Məhkəmə qərarları › İş №e-2(020)-621/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-621/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-621/2023 17.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "Expressbank” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ” Expressbank” ASC məhkəmədə Cavabdeh ilə aralarında bağlanmış 03 dekabr 2019-cu il tariхli, 100821-144090/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən 1763.38 (bir min yeddi yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində əsas bоrc, 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, cəmi 1802.26 (bir min səkkiz yüz iki manat iyirmi altı qəpik) manat borcun və 38.43 (otuz səkkiz manat qırx üç qəpik) manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ” Expressbank” ASC-nin iddia ərizəsindən görünür ki, Cavabdeh arasında 03 dekabr 2019-cu il tariхli, 100821-144090/10 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 1763.93 (bir min yeddi yüz altmış üç manat doxsan üç qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 03 dekabr 2019-cu il tariхli, 100821-144090/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən 1763.38 (bir min yeddi yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, cəmi 1802.26 (bir min səkkiz yüz iki manat iyirmi altı qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdehə xəbərdarlıq edilsə də, pretenziyaya cavab verməmişdir. Odur ki, məhkəmədən Cavabdeh 03 dekabr 2019-cu il tariхli, 100821-144090/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən 1763.38 (bir min yeddi yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, cəmi 1802.26 (bir min səkkiz yüz iki manat iyirmi altı qəpik) manat məbləğində borcun və ödənilmiş 38.43 (otuz səkkiz manat qırx üç qəpik) manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almiş, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 03 dekabr 2019-cu il tariхli, 100821-144090/10 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 1763.93 (bir min yeddi yüz altmış üç manat doxsan üç qəpik) manat kredit vermişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 03 dekabr 2019-cu il tariхli” Expressbank” ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tariхli, 100821-144090/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən 1763.38 (bir min yeddi yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, cəmi 1802.26 (bir min səkkiz yüz iki manat iyirmi altı qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş cavabdehə göndərilən məktubların sürətindən görünür ki, Murad Babayevə qalıq borcun ödənilməsi üçün xəbərdarlıq məktubları göndərilmişdir. Lakin onun tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-6-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38.43 (otuz səkkiz manat qırx üç qəpik) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03 dekabr 2019-cu il tariхli, 100821-144090/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən 1763.38 (bir min yeddi yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində əsas, 38.88 (otuz səkkiz manat səksən səkkiz qəpik) manat faiz borcu, cəmi 1802.26 (bir min səkkiz yüz iki manat iyirmi altı qəpik) manat məbləğində borcun və ödənilmiş 38.43 (otuz səkkiz manat qırx üç qəpik) manat məbləğində dövlət rusumunun əvəzi tutulub ” Expressbank” ASC-nin hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar