Məhkəmə qərarları › İş №e-2(020)-965/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-965/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-965/2024 06.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1100 (bir min yüz) manat sığorta ödənişi məbləği və 31 manat dövlət rüsumu olmaqla, cəmi 1131 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Genesis” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-cu il tarixdə “Hyundai Genesis” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Ford Transit” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1100 (bir min bir yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Abşeron RPİ DYPŞ-nin qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Abşeron RPİ DYPŞnin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Genesis” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinəəsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Cəmiyyəti tərəfindən Cavabdeh ünvanına AS-23/547 saylı, xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bugünədəkə ödənilməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AD seriyalı 825200 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundaı Genesis” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. AD seriyalı 255926 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ford Transit» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. PAA********** nömrəli icbari sığorta haqqında şəhadətnamə məlumatlarından görünür ki, “Hyundaı Genesis” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icbari sığortalanmışdır. xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında prokoldan və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Hyundaı Genesis” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, o, Masazır kəndi Ə.Vahid küçəsində işıqforun qadağanedici işığında hərəkətini davam etdirərək «Ford Transit» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yoxlama zamanı sürücünün sürücülük hüququ olmadığı müəyyən edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli Hesablama aktından görünür ki, «Ford Transit» markalı **-NC-*** dövlət qeydiyyat nəqliyyat vasitəsinə 1100 manat zərər dəydiyi müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, PAA********** №-li Sığorta şəhadətnaməsi ilə icbari sığortalanmış “Hyundaı Genesis” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsinin törədildiyi, «Ford Transit» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1100 manat məbləğində zərərin vurulduğu və həmin məbləğin X3 ödənilməli olduğu göstərilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 1100 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə də, "xxxx" ASC-də icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Hyundaı Genesis” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar iddiaçı tərəfindən 1100 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyindən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “Hyundaı Genesis” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı «Ford Transit» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş cəmi 1100 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1100 (min yüz) manat məbləğində sığorta ödənişi və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 1131 (min yüz otuz bir) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar