yaranmışdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 333030-CNS-27630 saylı müqavilədən görünür ki, cavadeh Cavabdeh “Bank VTB ( Azərbaycan) Açıq Səhimdar Cəmiyyətindən 441,37 (dörd yüz qırx bir manat otuz yeddi qəpik) manat ikredit almışdır. İşə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə 444,17 (dörd yüz qırx dörd manat on yeddi qəpik) manat borcu yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 333030-CNS-30267 saylı müqavilədən görünür ki, cavadeh Cavabdeh “Bank VTB ( Azərbaycan) Açıq Səhimdar Cəmiyyətindən 2.860 (iki min səkkiz yüz altmış) manat ikredit almışdır. İşə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə 3031,77 (üç min otuz bir manat yetmiş yeddi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinəəsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Тənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatıüsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 143,25 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Оna görə də məhkəmə dəbbə pulunun 20 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyi üçün iddiaçının ödədiyi 54,76 (əlli dörd manat yetmiş altı qəpik) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 333030-CNS-27630 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023cü il tarixə Banka borclu olduğu 393,31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat məbləğində əsas borc, 30,56 (otuz manat əlli altı qəpik) manat məbləğində faiz borcu, 20,30 (iyirmi manat otuz qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 444,17 (dörd yüz qırx dörd manat on yeddi qəpik) manat pul məbləği, həmçinin xx.xx.2021-ci il tarixli 333030-CNS-30267 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2.650,46 (iki min altı yüz əlli manat qırx altı qəpik) manat məbləğində əsas borc, 238,06 (iki yüz otuz səkkiz manat altı qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə, ümumilikdə 2908.52 (iki min doqquz yüz səkkiz manat əlli iki qəpik) manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 54,76 (əlli dörd manat yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhimdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar