Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-688/2025 06.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutuması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 9.172,61 manat - bundan 2.639,50 manat əsas, 2.556,68 manat faiz, 3.585,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 391,09 manat faiz borcu və iş üzrə ödənilmiş 111,73 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X1 ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 16 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 6.370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 470003107/ZM saylı 16 oktyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. ********* saylı kredit müqaviləsinə 19 mart 2015-ci il tarixdə 16/15 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.492,23 (beş min dörd yüz doxsan iki ABŞ dolları 23 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. ********* saylı kredit müqaviləsinə 28 aprel 2015-ci il tarixdə 16/15 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.482,55 (beş min dörd yüz səksən iki ABŞ dolları 55 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə 27 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,40 AZN) 5.188,55 (beş min bir yüz səksən səkkiz Manat 55 qəpik) Manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 61 ay,xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 16 (on altı) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-481/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 9.172,61 manat təşkil edir. Bundan 2.639,50 manat əsas, 2.556,68 manat faiz, 3.585,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 391,09 manat faiz borcu təşkil edir. Ona görə də, cəmi borcu 9.172,61 manat bundan 2.639,50 manat əsas, 2.556,68 manat faiz, 3.585,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 391,09 manat faiz borcu və iş üzrə ödənilmiş 111,73 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 oğlu iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, 2024-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüşdür. Kreditini vaxtlı vaxtında ödəmişdir. Bank bağlandıqdan sonra baş ofisə getmişdir. Ona krediti hansı banka ödəyə biləcəyi barədə məktub göndərəcəklərini bildirmişlər. Lakin bu barədə ona heç bir məlumat verilməmişdir. Ona görə borcunu ödəyə bilməmişdir. Həmin kredit 2017-ci ildə restruktruzasiya olunmuşdur. O, əsas məbləği qəbul edir və ödəyəcəkdir. Faiz və cərimə əsassız olaraq hesablanmışdır. Ona görə də iddianın həmin məbləğdə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, Cavabdeh1 2024-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüşdür. O, Həmin kreditə zamin durmuşdur. Bank bağlandığından Viadi Məmmədov banka olan borcunu ödəməmişdir. Kredit məbləği 2017-ci ildə restruktruzasiya olunmuşdur. O, yenədə kredit üzrə zamin durmuşdur. Cavabdeh1 tərəfindən götürülən kreditə görə əsassız olaraq cərimə və faiz hesablanmışdır. İddianın əsas borc tələbinə dair hissəsini qəbul edir və Cavabdeh1la birlikdə ödəməyə razıdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* №-li 16 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 6.370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 470003107/ZM saylı 16 oktyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ********* saylı kredit müqaviləsinə 19 mart 2015-ci il tarixdə 16/15 nömrəli Əlavə Sazişşdən gürünür ki, müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.492,23 (beş min dörd yüz doxsan iki ABŞ dolları 23 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ********* saylı kredit müqaviləsinə 28 aprel 2015-ci il tarixdə 16/15 nömrəli Əlavə Sazişdən görünür ki, kreditorun borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.482,55 (beş min dörd yüz səksən iki ABŞ dolları 55 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə edilmiş ********* saylı 16 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə 27 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Sazişndən görünür ki, əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,40 AZN) 5.188,55 (beş min bir yüz səksən səkkiz Manat 55 qəpik) Manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 61 ay,xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 16 (on altı) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarılna əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 9.172,61 (doqquz min bir yüz yetmiş iki Manat 61 qəpik) Manat təşkil edir. Bundan 2.639,50 (iki min altı yüz otuz doqquz Manat 50 qəpik) Manat əsas, 2.556,68 (iki min beş yüz əlli altı Manat 68 qəpik) Manat faiz, 3.585,34 (üç min beş yüz səksən beş Manat 34 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 391,09 (üç yüz doxsan bir Manat 09 qəpik) manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməyə təqdim olunmuş problemli keditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə Cavabdeh1 restrukturizasiya olunması təklif olunan kredit borcunun qalıq məbləği 01 mart 2019-cu il tarixə 2639.50 manat təşkil edir. Ona görə də iddianın həmin məbləğdə təmin edilməsini məhkəmə əsaslı hesab edir. Belə ki, məhkəmədə müəyyən edildi ki, kredit borcunun qalıq məbləği 2639.50 manat təşkil etmiş, bundan sonra tərəflər arasında hər hansı birmüqavilə bağlanmamış, faiz və cərimə müəyyən edilməmişdir. Ona görə də məhkəmə faiz və cərimə borclarını əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2639.50 manat kredit borcu və 46.38 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilən 65.34 manat özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2639.50 (iki min altı yüz otuz doqquz manat əlli qəpik) manat kredit borcu və 46.38 (qırx altı manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 65.34 (altmış beş manat otuz dörd qəpik) manat iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-688/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-688/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver