Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-636/2024 21.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3.500 (üç min beş yüz) manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 420 (dörd yüz iyirmi) manat, cəmi 3.920 (üç min doqquz yüz iyirmi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2023-cü il tarixli “Borc müqaviləsi”nə əsasən, İddiaçı Cavabdeh 3 ay müddətində qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat borc pul vermişdir. Borc müqaviləsi iddiaçı ilə cavabdehin öz aralarında yazılı formada tərtib olunaraq imzalanmışdır. xx.xx.2023-cü il tarixli “Borc müqaviləsinin İİ-ci bəndinə görə borc alan-Cavabdeh borc verən-İddiaçı aldığı 3500 manat pulu 3 ay müddətində tam qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, xx.xx.2023-cü il tarixli “Borc müqaviləsi”nə əsasən kreditordan aldığı 3500 manat pul vəsaitini bu vaxta kimi qaytarmamışdır. Dəfələrlə iddiaçı Cavabdeh pulunun ödənilməsini tələb etsə də, cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, iddiaçının pul vəsaitini geri qaytarmaqdan yayınmışdır. İddiaçı tərəfindən istifadəsində olan “***-***-**- **” mobil telefon nömrəsinin adi SMS xidmətindən və “Whatsapp” mobil tətbiqindən Cavabdeh şəxsi istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə mətnli SMS-yazı və “Whatsapp” mesajı göndərərək 3500 manat pulun ödənilməsi tələb olunmuş, əks-təqdirdə cavabdehə qarşı məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Cavabdeh yenə də 3500 manat borcunu iddiaçıya ödəməmişdir. Ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, Cavabdeh 3.500 (üç min beş yüz) manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 420 (dörd yüz iyirmi) manat, cəmi 3.920 (üç min doqquz yüz iyirmi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki,iddiaçının hazırkı iddias onun hüququnu pozur. İddiaçı 1 ildə Bakı şəhərində 8 market açmışdır. Həmin marketlərdən birini onun adına yazmışdır. Rafiq Rüstəmov müqavilədə köməkçi olmuş, bütün imzalar ona aiddir. Həmin marketə 11.000 manat cərimə yazılmışdır. Dəfələrlə iddiaçıdan cəriməni üzərindən götürməsini tələb Lakin cərimə üzərindən götürülməmişdir. 2020-ci ildən sonra iddiaçının işlərini oğlu davam etdirmiş, dəfələrlə iddiaçının oğlundan da cərimənini üzərindən götürülməsini tələb etmişdir. 2021-ci ildə cərimə üzərindən götürülmüşdür. 2023-cü ilin may ayının 31-də işdən çıxmışdır. İddiaçının oğlu onun və digər işçilərin məzuniyyət pullarınıvə əmək haqlarını vermədiyindən ondan şikayət etmişlər. İddiaçı 2023-cü ilin iyun ayında ona imza etdirərərək son haqq hesabını vercəyini demişdir. O, Rafiqdən pul almamışdır. Müqavilədəki imza ona məxsusdur. Lakin o, imzanı da bilmədən çəkmişdir. Odur ki, iddianın rədd edilməsi ilə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 18 aprel 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3 ay müddətində qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat borc pul vermişdir. Borc müqaviləsinin İİ-ci bəndinə görə borc alan-Cavabdeh borc verən-İddiaçı aldığı 3500 manat pulu 3 ay müddətində tam qaytarmağı öhdəsinə götürmüşdür İş materiallarına əlavə edilmiş “MPAY” ödəniş terminalının xx.xx.2024-cü il tarixli, 990 nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna 420 (dörd yüz iyirmi) manat vəkil xidmət haqqı ödənilmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müxtəlif vaxtlarda 2 dəfə bildiriş göndərmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 3.500 (üç min beş yüz) manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 420 (dörd yüz iyirmi) manat olmaqla cəmi 3.920 (üç min doqquz yüz iyirmi) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, iddiaçı 18 aprel 2023-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh 3 ay müddətində qaytarmaq şərti ilə 3500 manat borc pul vermişdir. Borc müqaviləsinin İİ-ci bəndinə görə borc alan-Cavabdeh borc verən-İddiaçı aldığı 3500 manat pulu 3 ay müddətində tam qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Həmin borc müqaviləsinin hazırda iddiaçıda olmasını məhkəmə əsas götürərək cavabdehin iddiaçıya 3500 manat borclu qalmasına dair iddiaçının izahatını əsas sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda borc sənədinin iddiaçıda olması da cavabdeh tərəfindən borcun ödənilməməsi qənaətinə gəlməyə əsas verir. Cavabdeh iddiaçıdan borc almadığını, həmin müqaviləyə bilmədən imza etdiyini göstərsə də, məhkəmə onun həmin izahatını əsaslı hesab etmir. Onun həmin izahatı özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə təkzib edilir. Çünki cavabdeh borc müqaviləsindəki imzanın ona məxsus olduğunu göstərdi. Onun həmin müqqviləyə hər hansı bir təsir altında imza etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 3.500 (üç min beş yüz) manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 420 (dörd yüz iyirmi) manat olmaqla cəmi 3.920 (üç min doqquz yüz iyirmi) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-636/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-636/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver