Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-953/2025 23.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12000 manat verilmiş behin iki qatı kimi, 300 manat borc məbləği və 2918 manat kredit faizindən düşdüyü ziyan məbləği kimi, ümumilikdə 13218 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, o, xx.xx.2022-ci il tarixli beh müqaviləsinə əsasən satış qiyməti 13000 manat nəzərdə tutulan bir yaşayış otağı, mətbəx və sanuzeldən ibarət olan yaşayış sahəsinin alqı - satqısının 2 ay müddətində aparılması üçün Cavabdeh 5000 manat ilkin beh şəkilində, daha sonra isə ayrı-ayrı vaxtlarda behə əlavə olaraq 1000 manat olmaqla ümumilikdə beh şəkilində 6000 manat pul vermişdir. Bundan sonra sadə yazılı formada tərtib edilmiş razılaşmaya uyğun olaraq Cavabdeh 6000 manat pulun iki qatının yəni 12000 manat pulun 2023-cü ilin fevral ayında qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. Həmçinin əlavə 300 manat da borc şəkilində ondan almışdır. Beləliklə ümumilikdə 12300 manat pulun ona qaytarılacağı barədə tərəflər arasında razılıq əldə edilmişdir. Lakin ötən müddət ərzində yuxarıda qeyd edilən ümumi məbləğdən ona 2000 manat qaytarmış, yerdə qalan 10300 manat məbləğ isə ona ödənilməmiş qalmışdır. Bununla əlaqədar Cavabdeh dəfələrlə müraciət edilsə də qeyd edilən pul vəsaiti bugünədək ona qaytarılmamışdır. Cavabdehə imkanı olmadığından xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankından (ABB) alınmış kredit məbləği hesabına yuxarıda qeyd edilən pul məbləğini vermişdir. Belə ki, cavabdeh ona evi 13000 manata satacağını bildirdiyindən o, məcbur olaraq xx.xx.2022ci il tarixdə bankdan götürdüyüm 9400 manat kredit məbləğindən 6000 manat pulu xx.xx.2022-ci il tarixli beh müqaviləsinə əsasən cavabdehə vermiş və qeyd olunan 6000 məbləğə görə də banka 2918 manat faiz borcu ödəmişdir. Göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə o, faiz börcu ödəməklə ziyana düşmüşdür. Bununla bağlı 2023-cü ilin noyabr ayında Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir və ordan ona göndərilmiş xx.xx.2023-cü il tarixli 53/2-71864/23 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq o, cavabdehə könüllü şəkildə rəsmi xəbərdarlıq göndərmişdir və 12300 manat pul vəsaitinin 5 (beş) gün müddətində ona qaytarılmasını ondan tələb etsə də heç bir nəticə verməmişdir. Bundan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, 12000 manat verilmiş behin iki qatı kimi, 300 manat borc məbləği və 2918 manat kredit faizindən düşdüyü ziyan məbləği kimi, ümumilikdə 13218 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, İddiaçı 6000 manat pul götürmüş, 2000 manat borcu qaytarmışdır. Hazırda iddiaçıya 4000 manata borcu varıdr. Ona görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07 aprel 2022-ci il tarixli Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, qiyməti 13000 manat olan (1 otaq, kuxna, hamam, tualet) evin alınması üçün İddiaçı tərəfindən 5000 manat məbləğində beh Cavabdeh vermişdir. Həmin Müqavilənin 9-cu bəndinə əsasən Müqavilənin şərtləri “Alıcı” tərəfindən pozularsa verilən beh geri qaytarılmır. Müqavilənin şərtləri “Satıcı” tərəfindən pozularsa alınan beh ikiqat məbləğdə geri qaytarılmalıdır. (Azərbaycan respublikası Mülki Məcəlləsi: Maddə 491: 492) Cavabdeh tərəfindən imzalanmış müqaviləyə əlavə olunan qəbzdən görünür ki, “Əlavəsi = 250 AZN verilib. 7 aprel 2022-də verilən 5000 AZN-nin behdən əlavə 400 AZDdə verildi (8.06.2022-də) 2 ay müddətində təhvil verilməli ev tamamlanmayıb və təhvil verilməyib. 10 gün müddətinə ev tamamlanıb İddiaçı veriləcək. 400 manat Kamala verildi (5650 AZE verilib). 400 AZE aldım. 8.06.2022. 300 manatda aldım. 10 gün ərzində ev təhvil veriləcək. Əlavə 250 manat verildi. Əlavə cəmi 950 manat aldı” Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh İddiaçı aldığım (evin tikilməsi üçün) 6000 min manat pulun 2 qatın yəni 12000 min 6000 minini 16 fevral 2023-tarixə qədər qaytaracam, 6000 min manat isə fevral 2023cü axrına qədər ödəyəcəm. Yəni 6000 min manatın 2 qatın qaytaracam. Qeyd olunan şəkildə göstərilən məbləğ qaytarmadığım təqdirdə qanuni şəkildə məsuliyyətə cəlb olunmağıma heç bir etirazım yoxdur, qanuni şəkildə cərmələnməyimə razıyam və məhkəmədə də heç bir etiraz bildirməyəcəm. Seriya AZE №********. Yazıları təsdiq edirəm. Etirazım yoxdur. Deyilən vaxtı pulu verəcəm”. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh xx.xx.2023-tarixində İddiaçı 300 manat borc pul aldım. Pulu xx.xx.2023-ü tarixinə qədər qaytaracam. Göstərilən tarixə qədər pulu (300m) qaytarmasam qanuni şəkildə məsuliyyətə alınmağıma hec bir etiraz etməyəcəm. Etirazım yoxdur imzamla təsdiq edirəm». Yasamal Rayon Polis Şöbəsinin 17 may 2023-cü “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarrından görünür ki ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh tərəfindən dələduzluq yolu ilə ev tikmək məqsədilə 6000 manat pulunun ələ keçirilməsi bağlı ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli BPM**********79 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 21 faizlə 9400 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq cəmi 130,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-cı maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında borc münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən, cavabdeh iddiaçıya ev təhvil verməli, verməyəcəyi halda iddiaçının ona beh qismində ödədiyi 6000 manat məbləğində pul vəsaitinə görə 12.000 manat ödəməlidir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, ödəməli olduğu 12.000 manat məbləğində pul vəsaitindən 2000 manat iddiaçıya ödəmiş, qalan 10000 manat isə ödəməmişdir. Bu fakt cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə, daha sonra cavabdehin imzalamış olduğu qəbzlərə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 300 manat məbləğində borc pul verilmiş,lakin cavabdeh həmin pul vəsatini iddiaçıya geri qaytarmamışdır. Belə olan hadla iddiaçı haqlı olaraq, cavabdehə vermiş olduğu 300 manat məbləğində pul vəsaitini tələb edir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən «2918 manat kredit faizindən düşdüyü ziyan məbləğinin tutulması»na dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən "xxxx" ASC-dən 16 mart 2022-ci il tarixdə 9400 manat məbləğində kredit götürülmüşdür. Hal-hazırda iddiaçı qeyd edir ki, cavabdehə beh qismində verdiyi pul vəsaitini həmin kreditə götürdüyü pul vəsaiti hesabına verdiyi üçün, həmin pul vəsaitinə görə ödədiyi 2918 manat məbləğində faiz məbləğində ona vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin hərəkətləri nəticəsində pozulmuş hüquqlarının bərpası ilə bağlı kredit götürrməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Bankdan kredit cavabdehə pul verilməmişdən əvvəl götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10300 (on min üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 130,10 manat dövlət rüsumunun 120,90 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, 9,20 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10300 (on min üç yüz) manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 120,90 (yüz iyirmi manat 90 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-953/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-953/2025
23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver