Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-676/2024 28.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İddiaçı- İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh- Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 4200(dörd min iki yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, iddiaçı X1 mağazası ilə Cavabdeh işlədiyi qəssəbxana yaxınlıqda yerləşir və iddiaçı cavabdeh oradan tanımışdır. Cavabdeh iddiaçının inam və etibarını qazanaraq ondan borca pul istəmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi cavabdehin kartına ödəmə aparatı ilə ümumilikdə 4200 manat məbləğində pul ödəmişdir. Həmin pulların ödənilməsini təsdiq edən bank sənədi də vardır. Eyni zamanda tərəflər arasında vatsap yazışmaları vardır ki, həmin yazışmalarda cavabdehin dəfələrlə iddiaçıdan pul istəməsi öz əksini tapmışdır. Cavabdeh borclunu tez bir zamanda qaytaracağına söz versə də borcunu qaytarmamışdır. Ona görə də, Cavabdeh borclu olduğu 4200 (dörd min iki yüz) manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh İddiaçı iş münasibələri ilə əlaqədar tanımışdır. Cavabdeh Bakı şəhərində qəssab fəaliyyəi ilə məşğul olmuşur. Rəşidə heyvan almaq üçün təcili pul lazım olduğundan Göhərə zəng edib ondan borca pul istəmişdir. Göhər həmin pulu özü yox, Ceyhun adlı şəxsə demiş, o isə yığılmış kommunal pulları cavabdehin kartına göndərmişdir. Cavabdeh bir gündən sonra həmin pulu faizi ilə Göhərə qaytarmışdır. Göhər isə özünə qalan pulu götürüb, qalan pulu Ceyhuna qaytarmışdır. Cavabdeh həmin pulu gecikdirmiş olsaydı, növbəti dəfə ona pul verməzdilər. Göhər heç vaxt ona pul göndərməmişdir. Tərəflər arasında votsap danışıqları olmuşdur. həmin danışıqların qeyd olunduğu audiodiskdə Göhər özü də etiraf etmişdir ki, “sənə altı min manat pul göndərmişəm, səndəndə pulu almışam, üstəlik hörmətimidə etmisən”. İddiaçının bu səpkidə iddia qaldırmasına səbəb cavabdehin 3500 manat pulu Göhərə verməsi və sonradan həmin pulu Göhərdən istəməsi olmuşdur. Göhər cavabdehə həmin pulu qaytarmayacağını, pulu ala bilməsi ilə cavabdehin ünvanına hədələyici nəlayiq ifadələr işlətmişdir. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bank sənədindən görünür ki, köçürmə KapitalBank ASC vasitəsi ilə Cavabdeh adına olan **********472714 saylı plastik karta 03 aprel 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək olan müddət ərzində 4200 manat pul köçürülmüşdür. Məhkəmə tərəfindən 14 iyun 2024-cü il tarixli e-2(020)-676/2024 saylı qərardadla Cavabdeh adına olan **********472714 saylı plastik kart hesabı üzrə 03 aprel 2023-cü il tarixdən 05 may 2023cü il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar və əməliyyatların kim tərəfindən və haradan aparılması barədə məlumatların KapitalBank ASC-dən götürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş KapitalBank ASC-nin 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına olan **********472714 saylı plastik karta 03 aprel 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək olan müddət ərzində 4200 manat pul köçürülmüşdür. Lakin həmin əməliyyatların kmim tərəfindən aparılmasına dair sorğuya cavab verilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş audiodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, tərəflər arasında pulla bağlı votsap yazışmaları olmuş, Cavabdeh İddiaçı verdiyi 3500 manat pulu tələb etmişdir. İddiaçı Cavabdeh ona 3500 manat pul göndərməsini, həmin puldan 30 manat ona qaytaracağını bildirmiş və 3500 manat pulu ondan ala bilməsə cavabdehin ünvanına nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt danışıq zamanı İddiaçı Cavabdeh 6000 manat pul göndərdiyini, hər pul göndərəndən sonra pulunu geri aldığını, üstəlik ona hörmət də etdiyini bildirmişdir. Beləliklə məhkəmə iclasında Cavabdeh kart hesabına 03 aprel 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək KapitalBank vasitəsilə 4200 manat pulun kim tərəfindən göndərilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 742.2-ci maddəsinə görə əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmədə tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanması müəyyən edilməmişdir. İddiaçı təqdim etdiyi bank sənədində 4200 manat pulun cavabdehə onun tərəfindən göndərilməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi tərəflər arasında münasibət yarandığını, lakin cavabdehin iddiaçıdan deyil Ceyhun adlı şəxsdən pul aldığını, hətta iddiaçıdan pul alsa belə ona borcu olmadığını, tərəflər arasında olan votsap danışığında da iddiaçının cavabdehdən pulunu aldığını, hətta ona əlavə hörmət etdiyini də bildirməsini göstərmişdir. Həmin votsap danışıqlarının qeyd olunduğu audiodiskə məhkəmə tərəfindən baxış keçilərkən də İddiaçı Cavabdeh 6000 manat pul göndərməsini, həmin pulu ondan aldığını, əlavə ona hörmət etdiyini də etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası sübuta yetmədiyinə görə əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 4200 (dörd min iki yüz) manat borc pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-676/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-676/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver