Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-619/2023 17.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhimdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhimdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli 316950-CNS-20462 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1.210,81 (bir min iki yüz on manat səksən bir qəpik) manat məbləğində əsas borc, 112,93 (bir yüz on iki manat doxsan uç qəpik) manat məbləğində faiz borcu, 136,90 (bir yüz otuz altı manat doxsan qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 1.460,64 (bir min dörd yüz altmış manat altmış dörd qəpik) manat pul məbləğinin, həmçinin xx.xx.2021-ci il tarixli 316950-CNS-20685 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 739,53 (yeddi yüz otuz doqquz manat əlli üç qəpik) manat məbləğində əsas borc, 68,26 (altmış səkkiz manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 51,05 (əlli bir manat beş qəpik) manat məbləğində cərimə, ümumilikdə 858,84 (səkkiz yüz əlli səkkiz manat səksən dörd qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 43,19 (qırx üç manat on doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulub “Bank VTB (Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhimdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh ilə 24 fevral 2021-ci il tarixli 316950-CNS-20462 saylı “Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən istehlak məqsədi ilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 2.000 (iki min) manat məbləğində kredit verilmişdir, həmçinin 06 mart 2021-ci il tarixli 316950-CNS-20685 saylı “Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 1.000 (bir min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Cavabdeh hər iki müqavilə üzrə ohdəliklərinə əməl etməmiş, və hazırkı borc yaranmışdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 316950-CNS-20462 saylı müqavilədən görünür ki, cavadeh Cavabdeh “Bank VTB ( Azərbaycan) Açıq Səhimdar Cəmiyyətindən 2.000 (iki min) manat ikredit almışdır. İşə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə 1.460,64 (bir min dörd yüz altmış manat altmış dörd qəpik) manat borcu yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 316950-CNS-20685 saylı müqavilədən görünür ki, cavadeh Cavabdeh “Bank VTB (Azərbaycan) Açıq Səhimdar Cəmiyyətindən 1.000 (bir min) manat ikredit almışdır. İşə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan) Açıq Səhimdar Cəmiyyətinə 858,84 (səkkiz yüz əlli səkkiz manat səksən dörd qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinəəsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Тənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatıüsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 136,90 (bir yüz otuz altı manat doxsan qəpik) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Оna görə də məhkəmə dəbbə pulunun 20 (iyirmi) manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyi üçün iddiaçının ödədiyi 54,76 (əlli dörd manat yetmiş altı qəpik) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 316950-CNS-20462 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023cü il tarixə Banka borclu olduğu 1.210,81 (bir min iki yüz on manat səksən bir qəpik) manat məbləğində əsas borc, 112,93 (bir yüz on iki manat doxsan uç qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə, ümumilikdə isə 1343,74 (bir min üç yüz qırx üç manat yetmiş dörd qəpik) manat pul məbləği, həmçinin xx.xx.2021-ci il tarixli 316950-CNS-20685 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 739,53 (yeddi yüz otuz doqquz manat əlli üç qəpik) manat məbləğində əsas borc, 68,26 (altmış səkkiz manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 51,05 (əlli bir manat beş qəpik) manat məbləğində cərimə, ümumilikdə 858,84 (səkkiz yüz əlli səkkiz manat səksən dörd qəpik) manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 43,19 (qırx üç manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhimdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-619/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-619/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver